Paltar mağazasında arvadını dostu ilə tutdu: "Səsinə qulaq asdım..." - Goranboyda şok

Paltar mağazasında arvadını dostu ilə tutdu: "Səsinə qulaq asdım..." - Goranboyda şokGoranboy rayonunda 1989-cu il təvəllüdlü Camal arvadı ilə münasibətdə olan tanışı Əlvana (adlar şərti verilib - red.) xəsarət yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Camal arvadı Südabənin Əlvanla intim əlaqədə olmasından xəbər tutub. 5 iyun 2021-ci ildə saat 19.30-da Əlvanla görüşüb, söhbət zamanı mübahisə yaranıb. Evdən özü ilə gətirdiyi bıçaqla Əlvana xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Camalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

"Əlvan mənim arvadımı, mən də onun arvadını tanımışam"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal bildirib ki, ailə üzvləri ilə Goranboy şəhərində yaşayır: " 2011-ci ildə Südabə ilə ailə həyatı qurmuşam. Həmin nikahdan üç övladımız dünyaya gəlib. Münasibətlərimiz həmişə normal olub. Əlvanı məlum hadisədən bir il əvvəl tanımışam.

Tanışlıqdan sonra aramızda dostluq münasibətlərimiz yarandı. Ailəvi olaraq bir-birimizin evinə gedib-gəldik. Buna görə də Əlvan mənim arvadım Südabəni, mən də onun arvadı Laləni tanımışam".

"Arvadımla münasibətdə olmadığını dedi"

Camalın sözlərinə görə, təxminən 5-6 ay əvvəl Əlvanın Goranboy şəhərində kirayəyə götürdüyü, arvadı Südabənin işlədiyi paltar mağazasına mütəmadi gəlib-getdiyini eşidib: "Əlvanın arvadımla münasibətdə olmasından şübhələndiyim üçün onunla bu barədə söhbət etdim. O, sadəcə bir neçə dəfə paltar almaq məqsədi ilə arvadımın işlədiyi mağazaya getdiyini dedi.

Tələb etdim ki, bir daha arvadımla münasibət saxlamasın, o da buna söz verdi. Əlvan və arvadımın dediklərinə inandım, arvadımla münasibətə davam etdirdim".

"Səs yazısını qeyd etməyi qərara aldım"

Təqsirləndirilən şəxs qeyd edib ki, 4 iyun 2021-ci ildə Əlvanın yenə də arvadının işlədiyi mağazaya gəlib-getdiyini eşidib:

"Onların arasında olan münasibəti sübut etmək üçün mağazaya gizlicə telefon yerləşdirdib, onların səs yazısını telefon vasitəsi ilə qeyd etməyi qərar aldım. "Texet" markalı mobil telefonumu iyunun 5-də saat 9 radələrində arvadımın işlədiyi mağazanın tavan hissəsində lambirinin üzərinə yerləşdirdim.

Telefonun səs yazısını qeyd edən proqramını işə saldım. Saat 9.30-da arvadım mağazaya gəldiyi üçün oradan getdim".

"Cinsi əlaqə zamanı danışıqlarını eşitdim"

Camal bildirib ki, həmin gün saat 16 radələrində mağazaya gəlib:

"Mağazanı bağladım, arvadımı evə yola saldıqdan sonra yenidən geri qayıtdım. Mağazada mobil telefonu götürdüm. Səs yazısına qulaq asan zaman arvadımın Əlvanla söhbətini, həmçininonların cinsi əlaqədə olan zaman danışıqlarını eşitdim. Arvadımın Əlvanla mənə xəyanət etdiyinə əmin oldum".

"Təklifi qəbul etdim"

Camalın sözlərinə görə, daha sonra mağazdan çıxıb, Goranboy şəhərindəki parka gəlib: "Mobil telefonu parkın içərsində gül kolunun arasında gizlətdim. Sonra parkdan çıxdım və yaşadığım evə gəldim. Mətbəxdə istifadə etdiyimiz bıçağı götürdüm və əynimdə olan şalvarın sağ yan cibinə yerləşdirdim. Arvadıma bir söz demədən yaşadığım evdən çıxdım. Bıçağı götürməkdə məqsədim Əlvandan heyf almaq olub.

Evdən çıxdıqdan az sonra Əlvana zəng vurdum. Onunla işim olduğunu və buna görə də görüşmək istədiyimi bildirdim. Əlvan da qardaşı Əlinin evində olduğunu və orada görüşə biləcəyimizi dedi. Həmin evi tanıdığım üçün oraya getdim. Saat 19 radələrində Əlinin evinin yaxınlığına çatdım.

Əlvanı küçədə avtomobilinin yanında idi. Onunla söhbət etməyə başladım. Söhbət zamanı Əlvanın qardaşı Əli də həyətdən çıxdı. Məni çay içməyə dəvət etdi, həyətə daxil oldum".

