Özəl klinikalarda həkim nəzarətində olanlar icbari tibbi sığortadan yararlana bilərlərmi? - ARAŞDIRMA

Özəl klinikalarda həkim nəzarətində olanlar icbari tibbi sığortadan yararlana bilərlərmi? - ARAŞDIRMABir sıra pasiyentlər var ki, icbari tibbi sığortadan yararlanaraq müayinə olunmaq istəyirlər. Amma uzun müddətdir özəl klinikadakı həkimin nəzarəti altında olduqlarından bu fürsətdən istifadə edə bilmirlər. Mütəxəssislər isə deyirlər ki...

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə hazırlayıb.

"7 il əvvəl özəl klinikada ürək əməliyyatı keçirmişəm, həkimim də həmin klinikadadır. O vaxtdan bəri 6 aydan bir müayinə üçün həmin həkimin qəbulunda oluram. Ölkəmizdə hazırda icbari tibbi sığorta tətbiq olunur, amma mən bundan istifadə edə bilmirəm. Bundan yararlanmaq üçün həkimimi dəyişməliyəm. Bunu da istəmirəm. Çünki özəl klinikada olan həkimim məni əməliyyat edib, sağlamlıq durumumla bağlı daha məlumatlıdır. İstəyərdim ki, icbari tibbi sığorta çərçivəsində mənim kimi adamlara elə bir imkan yaradılsın ki, həkimimizi dəyişmək məcburiyyətində qalmayaq" - bu sözləri bizimlə söhbətində Nazim Hüseynov bildirdi. Əslində, həkimini dəyişməmək üçün icbari tibbi sığortadan yararlana bilməyənlər az deyil.

Həkimi dəyişməkdən ehtiyat etməliyik?

Həmin şəxslərin hansısa xroniki xəstəlikləri, yaxud daim müayinə və müalicə tələb edən sağlamlıq problemləri var və illərdir onları eyni həkim müayinə edir, xəstəliyini nəzarətdə saxlayır. Həkimləri isə özəl klinikada çalışır. Həmin şəxslərin bir çoxu icbari tibbi sığortanın təqdim etdiyi ödənişsiz tibbi xidmətdən yararlanmaq istəsələr də, bunu edə bilmir, özəl klinikadakı öz həkimlərinə üz tuturlar. Qısası, ödənişsiz olduğu üçün icbari tibbi sığortadan yararlanmaq istəyirlər, amma həkimi dəyişmək istəmədikləri üçün bunu edə bilmirlər.

Həmin şəxslər istəyirlər ki, icbari tibbi sığorta çərçivəsində illərdir onların xəstəliyinin müalicəsini aparan həkimlərin qəbulunda olmaq imkanı yaradılsın. Hazırda icbari tibbi sığortada belə bir bənd nəzərdə tutulmayıb. Bəs gələcəkdə icbari tibbi sığortada bu kimi hallar nəzərə alına bilərmi? Ümumiyyətlə, bu kimi situasiyalarda həkimi dəyişməkdən ehtiyat etmək nə dərəcədə doğrudur?

Dəyişiklik gözlənilmir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, vətəndaşlara icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə, vətəndaşa agentliyin müqavilə bağladığı 43 tibb müəssisələrindən birinə göndəriş verilir (müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir). Qeyd edək ki, pasiyent həmin tibb müəssisəsində istənilən həkimi seçmək hüququna da malikdir. Ancaq pasiyentin həkimi dəyişmək istəmədiyi halda, özəl tibb müəssisəsinə hər hansı göndəriş verilməsi ilə bağlı bir dəyişiklik gözlənilmir.

Bir həkimin nəzarətində olmaq deyiləndə...

Terapevt Məlahət Abbasova bildirdi ki, həkimi dəyişmək qeyd edilən situasiyalarda hər hansı problem yaradacaq məsələ deyil: "Bir həkimin nəzarətində olmaq deyiləndə daha çox ailə həkimi nəzərdə tutulur. Ailə həkimi ailə üzvlərində hansı problemlər olduğunu bilir. Məsələn, sabah uşağın sağlamlığı ilə bağlı nə isə problem yarananda ilk olaraq nələrdən şübhələnəcəyini bilir. Çünki sağlamlıqla bağlı məsələlərdə genetikanın rolu böyükdür. Yəni ailə həkimi olanda ailəni tanıyır, ola biləcək riskləri daha tez müəyyənləşdirə bilir. Ancaq müalicəmizi aparan həkimi dəyişməkdə hər hansı problem yoxdur".

Həkimi dəyişmək istəmirlərsə...

M.Abbasova bildirdi ki, pasiyentlərin həkimlərini dəyişmək istəməmələri də başadüşüləndir: "Sağlamlıq durumu, müayinənin aparılması ilə bağlı həkimin dəyişməsi problem yaradan məsələ deyil. Ancaq pasiyentlər də həkimi dəyişmək istəmir, tanıdığı həkimə getmək istəyir. İcbari sığorta xəstəni hansısa həkimə məcbur göndərmir. Dövlət klinikalarında həkim seçimi verir. Üstəlik, özəl klinikalarda çalışan həkimlərin 60-70 faizi dövlət klinikalarında da işləyir. Xəstələr araşdırsınlar, əgər həkimləri dövlət klinikasında işləyirsə, həmin tibb müəssisəsində onun qəbuluna gedə bilərlər. Əgər həkimləri sadəcə özəl tibb müəssisəsində çalışırsa və onu dəyişmək istəmirlərsə, o zaman artıq ödənişli əsaslarla xidmət almalıdırlar. Hazırkı qanun bunu deyir".

Protokol dünyanın hər yerində eynidir

Almaniyada çalışan azərbaycanlı həkim Şəlalə Qasımova deyir ki, bütün həkimlər müayinə və müalicəni beynəlxalq protokollar əsasında aparırlar. Ona görə, həkim dəyişməkdə hər hansı problem yoxdur: "Hər bir xəstənin xəstəlik tarixçəsi olmalı, orada xəstənin problemi ilə bağlı A-dan Z-yə qədər hər məlumat qeyd edilməlidir. Hər həkimin özünəməxsus protokolu yoxdur. Deyə bilmərik ki, mənim həkimim fərqli müayinə, müalicə aparır, onu başqası edə bilməz. Müayinə və müalicənin protokolu dünyanın hər yerində eynidir. Düzdür, burada dövlətin imkanlarına baxaraq da yanaşılır. Azərbaycanın imkanlarına baxılanda, ölkə daxilində həkimi dəyişməyin hər hansı problemi yoxdur. Növbəti həkim səninlə bağlı bütün xronologiya ilə bir daha tanış olur və müalicə qaldığı yerdən davam edir".

Həkimlər həkimi dəyişməkdə hər hansı problem görmürlər. Sığorta da həkimini dəyişmək istəməyənlər üçün güzəşt təqdim etmir. Ona görə seçim hər kəsin özünə qalır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 11 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu

Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində

21:00 1
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

18:00 179
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

20:34 40
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

20:37 27
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

20:30 52
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

20:40 9
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

16:50 179
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 191
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

19:45 126
.