"Veysəloğlu" alman markası "Rossmann"ı ölkəmizə gətirdi!

"Veysəloğlu" alman markası "Rossmann"ı ölkəmizə gətirdi!Marka, keyfiyyət və sərfəli qiymət bir arada olacaq.

Veysəloğlu Şirkətlər Qrupu Almaniyanın "Rossmann" markası ilə birgə layihə çərçivəsində Bakıda ilk mağazanın açılışını etdi. 2022-ci ildə "Veysəloğlu-Rossmann" MMC şirkətini yaradan Veysəloğlu Şirkətlər Qrupu "Rossmann" şirkətinin sağlamlıq və şəxsi qulluq məhsullarının xüsusi mağazalar vasitəsilə satışını nəzərdə tutur. Mağazalar "Rossmann" brendi altında fəaliyyət göstərəcək. Beləliklə, "Veysəloğlu" alman keyfiyyətini müştəriləri üçün əlçatan edəcək.

"Rossmann"ın ilk mağazası Bakının Yasamal rayonu A.M.Şərifzadə küçəsi, 162 ("İnşaatçılar" metrostansiyasının çıxışı) ünvanında yerləşir.

Açılışda Veysəloğlu Şirkətlər Qrupunun İdarə Heyətinin nümayəndəsi Vüsal Şərifov, "Rossmann" şirkətinin, Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyinin və Alman-Azərbaycan Ticarət Palatasının (AHK) rəsmiləri iştirak etdilər. "Rossmann" şirkətinin təmsilçisi Marek Karasch: "Biz tanınmış qrup olaraq Azərbaycanda ilk mağazamızın açılmasından çox məmnunuq. Ümid edirik ki, Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlığımız uzunmüddətli və faydalı olacaq".

Öz növbəsində Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü Vüsal Şərifov bunları vurğuladı: "Şirkətlər Qrupumuzun missiyası ölkə iqtisadiyyatı və istehlakçılarımız üçün dəyər yaratmaqdır. Düşünürük ki, tanınmış və keyfiyyətli markanın Azərbaycana gətirilməsi və bu markaya məxsus olan alman keyfiyyətli məhsulların alıcılarımıza sərfəli qiymətə təklif olunması elə məhz bu fəlsəfəyə xidmət edir".

Hazırda Bakıdakı mağazada 8000-nə yaxın məhsul çeşidi var, yaxın gələcəkdə həm mağaza sayı, həm də məhsul çeşidi artacaqdır. Növbəti mağaza Bakı Dövlət Universitetinin yaxınlığında əhalinin istifadəsinə veriləcək.

Hansı məhsullar satılacaq?

İlk vaxtlarda "Rossmann" mağazalarında iki növ məhsul təqdim ediləcək: 1) Məhdud sayda Nivea və Ariel kimi bazarda mövcud olan qlobal markaların məhsulları; 2) Məhz "Rossmann" mağazaları üçün tərəfdaş alman markalarının istehsal etdiyi məhsullar – münasib qiymətə geniş çeşiddə gözəllik və qulluq məhsulları, uşaqlar üçün qulluq məhsulları, ev-təmizlik məhsulları, orqanik qida məhsulları, gigiyena məhsulları, dəftərxana ləvazimatları, oyuncaqlar, bəzək əşyaları, hədiyyələr və s.

"Rossmann"ın tarixçəsi

"Rossmann" şirkəti 1972-ci ildə Almaniyada Dirk Rossmann tərəfindən qurulub. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, İspaniya, Albaniya, Kosovo və Türkiyədə 4300-dən çox mağazası fəaliyyət göstərir. Qlobal brendlərin məhsullarını sərfəli qiymətlərlə müştərilərə təqdim etmək markanın əsas prinsiplərindən biridir.

"Rossmann" öz məhsullarını heyvanlar üzərində sınamayan markalardandır və heyvanlara zərər verən istənilən davranışı doğru hesab etmir. Brendin məhsulları yalnız dermatoloji olaraq, könüllülər üzərində sınaqdan keçirilir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19,500 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

"Veysəloğlu" alman markası "Rossmann"ı ölkəmizə gətirdi!"Veysəloğlu" alman markası "Rossmann"ı ölkəmizə gətirdi!"Veysəloğlu" alman markası "Rossmann"ı ölkəmizə gətirdi!"Veysəloğlu" alman markası "Rossmann"ı ölkəmizə gətirdi!"Veysəloğlu" alman markası "Rossmann"ı ölkəmizə gətirdi!"Veysəloğlu" alman markası "Rossmann"ı ölkəmizə gətirdi!"Veysəloğlu" alman markası "Rossmann"ı ölkəmizə gətirdi!"Veysəloğlu" alman markası "Rossmann"ı ölkəmizə gətirdi!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1819   Tarix: 24 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

20:15 73
.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:59 186
.

Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik

11:56 182
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

18:30 154
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

16:50 177
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

18:00 177
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

14:50 184
.

Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

20:23 40
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

15:06 198
.