Avropalıların yarısını məhv edən "qara ölüm"ün mənşəyi müəyyənləşib
Müasir Qırğızıstan ərazisində yerləşən orta əsrlərə aid məzarlıqlardakı insan qalıqlarının DNT-si sekvensiyası 14-cü əsrdə "qara ölüm" adlanan taun epidemiyasının məhz buradan Avropaya keçdiyini göstərir.
Bu barədə Böyük Britaniya, Almaniya, İtaliya, Qazaxıstan və Rusiyadan olan alimlərin araşdırmasından məlum olur. Onların bununla bağlı tədqiqatları "Nature" jurnalında dərc edilib.
Məqalədə bildirilir ki, elm adamlarının diqqətini Qırğızıstanın Çuy vilayətindəki 1338-1339-cu illərə aid qeyri-adi çox sayda qəbirlər çəkib, özü də bu məzar daşlarının bəzilərində xəstəlikdən, qırğından bəhs edilib. Oradan 30 nəfərin qalığı çıxarılaraq Kunstkamera (Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya muzeyinə) aparılıb və tədqiqatlara başlanılıb.
Məlumata görə, onlar Qara-Cıqaç və Buran kəndləri yaxınlığındakı məzarlıqdan ekshumasiya edilən yeddi nəfərin DNT-sini sekvensiya edə biliblər. Nümunələrin keyfiyyəti dörd genomu tərtib etməyə imkan verib. Onların da üçündə taun xəstəliyinin törədicisi olan taun çöpü (lat. "yersinia pestis") aşkar edilib. Onun 1346-1353-cü illərdə Avropada taun epidemiyasına səbəb olan ştammların bilavasitə əcdadı olduğu üzə çıxıb.
Alimlərin fikrincə, taun Qırğızıstanın müasir Çuy vilayətindən keçən ticarət yolları vasitəsilə yayılıb.
"Qara ölüm" tarixdə ikinci taun pandemiyasıdır və pik həddi 1346-1353-cü illərdə qeydə alınıb. Hesab edilir ki, pandemiya həmin dövrdə Avropa sakinlərinin yarısının həyatına son qoyub. Sonra 14-cü əsrdə daha bir neçə epidemiya baş verdi, taunun ştammları isə 19-cu əsrə qədər bütün dünyada yayılmağa davam etdi.
"Qara ölüm"ün mənbəyi uzun müddət müzakirə mövzusu olub. Ştammın mümkün mənşə yerləri arasında əvvəllər Çin və Hindistanın adları çəkilmişdi.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 883 Tarix: 19 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
13:50 230 "Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
21:15 1 İzmirdəki partlayışda ölənlərin sayı artıb
Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını
20:37 27 Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir
Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ
12:37 186 Gəncədə "Chevrolet" qəfil alışıb yandı
Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs
20:34 40 İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
12:47 219 Azərbaycanda məktəb direktoru vəfat etdi
Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi
18:00 179 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində
20:23 75 Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?
Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki
20:30 52