Zelenskinin xanımı: "Yerindən qalxaraq iş paltarını geyinməsi 5 dəqiqə çəkir"
"Yerindən qalxıb, dişlərini fırçalaması, iş paltarını geyinməsi cəmi 5 dəqiqə çəkir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "The Guardian"a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya həyat yoldaşı barədə müsahibəsində deyib.
"Sağlamlığından narahatam, stresdən xəstələnə bilər"
Ukraynanın birinci xanımı vurğulayıb ki, Volodimir Zelenskinin səhhətindən narahatdır: "Həqiqətən nizam-intizam onun ikinci adıdır. Zəngli saat çalır - o, yatağından qalxır, dişlərini fırçalayır, iş paltarını geyinib gedir və bütün bunlar cəmi beş dəqiqə çəkir, mən isə yarım saat yerimdə fırlanıram.
Onun psixoloji keyfiyyətləri var: stresin öhdəsindən gəlmək və nizam-intizamı qorumaq. Mən onun psixi sağlamlığından deyil, fiziki sağlamlığından narahatam - həmişə çətin dövrlərdən sonra xəstələnir. Bununla bağlı onu izləməyə çalışıram. Amma bütün kişilər kimi o da hərarəti və ya qan təzyiqini yoxlamağı sevmir".
"Hətta hamı təslim olsa belə, o təslim olmur"
Ukrayna Prezidentinin xanımı qeyd edib ki, Volodimir Zelenski telekameralarla işləməyi bilir, amma manipulyasiya etmir və oynamır.
"Mən onu hamıdan yaxşı tanıyıram. Və o, hər kəsin nəyinsə qeyri-mümkün olduğunu dediyi situasiyalarda hər şeyi başa düşən və məqsədinə çatan insandır. Həm də başqalarını ruhlandırır. O, heç vaxt təslim olmur, hətta ətrafındakıların hamısı təslim olsa belə", - Yelena Zelenskaya deyib.
Birinci xanım həmçinin vurğulayıb ki, onun ukraynalılara etdiyi bütün müraciətlər səmimidir.
"Gördüm ki, müraciətlər üçün çox emosionaldır. Onu tanıyan bir insan kimi, fikrini insanlara çatdırmaq üçün əlindən gələn bütün emosional rıçaqlardan istifadə etdiyini düşünürəm. Amma bu, manipulyasiya deyil, səmimi idi - o, həqiqətən də həmin hissləri yaşayıb, bu, dəqiqdir", - Zelenskaya əlavə edib.
"Ukraynalıları qələbədən sonra böyük çətinliklər gözləyir"
Eyni zamanda birinci xanım bildirib ki, Ukrayna Prezidenti mətnləri çox tez əzbərləyir və telekameralar qarşısında özünü inamlı hiss edir.
"O, mətnləri çox tez xatırlayır və inamla danışa bilir. Telekameralarla necə işləməyi bilir. Amma oynamır, sadəcə bunu yaxşı etmək bacarığına malikdir. İctimai yerlərdə çıxış etmək mənim üçün inanılmaz dərəcədə çətindir, hər dəfə stres keçirirəm, amma bu onun üçün təbiidir", - Zelenskaya vurğulayıb.
Ölkənin gələcəyindən danışan Zelenskaya qeyd edib ki, ukraynalıların qələbəsindən sonra onları böyük çətinliklər gözləyir.
"Təbii ki, çoxumuz heç vaxt belə şəraitdə olmamışıq. Qarşıda bizi ciddi çətinliklər gözləyir", - Zelenskaya bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1036 Tarix: 20 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var
İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var
14:41 185 Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi
Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə
19:15 145 Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql
15:07 200 Maykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
20:45 1 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib
16:18 183 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi
Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini
14:20 177 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
15:30 188 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
15:10 187 Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir
Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ
12:37 186