Ölkənin hərbi qüdrətini artıran dövlət siyasəti

Ölkənin hərbi qüdrətini artıran dövlət siyasəti1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra 1993-cü ilin sonlarından başlayaraq Azərbaycanda sistemli ordu qurulucuğunun təməli formalaşdırlmağa başlanıldı. Vətəndaş qarşıdurmalarından xilas olmuş ölkənin əsas prioriteti məhz ordunun möhkəmləndirilməsi probleminin həlli ilə bağlı idi. Ordu quruculuğunun təmin edilməsi bu dövrdə mühüm hadisə idi. Mərkəzləşmiş ordu quruculuğu mərhələsi həmdə ixtisaslı cavuş, zabit heyətinin hazırlığını tələb edirdi. Bu dövrdə xeyli sayda zabit heyətinin qardaş Türkiyədə təcrübə keçməsi yeni hərbi strateji maraqları artırmaqla yanaşı NATO standartlarının da hərbi heyətimizdə tətbiqini sürətləndirdi. Ölkənin siyasi sisteminin sabitliyi və suverenlyin möhkəmlənməsi prosesi birbaşa ordu-xalq birliyi ideyasının möhkəmlənməsini tələb edirdi.
Uzunmüddətli atəşkəs əldə edildikdən sonra, Azərbaycanda bir sıra islahatlar aparılmağa başlandı. İlk öncə orduda Azərbaycan dilinin tətbiq olunması prosesi həyata keçirildi. Belə ki, digər sahələrdə olduğu kimi, orduda da Azərbaycan dilinin bərqərar olunması vacib idi. Ordu nizamnamələri yenidən Azərbaycan dilində yazıldı və tətbiq olunmağa başladı. Milli hərbi geyim və hərbi rəmzlər yarandı. Azərbaycan ordusunun sovet hərbi sistemini dəyişib müasir NATO standartlarına uyğunlaşdırmaq lazım idi. Lakin bu prosesin həyata keçirilməsi olduqca böyük vəsait və uzun müddət tələb edirdi. Digər tərəfdən, Azərbaycanın müharibə şəraitində olması bu sistemin birdəfəlik dəyişikliyinin çox böyük bir risk olduğunu göz önünə çıxarırdı. Ümummilli lider Heydər Əliyev öz böyük sərkərdəlik qabiliyyətini nümayiş etdirərək, bu prosesin tədricən həyata keçirilməsini qərara aldı. Öz ordusunun hazırlıq səviyyəsinə görə, dünyada qabaqcıl dövlətlərdən hesab olunan, NATO-nun tam üzvü olan Türkiyə ilə geniş hərbi əməkdaşlığa başlandı. Bu hərbi əməkdaşlıq özünü hərbi təhsil sahəsində daha qabarıq göstərir. Belə ki, Azərbaycan Ali Hərbi Məktəbinin 1997-ci ildən NATO hərbi sisteminə keçidi bunun çox bariz nümunəsidir. Artıq yeni sistemlə fəaliyyət göstərən bu məktəbin yüksək döyüş hazırlıqlı ali təhsilli məzunları Azərbaycan ordusunun sıralarında zabit heyətinin müəyyən bir qismini təşkil edir. Bundan əlavə bir çox gənc, Türkiyədə və Azərbaycanın hərbi əməkdaşlıq etdiyi dövlətlərdə təhsil alır və təcrübə toplayır. Eyni zamanda, xarici dövlətlərlə aparılan hərbi əməkdaşlığın nəticəsində ordumuzun silah ehtiyatı daimi müasirləşdirilir və gücləndirilir. 1991-1993-cü illərdəki uğursuzluqlar ordudan yayınmaq hallarını xeyli artırmışdır. Amma Ümummilli liderin hərbi sahədəki qətiyyətli və düzgün siyasəti bu problemi tamamilə aradan qaldırdı. Hərbi xidmətin bir il altı ay, təhsil alan gənclər üçün isə 1 illik olması bu sahədə çox əhəmiyyətli bir addımdır. Bundan əlavə bu addım minlərlə azərbaycanlının hərbi təlim görərək ehtiyata buraxılmasına səbəb oldu.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəldildi, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bu düşünülmüş və uzaqgörən siyasətin məntiqi nəticəsi kimi 27 sentyabr 2020- ci ildə başlayan II Qarabağ - Vətən Müharibəsini 44 gün ərzində möhtəşəm qələbə ilə başa vurduq.Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi, xalqın dəstəyi ilə 30 illik işğala son qoydu.

Könül Əfəndiyeva – YAP üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1040   Tarix: 22 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib

19:52 121
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

19:22 178
.

Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü

Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay

13:29 211
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

18:30 158
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 185
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 191
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

17:00 184
.

Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi

Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini

14:20 177
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

20:30 52
.