"Birlikdə parka getdik"

Camal qeyd edib ki, orada Əlvandan iyunun 5-də arvadının işlədiyi mağazaya gəlib-gəlmədiyini soruşub: "Əlvan isə həmin gün mağazaya gəlmədiyini dedi. Ona mağazaya gəldiyini sübut edə biləcəyimi dedim, mənimlə birlikdə telefonu gizlətdiyim parka getməyi təklif etdim.

Birlikdə Əlvana məxsus "Mercedes"lə parka gəldik. Parkda gül kolunun arasında gizlətdiyim mobil telefonu götürdüm. Bundan sonra Əlvanın avtomobilində olan maqnitafonu dəyişdirmək üçün Elşadın yaşadığı ünvana getdik.

Elşad gəlib avtomobilin arxa oturacağında əyləşdi, Əlinin yaşadığı evin yaxınlığına gəldik".

"Nəyə görə ailəmi dağıtdığını soruşdum"

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 19.20-də həmin yerdə Əlvan avtomobili saxladıb:

"Əlvanla avtomobildən düşdük, bir qədər irəliyə getdik. Bizi heç kimin görmədiyi yerdə dayandıq. Telefonunu Əlvana verdim. O da aşağıya doğru əyilərək səs yazısına qulaq asmağa başladı. Bir neçə dəfə səs yazısına qulaq asdıqdan sonra ondan nəyə görə ailəmi dağıtdığını soruşdum. O mənə heç bir cavab vermədi.

Əlvanın arvadımla münasibətdə olmasından əsəbiləşdim. Evdən götürdüyüm bıçağı çıxardım və oturaqlı vəziyyətdə olan Əlvanın sol qoluna vurdum. O da özünü saxlaya bilmədi, sağ yanı üstə yerə yıxıldı. Ardınca ayağa qalxdı. Bıçaqla onun sol qoltuq altı nahiyəsinə vurdum. Həmin zərbədən sonra Əlvan qaçmağa başladı".

Camal deyib ki, bundan sonra könüllü təslim olmaq məqsədi ilə piyada gedərkən yolda Əlvanın qardaşı Əli onu görüb: "Əli nə baş verdiyini soruşdu. Mən isə Əliyə Əlvanı vurulduğunu dedim. O, qardaşını kimin vurduğunu soruşanda yalandan bilmədiyimi dedim.

Sonra oradan ayrılaraq Goranboy rayon polis şöbəsinə getdim. Əlvana xəsarət yetirdiyim bıçağı da özümlə aparmdım. Polis şöbəsinin inzibati binasının qarşısında arvadıma zəng vurdum. Daha sonra Goranboy rayon polis şöbəsinin inzibati binasına girib təslim oldum".

"Arvadından xoşum gəldi"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əlvanın sözlərinə görə, Camalla ailəvi dostluq münasibətində olub: "Arvadım və uşaqlarımla bir neçə dəfə onlara qonaq getmişəm. Onlar da bizim evə qonaq gəlib.

Camalın arvadı Südabəni gördükdə ondan xoşum gəldiyi üçün 2020-ci ilin təxminən oktyabrında onunla aramızda münasibət yarandı. Südabədən xoşum gəldiyi üçün telefonla onunla danışaraq bu barədə hislərimi etiraf etdim. Südabə də məndən xoşu gəldiyini etiraf etdi.

Aramızdakı sevgi münasibətlərindən əvvəllər onun əri Camalın heç bir məlumatı olmayıb".

"Mağazada cinsi əlaqədə oldum"

Əlvan qeyd edib ki, Südabə ilə mütəmadi görüşməsə də, hərdən telefonla əlaqə saxlayıb: "Südabə ilə cəmi iki dəfə cinsi əlaqədə olmuşam. İlk dəfə 2020-ci ilin oktyabrında tanış olduqdan sonra onun işlədiyi paltar mağazasında cinsi əlaqədə oldum. İkinci və sonuncu dəfə 5 iyun 2021-ci ildə görüşdük. Həmin gün Südabə ilə cinsi əlaqədə olduqdan sonra mağazadan çıxdım, Goranboy şəhəri ərazisində şəxsi işlərimlə məşğul oldum".

Əlvan daha sonra ifadəsində Camal ilə görüşməsindən danışıb, məlum hadisəni ətraflı qeyd edib.

İş üzrə şahid qismində dindirilən Südabədə də Əlvanla münasibətlərindən danışıb. Qeyd edib ki, bir neçə dəfə cinsi əlaqədə olublar.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Camal 1 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1172   Tarix: 12 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

19:15 145
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

16:50 179
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

16:18 183
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

15:06 198
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

22:00 0
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

20:34 40
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

15:30 188
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

17:20 167
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 191
.