Əri Ayşəni maşından zorla düşürərək uşaqların gözü önündə öldürübmüş

Əri Ayşəni maşından zorla düşürərək uşaqların gözü önündə öldürübmüşÖtən ilin noyabrında Pirallahı rayonu, Gürgən qəsəbəsində həyat yoldaşı, 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanı qətlə yetirən 30 yaşlı Əsgər Musayevin məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ə.Musayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 221.3-cü (xuliqanlıq – silah və ya silah qismində əşya tətbiq etməklə) maddələri ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, Əsgər Musayev 2015-ci ildə 18 yaşında olan Ayşənlə tanış olub və onlar qeyri-rəsmi evləniblər. Bu evlilikdən onların 3 övladı dünyaya gəlib. Lakin daha sonra onların münasibətləri pozulub. Ayşən ortancıl və kiçik övladını götürərək Pirallahıda anasının yaşadığı evə köçüb. Onun böyük qızı isə Gürgən qəsəbəsində Əsgərin evində qalıb.

Qətldən bir neçə gün əvvəl Əsgər Musayev ayrı yaşayan həyat yoldaşına onunla barışmaq, həmçinin paltar almaq istədiyini bildirərək görüşə çağırıb. Lakin görüş zamanı o, Ayşəni Xaşaxuna bağları adlanan əraziyə aparıb və üzərindəki bıçağı çıxararaq qadının boğazına dirəyib. Həmin vaxt son anda fikrindən daşınan Əsgər Ayşənin yalvarışlarından sonra ona xəsarət yetirməyib və yaşadığı evə aparıb. 1 gecə orada qaldıqdan sonra Ayşən Rəhimova anasıgildən paltarlarını gətirmək adı ilə evdən çıxıb və Pirallahıya gedib. Bundan sonra, yəni noyabrın 10-da isə o, anası və ortancıl oğlu ilə birlikdə taksi ilə Əsgərin yaşadığı evə gəlib. Onların məqsədi Əsgərdə qalan böyük uşağı da özləri ilə aparmaq olub.

Əri Ayşəni maşından zorla düşürərək uşaqların gözü önündə öldürübmüşQapının döyüldüyünü görən Əsgər Musayev açdıqda qayınanası Sevincin qapının qarşısında olduğunu və uşağı aparmaq üçün gəldiyini bildirib. Bu zaman Əsgər "Mercedes" markalı avtomobildə Ayşənin oturduğunu görüb və evə qayıdaraq uşağı geyindirib gətirəcəyini deyib. Lakin o, evə qayıdaraq bıçaq götürüb və küçəyə qayıdaraq avtomobilə yaxınlaşıb. O, qapını açaraq Ayşənin aşağı düşməsini tələb edib. Qadın imtina edincə Əsgər zorla onun saçından tutaraq yerə düşürüb və bıçaqla zərbələr endirməyə başlayıb. Araya girən Ayşənin anası Sevinc onları çətinliklə ayıra bilib və qızına "qaç, canını qurtar", deyib. Ayşən küçə boyunca qan içində qaçmağa başlayıb və bir qədər getdikdən sonra Əsgər onu yenidən yaxalayıb və bu dəfə əlindəki bıçaqla daha öldürücü zərbələr endirib, həmçinin onun ölümünə əmin olmaq üçün boğazını kəsib. Bütün bu hadisələr isə taksi sürücüsü və uşaqların gözü önündə baş verib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs əslində Ayşəni öldürmək yox, qorxutmaq istədiyini deyib. O, həmçinin həyat yoldaşının ondan gizli telefon işlətdiyini iddia edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə A.Rəhimovanı amansızlıqla öldürən Ə.Musayevə 17 il həbs cəzası verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3042   Tarix: 21 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 185
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

19:15 145
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

15:07 200
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

20:45 1
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

16:18 183
.

Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi

Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini

14:20 177
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

15:30 188
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

15:10 187
.

Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir

Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ

12:37 186
.