Bakıda qadın "Instagram"a görə onu döyən ərini BAĞIŞLADI

Bakıda qadın "Instagram"a görə onu döyən ərini BAĞIŞLADIBakının Xətai rayonunda 1988-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində arvadı Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 14-də rayonun M.Hadi küçəsində baş verib.

Əli yaşadığı mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən arvadının sifət nahiyəsinə yumruqla vurub, onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bahar ilə 2014-cü ildə ailə həyatı qurub:

"Birgə nikahdan 2 azyaşlı övladımız var. Yoldaşım ilə əvvəllər mehriban yaşasaq da, son zamanlar onun "Instagram" işlətməsi üstündə aramızda tez-tez ailə-məişət zəminində mübahisələri yarandı".

Əli qeyd edib ki, sonuncu dəfə hadisə günü saat 15 radələrində yaşadıqları mənzildə Bahar ilə aralarında yaranmış mübahisə zamanı əli ilə onun sifət nahiyəsindən vurub:

"Daha sonra Bahar evdən çıxaraq getdi. Əməlimdən peşmanam. Baharla barışmışam".

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Əlinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1133   Tarix: 29 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vaşinqton görüşü: Azərbaycanın diplomatik uğurunun yeni mərhələsi

Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə ABŞ-a işgüzar səfəri Azərbaycan diplomatiyasının tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Vaşinqtonda keçirilən görüşlər təkcə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənub

11:50 194
.

İranın ABŞ-nin hücumları zamanı Şimali Koreyadan silah aldığı açıqlanıb

İran ABŞ ilə İsrailin hücumları zamanı Suriya və Şimali Koreyadan silah tədarük edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanının müavini, "Əbubəkr" ləqəbi ilə tanınan briqada general

09.08.2026 265
.

Şıxov çimərliyində iki qadın dənizdə boğuldu

Bakıda dənizdə iki nəfər boğulub. Qaynarinfo xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib. Dənizdə batan iki qadının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb

16:10 58
.

Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı

Nərgiz Akif qızı Qurbanova Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Nərgiz Qurbanova 2021-ci ildən Azərbaycanın Polşadakı səfiri vəzifəsində çalışıb

13:58 173
.

Xanımının ad gününü Lazur sahillərində qeyd etdi - FOTOLAR

Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilovanın doğum gününü ailəsi ilə birlikdə qeyd edib. Axşam.az xəbər verir ki, sənətçi bu münasibətlə ailə fotolarını sosial şəbəkə hesabında paylaşıb. Emin həyat yoldaşı və övladları ilə birlikdə Fransanın məşhur kurort şəhəri Sen-Tropezə yollanıb

12:02 269
.

Paytaxtda axşam konsertləri keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. xəbər verir ki, şənbə günündən etibarən Bakı şəhərinin dörd rayonunda yerləşən park və istirahət məkanları musiq

14:40 128
.

Qırğızıstanda dağa qalxan alpinistlər itkin düşdülər

Qırğızıstanda üç nəfərdən ibarət alpinist qrupu Kurumdı zirvəsinə qalxdıqdan sonra itkin düşüb. xəbər verir ki, bu barədə BELTA Belarus Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, qrupun iki üzvü Belarus vətəndaşıdır. Hazırda xilasedicilər itkin alpinistlərin axtarışına başlayıbla

09.08.2026 271
.

Hörmüz boğazı ilə bağlı İranın tələblərinə ABŞ-dan sərt reaksiya

İran regionda davam edən münaqişədən "cəsarətlənib", ABŞ Prezidenti Donald Tramp isə Tehrana zərbə endirmək üçün irəli sürdüyü əsas təhdidlərdən geri çəkilməyə davam edir. xəbər verir ki, bunu ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper "The Hill" qəzetinə açıqlamasında bildirib. "Görünür

10:41 159
.

Təhsilin "beyni" ilə bağlı ciddi suallar - Dərsliklər və elmi yanaşma

"Sistemin daxilindəki problemlərin və elmi yanaşmadakı çatışmazlıqların ən çox müzakirə olunan nümunələrindən biri təhsilin elmi-metodiki bazasının formalaşdırılmasında mühüm rol oynayan Azərbaycan Respublikasının Təhsil İnstitutunun fəaliyyəti ilə bağlı tənqidlərdir". Bunu BİG.AZ-a açıqlamasınd

15:32 92
.

TOP MP3