Dövlət qulluğuna qəbul imtahanlarının nəticələri açıqlandı
Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə iyunun 19-da keçirilən imtahanlarının nəticələri elan olunub.
BiG.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, iyunun 19-da DİM kağız daşıyıcılar vasitəsilə dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, həmçinin inzibati icraçı vəzifələrə aid olan BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.
Namizədlər aşağıdakı keçidlər vasitəsilə imtahan nəticələri ilə tanış ola bilərlər:
- dövlət qulluğuna qəbul;
- dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi.
Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Dövlət qulluğuna qəbul imtahanında 2105 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 6 nəfər, BA2 altqrupu üzrə 22 nəfər, BA3 altqrupu üzrə 45 nəfər, BA4 altqrupu üzrə 78 nəfər, BB1 altqrupu üzrə 115 nəfər, BB2 altqrupu üzrə 138 nəfər, BB3 altqrupu üzrə 171 nəfər, BB4 altqrupu üzrə 230 nəfər olmaqla, ümumilikdə 805 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında isə 155 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 26 nəfər, BB2 altqrupu üzrə 42 nəfər, BB3 altqrupu üzrə 45 nəfər, BB4 altqrupu üzrə 29 nəfər olmaqla, ümumilikdə 142 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Hər iki növ imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 21-23 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 835 Tarix: 20 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMbappe Nike ilə 19 illik müqaviləsini ləğv etdi: gözlənilməz addım atacaq
"Real"ın ulduzu "Adidas" və "Under Armour" şirkətlərinin təkliflərini rədd edib və öz brendini yarada bilər. "Real" və Fransa millisinin hücumçusu Kilian Mbappe kommersiya tərəfdaşlığında böyük dəyişikliklərə hazırlaşır. -ın xarici mediaya istinadən məlumatın
19:45 129 İpotekanın azalması evlərin qiymətinə necə təsir edəcək? - EKSPERT RƏYİ
"İpoteka kreditlərinin azalması mənzil bazarında həm tələbə, həm də qiymətlərə təsir göstərə bilər. İpoteka imkanları daraldıqca böyük ilkin ödəniş etmək imkanına malik olmayan insanların mənzil almaq imkanları da məhdudlaşır. Bu isə formal olaraq tələbin zəifləməsinə səbəb ola bilər. Lakin Azərbaycand
14:50 235 Təhsilin "beyni" ilə bağlı ciddi suallar - Dərsliklər və elmi yanaşma
"Sistemin daxilindəki problemlərin və elmi yanaşmadakı çatışmazlıqların ən çox müzakirə olunan nümunələrindən biri təhsilin elmi-metodiki bazasının formalaşdırılmasında mühüm rol oynayan Azərbaycan Respublikasının Təhsil İnstitutunun fəaliyyəti ilə bağlı tənqidlərdir". Bunu BİG.AZ-a açıqlamasınd
15:32 205 Pentaqon UNO-larla bağlı yeni sənədləri yayımladı
ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektlərlə (UNO) bağlı sənədlərin beşinci məxfi toplusunu yayımlayıb. xəbər verir ki, bu barədə CBS News məlumat yayıb. Pentaqonun rəsmi saytında UNO-ların şahidləri tərəfindən verilmiş ifadələrin yer aldığı 41 yeni sənəd dərc olunub. Sənədlər, fotoşəkillər və videomaterialla
12:18 233 Beynəlxalq Kosmik Stansiya orbitdən necə çıxarılacaq? - DETALLAR
ABŞ Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitdən alınmasının son prosesini həyata keçirəcək. xəbər verir ki, bunu Yuri Qaqarin adına Kosmonavt Təlim Mərkəzinin əməkdaşı Oleq Kononenko TASS-a yerləşdirilib. Onun sözlərinə görə, BKS-nin orbitdən götürülməsi son ABŞ-ın xüsusi Orbitindən Çıxarılma Vasitəsin
12:05 214 Bayramovun Kiyev səfəri nə vəd edir? - Azərbaycanın balanslı siyasətinin DETALLARI
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya səfər edib. Səfər indiki məqamda xüsusi diqqət çəkir. Onun əhəmiyyətini artıran əsas məqamlardan biri bundan əvvəl Ceyhun Bayramovun Moskvada yüksək səviyyəli görüşlər keçirməsidir. Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurmas
14:59 213 Bu payız hamı bu rəngdə geyinəcək - 2026-nın əsas trendi
Bu payız qəhvəyi rəng qaranın kölgəsindən çıxaraq mövsümün əsas dəb trendlərindən birinə çevrilib. Üstəlik, qəhvəyi geyinmək heç də başdan-ayağa eyni rəngə bürünmək demək deyil. xarici mediaya istinadən xəbər verir ki, qəhvəyi rəng yenidən payız qarderobunda ön plana çıxıb. Bu mövsüm seçim yalnız tün
21:30 51 Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
Prezident İlham Əliyev Azərbaycanın Belçika və Polşada yeni səfirlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digə
14:10 224 Vaşinqton görüşü: Azərbaycanın diplomatik uğurunun yeni mərhələsi
Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə ABŞ-a işgüzar səfəri Azərbaycan diplomatiyasının tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Vaşinqtonda keçirilən görüşlər təkcə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənub
11:50 237