Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasıMüasir Azərbaycan tarixinin təxminən 40 ili məhz dahi şəxsiyyət Heydər Əliyevin adı, onun çoxşaxəli siyasi fəaliyyəti ilə bağlı olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bugünkü hüquqi, dünyəvi, unitar, demokratik Azərbaycan dövlətinin təməli qoyulub.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Belə ki, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən dahi şəxsiyyət Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində ümummilli lider Heydər Əliyev Azərbaycan Prezidenti seçilib.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib.
Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb. Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib.
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında Əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə Əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında "xüsusi qonaq" statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.
Azərbaycan kimi kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.
Bu gün Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycana Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev rəhbərlik edir. Dövlət başçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Adil Hüseynov – ADİU-nin dosenti, İqtisad elmləri doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 586   Tarix: 19 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

13:50 230
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

21:15 1
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

20:37 27
.

Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir

Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ

12:37 186
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

20:34 40
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

12:47 219
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

18:00 179
.

Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

20:23 75
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

20:30 52
.