Kənd Təsərrüfatı Nazirliyi: "Ölkədə buğda ehtiyatları formalaşıb"
Azərbaycanda yeni taxılçılıq mövsümünə qədər buğda ehtiyatları formalaşıb.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
Onun sözlərinə görə, ölkədə un dəyirmanlarının yaratdıqları tələbatdan iki dəfə çox buğda rezervləri var: "Həmçinin, digər ərzaq ehtiyatları var".
F. Fikrətzadə bildirib ki, Azərbaycan ümumilikdə 1,3 milyon ton həcmində buğda idxal edir: "Bu ümumi buğda ehtiyatları balansı baxımından 40 % idxaldan asılılıq deməkdir. Amma un emalı sənayesinin tələbatına görə idxaldan asılılıq səviyyəsi daha yüksəkdir. Hazırda un emalı sənayemizin emal etdiyi buğdanın 75 %-i idxal mənbələri hesabına təmin edilir. Bu isə ortalama 1,3 milyon ton deməkdir.
Düzdür, 2021-ci ildə dünya bazarında olan məhdudiyyətlərdən dolayı ölkənin idxalı müəyyən qədər azalıb. Bizim gözləntimiz budur ki, idxal mənbələrində təchizatda olan problemlər bizim un emalçılarını yerli istehsala yönəldəcək. Biz dünyanın ən böyük buğda ixrac edən ölkələrin daxil olduğu regionunda yerləşirik. Bu gün Azərbaycanın idxal etdiyi buğdanın 95 %-i Rusiya hesabına təmin edilir. Emalçılar üçün Rusiyadan buğda almaq iqtisadi baxımdan ən səmərəli model idi".
F. Fikrətzadə vurğulayıb ki, Azərbaycanda kiçik və orta fermerlərin üstünlük təşkil etdiyi bir şəraitdə, bir emal müəssisəsi 10 min ton buğdanı ölkədə tədarük etmək üçün min fermərlə razılaşma əldə etməli idi: "Amma Rusiyada hər hansı bir təsərrüfatdan yüz min ton buğdanı ala bilirdi, ən ucuz logistika ilə ölkənin un emalçıları Rusiyadan buğdanı alırlar. Rusiya buğda ixracına görə tətbiq etdiyi qiymətlər birja qiymətlərindən aşağıdır.
Emalçılar ən yaxşı təchizat mənbəyini Rusiyada görürdü. Bizim fermerlərimiz istehsal etdikləri buğda ilə heyvandarlıq təsərrüfatlarını təmin edirlər. Yəni, elə bir mühit formalaşmışdı ki, nə bizim fermerlərimiz dəyirman axtarmırdılar, emalçılar da fermer axtarışında deyil. Lakin yeni dövr qarşımıza yeni çağırış qoyub".
O, ölkədə buğda idxalını azlatmaq üçün vacib olan məqamları açıqlayıb: "Bunun üçün yalnız iri taxılçılıq təsərrüfatlarını səfərbər etməliyik. Bəzən belə ifadə səslənir ki, biz 500 min hektarda buğda əkirik. Niyə özümüzü təmin edə bilmirik? Dünyada Rusiya, Ukrayna, Qazaxıstan, Avstraliya, Kanada kimi ölkələr taxıl ixrac edir. Bu ölkələrin orta hesabla torpaq əkini strukturu belədi ki, Avstraliyada taxıl əkilən sahələr 4 min hektardan başlayır. Rusiyada orta hesabla 1 000 hektardan başlayaraq sahələrdə taxıl əkilir. Taxılçılıq təsərrüfatları böyük olmalıdır. Bizim taxılçılıq üzrə yerli xüsusiyyətlər ondan ibarətdir ki, bizdə 1996-1998-ci ildə sosial ədalət prinsipinə uyğun olaraq torpaq islahatı aparılıb. Ölkədə ortalama taxıl üzrə əkin sahəsi 1,85 hektardır. Ona görə də strateji hədəf iri taxılçılıq təsərrüfatlarının yaradılmasında görürük. Dövlət üçün iri taxılçılıq təsərrüfatları maraqlıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 708 Tarix: 11 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu
Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində
21:00 1 Azərbaycanda məktəb direktoru vəfat etdi
Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi
18:00 179 Gəncədə "Chevrolet" qəfil alışıb yandı
Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs
20:34 40 İzmirdəki partlayışda ölənlərin sayı artıb
Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını
20:37 27 Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?
Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki
20:30 52 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
20:40 9 "Ukraynanın coğrafiyası artıq dəyişib"
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini
16:50 179 Mingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 191 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
19:45 126