Dünyanı ekoloji təhlükədən xilas edə biləcək amil

Dünyanı ekoloji təhlükədən xilas edə biləcək amil16 iyun tarixində Bakıda "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu keçirilib. Azərbaycan paytaxtının ev sahibliyi etdiyi növbəti beynəlxalq miqyaslı tədbir ölkə Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Prezident İlham Əliyevin dünyada ilk olan "yaşıl enerji" siyasəti ilə bağlı təşəbbüsü öz bəhrəsini verməkdədir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən azsaylı ölkələrdəndir. Hesablamalar göstərir ki, Türkiyəyə, Rusiyaya, Gürcüstana və İrana elektrik enerjisi ixrac edən Azərbaycanın enerji nəqli imkanlarını Avropaya qədər genişləndirmək potensialı mövcuddur. Cənub Qaz Dəhlizini "davamlı uğur hekayəsi" adlandıranlar ölkəmizlə enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığa hər zaman ehtiyac duyduqlarını da bildirirlər. Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulan 750 meqavatlıq "Yaşma" Elektrik Stansiyasının, 330 kilovoltluq "Qobu" Enerji Qovşağı"nın istifadəyə verilməsi Azərbaycanın artan iqtisadi gücü, maliyyə imkanları, təbii resurslardan düşünülmüş istifadə nəticəsində mümkün olmuşdur.
Ölkəmizin təşəbbüsü kimi maraq doğuran "yaşıl enerji" layihələri bütün dünya ölkələri tərəfindən dəstəkləndi. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi Trans-Adriatik Boru Kəmərinin genişləndirilməsi ilə bağlı Azərbaycanın təşəbbüskar kimi dialoqa hazır olduğu bildirildi. "Yaşıl enerji" layihəsinin daha çox Ermənistanın işğalından azad edilən ərazilərdə tətbiq olunması ilə Kəlbəcər və Laçın rayonlarının enerjiyə tələbatı ödəniləcək və yeni layihələr nəticəsində ölkəmizdə əlavə enerji gücləri yaranacaqdır.
Azərbaycanın "Yaşıl dünya naminə" birlik, əməkdaşlıq çağırışı IX Qlobal Bakı Forumunda da gündəmə gətirildi. Forumdakı nitqində Prezident İlham Əliyev bildirdi ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı mübarizəyə töhfə verməlidir. Hazırda Avropa ölkələrində enerji təhlükəsizliyi qlobal dünya siyasətinin aktual problemləri kimi qalmaqda, Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı ölkəmizə müraciətlər daxil olub. İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranan reallıqların müəllifi kimi tanınan ölkəmizdə təhlükəsizliyin təminatı, dağıntıların aradan qaldırılması naminə görülən quruculuq işləri regionda sabitlik üçün fürsət kimi dəyərləndirilir və bu istiqamətdə işlər davam etdirilir. Başlanğıc kimi qarşıdakı bir il yarımdan sonra ölkəmizdə 700 meqavatdan artıq külək və Günəş enerjisindən geniş həcmdə istifadə ediləcək. Artıq ölkəmizlə xarici şirkətlər arasında 4 qeqavat enerji həcmi ilə bağlı razılaşma imzalanıb. Təkcə Xəzər dənizinin 157 qeqavatdan ibarət potensialı böyük enerji gücüdür. Respublikamızda zəngin alternativ enerji mənbələri isə tükənməzdir.
"Qlobal dünya nizamına təhdidlər" mövzularında təşkil olunan beynəlxalq tədbirdə respublikamızın karbohidrogen ehtiyatlarından səmərəli istifadə ilə bağlı açıqlamalar səsləndirildi. İlk təşəbbüs olan "yaşıl enerji" layihəsi dəstəkləndi. 4 ölkəyə ekstra elektrik enerjisi istehsalı və ixracı Azərbaycanın müəllifliyi və təşəbbüsü ilə formalaşan şaxələndirmə formatının genişləndirilməsi siyasətinin təsdiqidir.
Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin növbəti uğuru kimi qiymətləndirmək olar.

Elsən Manafov - siyasi sərhçi, politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 675   Tarix: 18 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

14:40 182
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

21:15 1
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

20:45 1
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

21:30 1
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

19:15 145
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

20:40 9
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

20:15 100
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

18:30 158
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

14:34 189
.