Paytaxt Bakının infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin edilib

Paytaxt Bakının infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin edilibİyun ayının 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" mövzusunda 11-ci sessiyası işini davam etdirib. Bu sessiyada videoformatda çıxış edin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra vacib məqamlara toxunub.
İlk növbədə qeyd edilib ki, 30 il əvvəl öz müstəqilliyini yenicə bərpa edən Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilib. Bu mühüm hadisə ilə əlaqədar bu ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. Tədbirdə iştirak edən müxtəlif ölkələri təmsil edən nümayəndələr Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Azərbaycanın əldə etdiyi tərəqqi, eləcə də azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması ətrafında müzakirələr aparıblar.
Cənab Prezident öz çıxışında vurğulayıb ki, "2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi" və "Yeni Şəhər Gündəliyi" dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsi təmin edilib. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxtımız Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Bir sözlə Azərbaycan parklar ölkəsinə çevrilir. Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Artıq şəhərdəki park, bağ və istirahət məkanlarının sayı 300-ə yaxındır.
Az müddət ərzində paytaxtımız Bakı şəhərində əvvəllər istifadəsiz olan, baxımsız qalmış, həmçinin bəzi işbazlar tərəfindən müxtəlif məqsədlərdən ötrü zəbt edilərək hasarlanmış ərazilərdə xeyli müasir park salınmış, həmçinin bir neçə park əsaslı təmir edilərək paytaxt sakinlərinin istifadəsinə verilib və bu prosses davam edir. Vətəndaşlarımızda yeni istirahət mədəniyyəti formalaşır.
Ümid edirik ki, ölkə başçısının bu istiqamətdəki səyləri nəticəsində paytaxtımız Bakı şəhərində yaşıllıqların, istirahət parkları və bağlarının sayı daha da artacaq, bu parklarda vətəndaşlarımızın rahatlığı, istirahəti üçün yaradılan şəraitdən tam razı qalacaqlar.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl qələm" mükafatı laureatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 709   Tarix: 29 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Vaşinqton görüşü: Azərbaycanın diplomatik uğurunun yeni mərhələsi

Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə ABŞ-a işgüzar səfəri Azərbaycan diplomatiyasının tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Vaşinqtonda keçirilən görüşlər təkcə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənub

11:50 194
.

İranın ABŞ-nin hücumları zamanı Şimali Koreyadan silah aldığı açıqlanıb

İran ABŞ ilə İsrailin hücumları zamanı Suriya və Şimali Koreyadan silah tədarük edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanının müavini, "Əbubəkr" ləqəbi ilə tanınan briqada general

09.08.2026 265
.

Şıxov çimərliyində iki qadın dənizdə boğuldu

Bakıda dənizdə iki nəfər boğulub. Qaynarinfo xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib. Dənizdə batan iki qadının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb

16:10 58
.

Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı

Nərgiz Akif qızı Qurbanova Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Nərgiz Qurbanova 2021-ci ildən Azərbaycanın Polşadakı səfiri vəzifəsində çalışıb

13:58 173
.

Xanımının ad gününü Lazur sahillərində qeyd etdi - FOTOLAR

Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilovanın doğum gününü ailəsi ilə birlikdə qeyd edib. Axşam.az xəbər verir ki, sənətçi bu münasibətlə ailə fotolarını sosial şəbəkə hesabında paylaşıb. Emin həyat yoldaşı və övladları ilə birlikdə Fransanın məşhur kurort şəhəri Sen-Tropezə yollanıb

12:02 269
.

Paytaxtda axşam konsertləri keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. xəbər verir ki, şənbə günündən etibarən Bakı şəhərinin dörd rayonunda yerləşən park və istirahət məkanları musiq

14:40 128
.

Qırğızıstanda dağa qalxan alpinistlər itkin düşdülər

Qırğızıstanda üç nəfərdən ibarət alpinist qrupu Kurumdı zirvəsinə qalxdıqdan sonra itkin düşüb. xəbər verir ki, bu barədə BELTA Belarus Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, qrupun iki üzvü Belarus vətəndaşıdır. Hazırda xilasedicilər itkin alpinistlərin axtarışına başlayıbla

09.08.2026 271
.

Hörmüz boğazı ilə bağlı İranın tələblərinə ABŞ-dan sərt reaksiya

İran regionda davam edən münaqişədən "cəsarətlənib", ABŞ Prezidenti Donald Tramp isə Tehrana zərbə endirmək üçün irəli sürdüyü əsas təhdidlərdən geri çəkilməyə davam edir. xəbər verir ki, bunu ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper "The Hill" qəzetinə açıqlamasında bildirib. "Görünür

10:41 159
.

Təhsilin "beyni" ilə bağlı ciddi suallar - Dərsliklər və elmi yanaşma

"Sistemin daxilindəki problemlərin və elmi yanaşmadakı çatışmazlıqların ən çox müzakirə olunan nümunələrindən biri təhsilin elmi-metodiki bazasının formalaşdırılmasında mühüm rol oynayan Azərbaycan Respublikasının Təhsil İnstitutunun fəaliyyəti ilə bağlı tənqidlərdir". Bunu BİG.AZ-a açıqlamasınd

15:32 92
.

TOP MP3