Ədalətin və milli iradənin təntənəsi

Ədalətin və milli iradənin təntənəsi1993-cü il 24 iyunda Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi respublikadakı hərbi-siyasi gərginliyi xeyli səngitdi, ümumi ictimai-siyasi ab-havaya sərinlik gətirdi. Azərbaycan rahat nəfəs almağa başladı. Sabaha ümidini itirmiş xalqın narahatlığına son qoyuldu.
1991-ci ildə müstəqilliyimizi bərpa etdiyimiz gündən 1993-cü il iyun ayının 15-dək olan dövr xalqımızın həyatında ən çətin, keşməkeşli, xaotik bir dövr idi. Cəmiyyətdə hadisələrin axarına düzgün təsir edə bilməmək həmin dövrdəki iqtidarın bacarıqsızlığının nəticəsi idi. Ölkə məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Şimalda və cənubda separatçılar öz çirkin niyyətlərini həyata keçirməyə çalışırdılar. Ölkədəki vəziyyəti görən düçmən cəbhədə xeyli fəallaşmışdı. Belə bir çətin şəraitdə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldular.
Çox şükürlər olsun ki, 1993-cü il iyun ayının 15-də bu hadisələrə son qoyuldu və Əbülfəz Elçibəyin dövləti başsız qoyub öz postundan könüllü imtina edərək Kələkiyə getməsi həmin iqtidarın bütün komandasının bacarıqsızlığını bir daha göstərdi.
Ali Sovetin sədri seçilən Heydər Əliyev ölkədə gedən siyasi proseslərə elə bir şəffaflıq, aydınlıq gətirdi ki, artıq xalqı aldatmaq, kiminsə gözünə kül üfürmək mümkün deyildi. Baş verən bütün hadisələrə, qanlı olaylara düzgün, tarixi bir siyasi qiymət verən Heydər Əliyev xalqı agah etdi - kimin kimliyi, hansı əməlin sahibi olması, üzə çıxmağa başladı. Heç bir güc strukturu, hərbi birləşmələri olmayan Heydər Əliyev yalnız xalqa arxalanırdı, ona bel bağlayırdı. Ona görə də xalqla açıq danışır, heç nəyi gizlətmir, xalqdan kömək umurdu. Məhz bu səmimiyyət, bu sədaqət Heydər Əliyev şəxsiyyətinə ümumxalq sevgisini daha da gücləndirir, ona bütün ordulardan daha çox güc verirdi.
Heydər Əliyev qüdrətini, ona ümumxalq sevgisini görən və duyan bəzi məkrli qüvvələr ara qarışdırmaq, təxribat törətmək kimi niyyətlərini gizlətməyə çalışmış, gizlənmişdilər. Surət Hüseynovun xofundan, hədə-qurxusundan pərən-pərən olmuş AXC-Müsavat iqtidarı da sanki bir toxdaqlıq tapmış, dar ağacından qurtardıqlarından sevincək olmuşdular. Amma vəziyyətin bir qədər düzəldiyini görüb yenə dil-boğaza qoymur, Elçibəyin Kələkiyə qaçmasına "haqq qazandıran" min bir dəlil gətirirdilər. Onların birillik, səriştəsiz fəaliyyətindən onsuz da zinhara gələn xalq indi də Milli Məclisdə bu çayxana siyasətçilərinin bəsit, məntiqsiz, ritorik çıxışlarını görüb daha da əsəbləşirdi.
Nəhayət ki, ədalətin və milli iradənin təntənəsi baş verdi. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.
Beləliklə, ölkə üzərində gəzən ölüm kabusu götürüldü. Heydər Əliyevin böyük siyasətə qayıdışı Azərbaycanı ikinci dəfə müstəqilliyini itirmək təhlükəsidən xilas etdi. Azərbaycanın azadlıq günəşi yenidən doğdu. İyunun qızmar günləri bir-bir arxada qaldıqca respublikamızda gərginlik azalır, həyat öz məcrasına qayıdırdı. Əli işdən-gücdən soyumuş adamların üz-gözündə ümid közərirdi. Bu ümid isə xalqın öz milli lideri Heydər Əliyevə olan inamından güc alırdı.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 808   Tarix: 19 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

13:50 230
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

21:15 1
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

20:37 27
.

Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir

Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ

12:37 186
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

20:34 40
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

12:47 219
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

18:00 179
.

Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

20:23 75
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

20:30 52
.