Qızılca, məxmərək, suçiçəyi: Onları necə fərqləndirməli və necə qorunmalı?

Qızılca, məxmərək, suçiçəyi: Onları necə fərqləndirməli və necə qorunmalı?Son günlər uşaqlarda qızdırmanın, halsızlığın müşahidə edilməsi, verilən dərmanların isə təsirsiz olması bəzi valideynlərdə övladlarının qızılca, məxmərək və suçiçəyi ola biləcəyi şübhəsini doğurur. Lakin bir çox hallarda valideynlər bu xəstəlikləri bir-birindən ayırmaqda çətinlik çəkirlər.

Pediatr Vaqif Qarayev bu xəstəlikləri bir-birindən fərqləndirməyin yollarını izah edi, valideynlərə bir çox məsləhətlər verib.

- Qızılcada səpgilər bədənin bütün nahiyəsinə yayılır, yoxsa bu proses mərhələli şəkildə davam edir?

- Qızılca səpgiləri mərhələli şəkildə özünü göstərir. Bu səpgilər öncə üzdə, sonra bədəndə, əl-ayaqlarda yayılmağa başlayır.

- Hansı mərhələdə xəstənin vəziyyəti pisləşir?

- Səpgilər bədəndə özünü göstərməyə başlayanda xəstənin vəziyyəti daha da pisləşir, zəifləyir, süstləşir. Xəstənin səhhətinin ağırlaşmaması üçün həkim nəzarətində olmalıdır. Növbəti günlərdə qızdırma düşür və xəstənin vəziyyəti yaxşılaşmağa başlayır.

- Belə xəstələrin ciddi müalicəyə ehtiyacı varmı?

- Xəstənin səhhətində ağırlaşma yoxdursa, bu zaman ciddi müalicəyə ehtiyac olmur.

- "Qızılca inağı", "qızılca pnevmoniyası" nədir?

- "Qızılca inağı" müşahidə edildikdə xəstə öskürəkdən "boğulur". "Qızılca pnevmoniyası" da ciddi ağırlaşma hesab edilir.

- Belə bir düşüncə var ki, qızılcaya iynə vurmaq olmaz. Bu, nə dərəcədə düzgündür?

- Bu, köhnədən qalma düşüncədir, yanlış fikirdir. O zamanlar insanlar bu xəstəliyi Allahın göndərdiyi bəla kimi qiymətləndirirdilər. Camaat vaxtı ikən bu xəstəliyə görə təbibdən, dərmandan imtina edib. Təəssüflər olsun ki, hələ də bu düşüncədə olanlar var.

- Bu xəstəlikdən qorunmanın yolu nədir?

- Bu xəstəlikdən qorunmanın bir yolu var: o da peyvənddir.

- Məxmərək haqda da məlumat verərdiniz. Bunu digər viruslardan necə fərlqəndirməliyik?

- Məxmərəyin gedişatı daha yüngüldür. Qızılcadan fərqli olaraq burada səpgilər mərhələli şəkildə yaranmır. Yəni elə ilk gündən səpgilər yaranır. Bundan başqa, məxmərək səpgiləri qızılcadakı kimi zəngin deyil. Məxmərəkdə səpgilər, əsasən, kürəkdə olur. Limfa düyünləri şişir. 3-4 gündən sonra xəstənin vəziyyəti yüngülləşir. Ağırlaşma isə çox nadir hallarda müşahidə edilir.

- Məxmərək, əsasən, kimlər üçün təhlükəlidir?

- Məxmərək hamilə qadınlarda döl üçün ciddi təhlükə törədir. Bu zaman döldə korluq, karlıq və ürək qüsuru yaranır.

- Bəs suçiçəyi nə ilə fərqlənir?

- Suçiçəyində də qızdırma olur. Lakin qızılca və məxmərəkdən fərqli olaraq burada səpgilər ləkə şəklində deyil, suluqlu olur. Belə olan halda qızdırma idarəolunmaz olur. Səpgi artdıqca qızdırma qalxır. Suçiçəyində səpgi, demək olar ki, bədənin hər yerində yaranır. Hətta başın tüklü hissəsində belə, səpgilər yaranır. Bəzən iri yaralarla müşahidə edilir. Vəziyyətin ağırlaşmaması üçün qızdırmanı nəzarətdə saxlamaq, qaşınmanı sakitləşdirmək üçün allergiya əleyhinə dərman qəbul etmək və yalnız səpginin üzərini "zelyonka"lamaq lazımdır.

- Hazırda suçiçəyi ilə bağlı son durum necədir?

- Deyərdim ki, suçiçəyi artıq sönüb. Son bir neçə aydır bu cür müraciətlər eşitmirəm. Bəlkə başqa həkimlərə bununla bağlı müraciət daxil olur, onu bilmirəm.

- Suçiçəyinə görə peyvənd varmı?

- Suçiçəyinə görə öncələr peyvənd aparılırdı. Lakin hazırda ölkəmizdə buna görə peyvənd aparılmır.(milli.az)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2394   Tarix: 31 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25.10.2026 740
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 612
.

Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?

Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların

01.11.2026 640
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 951
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 506
.

İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi

İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur

08.11.2026 218
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

01.11.2026 519
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17.10.2026 814
.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

08.11.2026 306
.