Beynəlxalq arenada təhlükəsizlik məsələləri əsas məsələlərdən birinə çevrilib

Beynəlxalq arenada təhlükəsizlik məsələləri əsas məsələlərdən birinə çevrilibAzərbaycan Prezidenti cənab İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda bir daha təhlükəsizlik məsələlərinin əsas olduğunu diqqətə çatdırdı. O, bildirdi ki, dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib.
Müharibədən sonrakı vəziyyət, Azərbaycanın Qafqazda regional təhlükəsizliklə bağlı yanaşmalarını diqqətə çatdıran ölkə Prezidenti ənənəvi keçirilən forumlarda Ermənistanın təcavüzkar siyasətindən, otuz ilə yaxın müddətdə 20 faiz torpaqlarımızı işğal altında saxlamasından, bu ərazilərimizdə törətdikləri vəhşiliklərdən bəhs olunduğunu önə çəkərək builki Forumda ölkəmizin sülh təklifindən, regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək üçün görüləcək tədbirlərdən və sair kimi məsələlərdən bəhs etdi.
Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlib, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Azərbaycan gələcəklə bağlı planlarını açıqlamaqla yanaşı, qarşı tərəfdən də bunu tələb edir. Sülh müqaviləsinin imzalanması ilə regionda dayanıqlı inkişafa, günümüzün aktual məsələsi olan təhlüksizliyə nail ola bilərik. Azərbaycanın işğalçı dövlətə belə bir mesajı ünvanlayır ki, artıq keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır. Cənab İlham Əliyev Forumdakı nitqində qeyd etdi ki, Ermənistan növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaq və onlar bunu yaxşı anlayırlar.
Azərbaycanın tarixi Zəfərində ordumuzun gücü ilə yanaşı, informasiya cəbhəsində üstünlüyümüz də əsas rol oynadı. 44 günlük Vətən müharibəsinin reallıqları onların düşüncələrinin yanlışlığını bir daha nümayiş etdirdi. Tarix yazan, ədaləti bərpa edən Azərbaycan Ordusu münaqişənin hərb yolu ilə həlli variantının mümkünlüyünü nümayiş etdirdi.
Postmünaqişə dövründə Azərbaycan sabit və dayanıqlı inkişafa malik regionun formalaşmasında maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri geniş miqyas almaqla yanaşı, bölgədə yeni əməkdaşlıq formatlarının yaradılması da əsas müzakirə olunan məsələlərdəndir.
Hər bir beynəlxalq səviyyəli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından da diqqətdə olur. Azərbaycanın iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsi beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. Ölkəmizin, dövlət başçısı İlham Əliyevin nüfuzu keçirilən tədbirlərə qatılan iştirakçıların sayının artmasında özünün daha aydın ifadəsini tapır. Forumdakı çıxışlarda da Azərbaycanın, cənab İlham Əliyevin ünvanına səsləndirilən xoş sözlər dövlətimizin həyata keçirdiyi siyasətə dəstəkdə, tarixi Zəfərimizin reallıqlarının qəbulunda özünü təsdiqləyir. Forum iştirakçılarının ümumi fikri budur ki, qədim tarixə malik, müasir şəhər olan Bakıya yenidən gəldikləri üçün şaddırlar və ölkəmizdə sürətli inkişafı görməkdən məmnundurlar.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 775   Tarix: 18 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

14:40 182
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

21:15 1
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

20:45 1
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

21:30 1
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

19:15 145
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

20:40 9
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

20:15 100
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

18:30 158
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

14:34 189
.