Uşaqlar arasında yayılan virus nə qədər təhlükəlidir? – Mütəxəssislərdən AÇIQLAMA

Uşaqlar arasında yayılan virus nə qədər təhlükəlidir? – Mütəxəssislərdən AÇIQLAMAUşaqlar arasında qarınağrısı və qusma ilə müşahidə olunan xəstəlik yayılıb.

Bu, hər il yaz-yay aylarında azyaşlılar arasında müşahidə olunan naməlum virusdur. Virus özünü daha çox 5 yaşdan yuxarı uşaqlarda büruzə verir. Xəstəliyin əlamətləri isə qusma, hərarət və ishaldır.

Bəs bu naməlum virusdan uşaqlarımızı necə qoruya bilərik?

Pediatr Qoşqar İsmayılov Oxu.Az-a açıqlamasında sözügedən virusun mövsümi xarakter daşıdığını söyləyib:

"Hər il yaz-yay aylarında uşaqlar arasında rotavirus adlı virus yayılır. Xüsusən də çimərlik mövsümündə daha çox müşayiət olunur. Hovuza, dənizə gedənlər arasında daha çox yayılır. Virusa yoluxan uşaqlarda qusma, ishal, hərarət, iştahsızlıq olur. İnfeksiya sürətlə yayıla bilər. Buna görə də valideynlər vaxtında həkimə müraciət etməlidirlər. Xəstəlik ən az bir həftə davam edə bilər".

Q.İsmayılov qeyd edib ki, valideynlər uşaqlarının yeməklərinə xüsusi diqqət etməlidirlər:

"10 yaşına qədər olan uşaqların yoluxma riski daha yüksəkdir. Xəstəliyi körpələr daha ağır keçirə bilərlər. Yoluxan uşaqları çox isti, qapalı mühitdə saxlamaq olmaz.

Valideynlər uşaqlarını qorumaq üçün onları hovuzdan, çimərlikdən uzaq tutmalıdırlar. Çünki xəstəlik sürətlə yayıla bilir. Hətta virusun uşaqlarla yanaşı böyüklərə keçmə riski də var".

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Əkbər Quliyev isə valideynlərə uşaqlarını yaxın təmasdan uzaq tutmağı tövsiyə edir:

"Havaların isinməsi ilə əlaqədar hazırda uşaqlarda mövsümi olaraq rotavirus, adenovirus müşahidə olunur. Bu viruslara yaz-yay mövsümündə rast gələ bilirik. Ona görə tövsiyə edərdim ki, valideynlər gigiyenik qaydalara əməl etsinlər. Yoluxan uşağın ətrafla təması anında kəsilməlidir. Bir müddət hər kəsdən uzaq tutsalar, yaxşı olar. Virusun müalicəsi simptomatikdir. Əgər qusma və ishal davam edərsə, hərarət yüksək olarsa, həkimə müraciət etməlidirlər".

Qeyd edək ki, virusa hər yoluxmadan sonra uşaqlarda rotavirusa qarşı immunitet yaranır. Növbəti yoluxmada uşaq xəstəliyi daha yüngül keçirir. Buna bəzən bağırsaq qripi də deyirlər, lakin adi qriplə heç bir əlaqəsi yoxdur.

Rotavirus çirkli əllər, yaxşı yuyulmamış qidalar, bəzən də hava və damcı yolu ilə də yayıla bilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1122   Tarix: 19 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

13:50 230
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

21:15 1
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

20:37 27
.

Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir

Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ

12:37 186
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

20:34 40
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

12:47 219
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

18:00 179
.

Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

20:23 75
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

20:30 52
.