"Facebook" qatili: O, 7 qadını belə öldürüb - FİLM KİMİ HADİSƏ
Meksikada son aylarda qadınlar qəribə şəkildə yoxa çıxmağa başlayıb. Evdən çıxan və bir daha geri dönməyən 7 qadının tək ortaq nöqtəsi isə "Facebook" olub. Ölkədəki kino kimi hadisənin üstü polisin araşdırması ilə açılıb.
Lent.az xəbər verir ki, Viridiana Moreno Vasquez Meksikada itkin düşən 7 qadından birincisi olub.
Vasquez keçən ay Verakruz əyalətində iş müsahibəsinə getdikdən sonra geri qayıtmayıb. Sonra 31 yaşlı qadının "Facebook" sosial şəbəkəsində tanımadığı biri ilə iş müsahibəsi üçün görüşdüyü və otelə getdiyi, sonra isə yoxa çıxdığı öyrənilib.
Bir neçə gün sonra onun cansız bədəni tapılıb. Qadının şəxsiyyəti DNT testi ilə müəyyən edilib.
Daha sonra Morelos əyaləti polisləri aprel ayında iş axtaran 22 yaşlı tələbənin də öldürüldüyü xəbərini yayıb. Araşdırmalar zamanı həmin qızın da "Facebook"dakı iş elanı üçün müsahibəyə getdiyi ortaya çıxıb. O da son dəfə naməlum şəxslə bir kafedə görünüb.
3 gün sonra isə döyülmüş, cinsi istismara məruz qalmış və boğularaq öldürülmüş şəkildə meyiti tapılıb.
Beləliklə, hər iki qadının ictimai yerlərdə, şübhəli şəkildə yoxa çıxması polisi şübhələndirib. Bu qadınların öldürülməsində ortaq nöqtə isə "Facebook" idi. Hər iki qadının burada tapdıqları işlə bağlı müsahibələrdən sonra itkin düşdükləri məlum olub.
Kamera görüntüləri vasitəsilə qatili polis yaxalayıb.
Amma onun kimliyi barəsində hələ ki məlumat verilmir. Çünki bu cinayətkar daha 5 qadının öldürülməsində şübhəli bilinir.
Hazırda istintaq davam edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 885 Tarix: 12 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını
19:22 178 Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar
17:30 162 Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib
Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli
15:50 182 Mərdəkan şossesində qəza sıxlıq yaratdı
Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı
15:20 214 Ərdoğan Azərbaycan xalqını təbrik etdi
"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman
14:34 189 Şəhid qardaşı Avrasiya çempionu oldu
İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı
20:00 113 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib
19:52 121 İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var
İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var
14:41 185 Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı
Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il
22:15 1