"Kübar" dəbin fəsadları: "Qeysəriyyə cinsi istəksizlik yaradır" - FOTO
Dünyada və Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların sayı artmaqdadır. Hətta həkim analizlərindən əla nəticələrlə çıxan qadınlarımız belə, qeysəriyyə əməliyyatına üz tuturlar.
Əslində, qeysəriyyə əməliyyatı yalnız o vaxt aparılır ki, təbii doğuş döl və ananın həyatı üçün böyük təhlükə törədə bilər. Lakin son zamanlar planlı qeysəriyyə əməliyyatlarının sayı durmadan artır.
Maraqlıdır, bunun qadın üçün nə kimi fəsadları var? Niyə qeysəriyyə əməliyyatlarına üstünlük verənlərin sayı artıb?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən ginekoloq Təranə Həsənova qeysəriyyə əməliyyatının artıq dəb halını aldığını deyib:
"Son illər qeysəriyyə əməliyyatına üz tutanların sayı artıb. Anadan öncə hətta ailəsi uşağın əməliyyatla götürülməsi qərarını verir. Bəzən də bunu qonşudan geri qalmamaq üçün edirlər. İnsanlar hesab edirlər ki, bu yol ilə ana olmaq kübar bir işdir. Təbii yol ilə əziyyət çəkib, uşağı dünyaya gətirmirlər".
T.Həsənova qeysəriyyə əməliyyatının fəsadlarından danışıb:
"Əməliyyatdan sonra ağırlaşmalar ola bilər. Hansı ki, təbii doğuş zamanı bunlara rast gəlinmir. Normal keçmiş əməliyyat əslində narahatlıq yaratmır. Lakin qadında cinsi istəksizlik yarada bilər.
Doğuş zamanı qadında uşaqlıq yolunda olan vəzilər aktivləşir. İlk doğuşdan sonra sanki kamilləşir. Ağrı çəkib, doğuş etmədiyinə görə qadınların 30 faizində cinsi istəksizlik yaranır. Normal aparılmış əməliyyat qadının həyatında xüsusi bir iz qoymur. Sadəcə, əməliyyatın özünəməxsus fəsadları çoxdur. Uşaqlığın daxili qişasının iltihabına, qanaxmalara rast gəlinə bilər. Bu da qadına ömür boyu rahatlıq vermir".
Ginekoloqun sözlərinə görə, qeysəriyyə əməliyyatı zamanı uşağın həyatı risk altında olmur:
"Əməliyyatı uşağı riskdən qurtarmaq üçün edirlər. Ananın həyatı risk altında ola bilər. Uşağın həyatının təhlükədə olmasından isə söz gedə bilməz".
Qeyd edək ki, 2019-cu illə müqayisədə ana ölümünün səviyyəsi 2020-ci ildə 14,9-dan 15,8-ə qədər artıb. 1958-ci ildən başlayaraq 2006-cı ilədək ölkədə körpə ölümü şəhər yerlərində kənd yerlərinə nisbətən daha aşağı olub. Lakin son illərdə bu göstərici şəhər yerlərində üstünlük təşkil edir.
Araşdırmalara görə, bu meyl qlobal şəkil alıb və hər bir ölkədə bunun səbəbləri müxtəlif ola bilər.
Braziliyada qeysəriyyə ilə doğuş üçün indi iki sənəd tələb olunur - gələcək ananın razılığı və bu əməliyyatın zəruriliyi barədə həkim qərarı.
Bu Latın Amerikası ölkəsində qeysəriyyə əməliyyatını "qeysər epidemiyası" adlandırırlar. İndi 200 milyonluq əhalisi olan Braziliyada doğulan uşaqların yarısı bu üsulla dünyaya gəlir.
Cərrahiyyə əməliyyatı hamilə qadının qarın nahiyəsində kəsik açılması ilə uşağın çıxarılmasından ibarətdir. Əslində bu əməliyyat təbii doğuş risk təşkil edəndə həyata keçirilməlidir. Lakin son vaxtlarda belə əməliyyatlar əvvəlcədən, hamilə qadının istəyi ilə və həkim qərarı olmadan edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1276 Tarix: 01 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri
10:33 175 Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
08.11.2026 311 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto
Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər
08.11.2026 253 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy
11:13 162 İlham Əliyevin Zəfər Günü müraciəti: Xankəndidən dünyaya verilən güclü Azərbaycan mesajı
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət isə bu möhtəşəm tarixi Qələbənin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir dah
10:57 172 ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
08.11.2026 274 Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
13:50 59 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
08.11.2026 296 Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
11:52 164