Müzəffər və Qalib Ordu
İyunun 26-da 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi düşməni ağır məğlubiyyətə uğradaraq ərazi bütövlüyümüzü bərpa edən güclü Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümüdür. Bu qürurverici bayram münasibətilə Ali Baş Komandan İlham Əliyev başda olmaqla düşməni diz çökdürərək kapitulyasiya aktı imzalamağa məcbur edən Azərbaycanın Silahlı Qüvvələrini təbrik edirəm.
44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri düşməni məhv edərək 30 il davam edən ədalətsizliyə son qoymaqla yanaşı, xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi. Məhz buna görə də 26 İyun - Silahlı Qüvvələr Günü bütün Azərbaycan xalqının bayramıdır. Bu illər ərzində Azərbaycanda ümummilli lider Heydər Əliyevin başlatdığı ordu quruculuğunu cənab Prezident İlham Əliyev uğurla davam etdirib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə bunun bariz nümunəsidir. Əlbəttə, ordu quruculuğunun uğurla həyata keçirilməsini şərtləndirən əsas amillərdən biri güclü iqtisadiyyat, ictimai-siyasi sabitlik və doğru seçilmiş strategiyadır. Çünki istənilən ölkənin hərbi potensialı iqtisadi imkanlarından asılıdır.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə onu göstərdi ki, Ali Baş Komandan tərəfindən bu sahədə atılan addımlar və onun seçdiyi strategiya torpaqlarımızın işğaldan azad olunmasına, ərazi bütövlüyümüzün təmin edilməsinə yönəlib. Bu gün dünyanın ən güclü ordularından birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri zəruri silah-sursat və müasir texnika ilə təchiz edilməklə yanaşı, həm də yüksək döyüş taktikasına malikdir. Əlbəttə, silahlı qüvvələrimizin şəxsi heyətinin döyüş ruhunun yüksək olması, peşəkarlığı Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində qələbə qazanmasında həlledici rol oynadı.
Cənab Prezidentimizin də çıxışlarında vurğuladığı kimi, düşməni diz çökdürərək ərazi bütövlüyümüzün bərpa olunduğu bu müharibədə qəhrəmanlıqlara imza atmış hərbçilərimizin böyük bir qismi məhz gənclərdir. İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gün ərzində Azərbaycan əsgərlərimizin göstərdiyi qəhrəmanlıq və şücaət gənclərimizin vətənpərvər, öz dövlətinə, xalqına bağlı olduğunu bir daha təsdiqləyir. Əlbəttə, bu da dövlətin apardığı məqsədyönlü siyasətin, düzgün strateji yanaşmanın nəticəsidir.
30 il həsrətində olduğumuz rayon və şəhərlərin azad olunması istiqamətində, xüsusi ilə Şuşa döyüşündə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran oğullarımıza can sağlığı, şəhidlərimizə Allahdan rəhmət, ərazi bütövlüyümüzün uğrunda sağlamlığını itirən qazilərimizə şəfa diləyirəm. Bu gün cənab Prezident İlham Əliyev kimi güclü, adını Azərbaycan və dünya tarixinə qızıl hərflərlə yazdıran Sərkərdəyə, Ali Baş Komandana sahib olduğumuz üçün qürur duyuram. Bayramınız mübarək, düşməni darmadağın edərək möhtəşəm qələbəni xalqına yaşadan və bizi illərlə həsrətində olduğumuz Qarabağımıza qovuşduran Azərbaycanın qəhrəman oğulları!
Etibar Məhərrəmov – ehtiyatda olan polkovnik, müharibə əlili,
"Azərbaycan Bayrağı" ordeninli
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 761 Tarix: 22 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib
19:52 121 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını
19:22 178 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü
Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay
13:29 211 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
18:30 158 İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var
İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var
14:41 185 Mingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 191 Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?
Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas
17:00 184 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi
Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini
14:20 177 Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?
Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki
20:30 52