Xalidə Kəngərlinin əri istintaqa cəlb edildi

Xalidə Kəngərlinin əri istintaqa cəlb edildiTanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin iyunun 27-də özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar etməsi cəmiyyətdə geniş müzakirə olunur.

BiG.AZ "qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata istinadən xəbər verir ki, ilkin araşdırmalar nəticəsində hadisənin ehtimal edilən səbəbi müəyyən edilib. Belə ki, 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərlinin ailə münaqişəsi zəminində baş vermiş psixoloji gərginlik fonunda özünü binadan ataraq həyatına son qoymasına əsaslı şübhələr müəyyən edilib.

Artıq X.Kəngərlinin həyat yoldaşı şübhəli şəxs qismində istintaqa cəlb edilib, onun izahat və ifadəsi alınıb.

Qeyd edək ki, son illərdə Azərbaycanda intihar hadisələri ilə bağlı Cinayət-Prosessual icraatda ciddi dəyişiklik baş verib. Belə ki, əvvəllər ölkədə baş vermiş bütün intihar hadisələri ilə bağlı cinayət işi açılırdısa, son vaxtlar yalnız həyatına son qoymuş şəxsin bu addımı atmasına hər hansı şəxs və ya şəxslər tərəfindən vadar edilməsinə əsaslı şübhələr müəyyən edildikdə cinayət işi açılır. Xalidə Kəngərlinin intiharı ilə bağlı da Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, hazırda ibtidai istintaq prosesi davam etdirilir.

Xatırladaq ki, hadisə iyunun 27-də saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O binanın qarşısındakı parkinqdəki "Hyundai Sonata" markalı avtomobilin üstünə düşüb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərhum iki uşaq anası idi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2912   Tarix: 29 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Deepfake"lərə qarşı yeni qaydalar: Süni intellekt necə tənzimlənəcək?

"Süni intellekt texnologiyalarının sürətlə yayılması artıq dövlətləri və beynəlxalq təşkilatları bu sahədə yeni qaydalar və tələblər formalaşdırmağa məcbur edir. Çünki süni intellekt yalnız texnoloji alət deyil, eyni zamanda məlumat təhlükəsizliyi, müəllif hüquqları və hətta ictimai rəyə təsir kim

15:45 39
.

Qırğızıstanda dağa qalxan alpinistlər itkin düşdülər

Qırğızıstanda üç nəfərdən ibarət alpinist qrupu Kurumdı zirvəsinə qalxdıqdan sonra itkin düşüb. xəbər verir ki, bu barədə BELTA Belarus Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, qrupun iki üzvü Belarus vətəndaşıdır. Hazırda xilasedicilər itkin alpinistlərin axtarışına başlayıbla

09.08.2026 268
.

Beynəlxalq Kosmik Stansiya orbitdən necə çıxarılacaq? - DETALLAR

ABŞ Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitdən alınmasının son prosesini həyata keçirəcək. xəbər verir ki, bunu Yuri Qaqarin adına Kosmonavt Təlim Mərkəzinin əməkdaşı Oleq Kononenko TASS-a yerləşdirilib. Onun sözlərinə görə, BKS-nin orbitdən götürülməsi son ABŞ-ın xüsusi Orbitindən Çıxarılma Vasitəsin

12:05 164
.

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən səlahiyyətləri çərçivəsində özəl tibb fəaliyyəti ilə bağl

12:51 246
.

İnzibati xəta və cinayət: Tutulma müddətləri arasında hansı fərq var?

"İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bir qayda olaraq, üç saatdan çox ola bilməz. Lakin qanunvericilikdə bu qaydadan müəyyən istisnalar nəzərdə tutulub". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, sərhəd rejimini, sərhədboy

15:55 2
.

Paytaxtda axşam konsertləri keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. xəbər verir ki, şənbə günündən etibarən Bakı şəhərinin dörd rayonunda yerləşən park və istirahət məkanları musiq

14:40 114
.

Şıxov çimərliyində iki qadın dənizdə boğuldu

Bakıda dənizdə iki nəfər boğulub. Qaynarinfo xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib. Dənizdə batan iki qadının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb

16:10 0
.

Kürdə batan qız Azərbaycan çempionu imiş

Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub. Suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş. Qızın nənəsi Gülnaz Məmmədova APA-nın yerli bürosuna bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: "Gözümüz baxa-bax

10:29 333
.

Ev almaq istəyənlər üçün dövlət imkanları: Kimlər güzəştli ipotekadan yararlana bilər?

"Azərbaycanda vətəndaşların mənzil sahibi olması üçün əsas dövlət mexanizmlərindən biri Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə təqdim olunan adi və güzəştli ipoteka kreditləridir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksperti Fərid Cəfərli bildirib

14:41 128
.

TOP MP3