Kiçik qəlbin böyük dünyası - FOTO

Kiçik qəlbin böyük dünyası - FOTO3 iyun tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının 7-ci sinif şagirdi Zərrin Şükürün "Qaranquş" adlı fortepiano pyeslərindən ibarət albomun geniş auditoriyaya təqdim edildi. Bu albom Zərrinin ilk bəstəkarlıq işi olduğu üçün simvolik olaraq "Qaranquş" adlandırılıb. Alboma müxtəlif xarakterli 12 pyes daxildir. Albomda yer alan bütün pyeslər "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən müstəsna müəlliflik hüquqlarının sahibi kimi Zərrin Şükür qeyd edilmlşdir.

Gənc istedadın musiqiyə marağı özünü erkən yaşlarından biruzə vermişdir. 3 yaşından fortepiano ifaçılığı ilə məşğul olan Zərrin ilk dəfə 4 yaşında solo ifa ilə yanaşı violin alətinə müşayiət etmişdir. Məhz, bu ifa ilə o gələcəkdə gözəl musiqiçi olacağı təəssüratı yaratmış olmuşdur.
Daha sonra qatıldığı Respublika və Beynəlxalq müsabiqələrdə özünəməxsus ifası, musiqi duyumu, proqramının mürəkkəbliyi, zənginliyi ilə fərqlənən Zərrin respublikamızdan kənarda yaşayan musiqiçilərin diqqətini cəlb etmişdir. Belçika bəstəkarı Didier van Damme özünün məşhur "Avropa üçün Adajio" əsərinin iki fortepianoya işlənmiş nüsxəsini xüsusi olaraq Zərrinin ifa etməsi üçün ona göndərmişdir. Neoklassik üslubda musiqi bəstələyən, geniş dinləyici kütləsinin rəğbətini qazanan, müasir dövrün bəstəkarı Stefan Benniking "Zita möcüzələr diyarında" adlı albomunu Zərrinin ifasında dinləyərək çox bəyənmiş və gənc istedadlı qızı öz əsərlərinin ilk ifaçısı kimi tanımışdır. Bəstəkar bu barədə öz rəsmi saytında məlumat yerləşdirib.

10 yaşınadək Zərrin bir neçə beynəlxalq müsabiqələrin laureatı olmuşdur. O, dünyanın nüfuzlu musiqi akademiyalarında fortepiano ifaçılığını tədris edən professor-müəllim heyətindən istər layihələr çərçivəsində, istərsə də fərdi şəkildə mütəmadi olaraq ustad dərsləri almış və hazırda da almaqda davam edir.

Pandemiya dövründə Azərbaycan mədəniyyətinin sosial media üzərində təbliğinə yönələrək dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ev muzeyindən onun "Leyli və Məcnun", "Arşın mal alan" əsərləri haqqında "The love legend of the East-Leyli and Majnun", "The cloth peddler" adlı videoçarxlar hazırlamışdır.

Zərrin bəstələdiyi əsərləri bir yerə toplamaq qərarına gəldiyi ərəfədə onun qarşısına "Üzeyir Hacıbəyliyə ithaf" Beynəlxalq bəstəkarlıq müsabiqəsi haqqında məlumat çıxır. Özünü sınamaq qərarına gəlir.

Həmin müsabiqənin münsiflər heyətinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə (sədr), Manhettan Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri Reyko Fütinq, Stoni Bruk Universiteti, Qadın Bəstəkarlar Cəmiyyətinin həmtəsisçisi və direktoru Nilufər Nurbəxş daxil olunmuşdur. Təşkilat komitəsinin rəhbəri kimi Milli Musiqi və Qlobal Mədəniyyətlər Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova çıxış etmişdir.

Müsabiqədə "Ən gənc bəstəkar" adına layiq görülən Zərrin Şükür Qala konsertdə çıxış edərək müsabiqənin şərtlərinə uyğun olaraq Ü.Hacıbəylinin "Arşın mal alan" operettasının musiqisi əsasında bəstələdiyi üç hissəli "Kiçik Süita" əsərindən ikinci hissəni ifa etmişdir.
Bu gün öz yaradıcılıq yolunda inamla addımlayan Zərrin daha bir mərhələ keçərək fortepiano əsərlərindən ibarət albomunu təqdim etdi. Zərrin haqqında onun təhsil aldığı məktəb-studiyanın tədris işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədova, elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova, müəllimləri – dosent Arzu Məmmədova, Nərminə Əliverdizadə, Nuranə Zeynalova, Rəna Məmmədova, tanınmış pianoçu Səidə Tağı-zadə və Türk Dünyası Bakı Atatürk Liseyinin müəllimi Məleykə Adıgözəlova çıxış edərək Zərrinin istər pianoçu, istərsə də bəstəkar kimi qeyri-adi fitri istedada malik olduğunu qeyd etdilər.
Tədbirdə "Qaranquş" adlı alboma daxil olan əsərlər Orta ixtisas musiqi məktəb-studiyası şagirdlərinin, müəllifin və eləcə də professional pianoçuların ifasında dinlənildi. Bu isə müəllifin albomunun onun həmyaşıdları tərəfindən sevilməsinin bariz nümunəsidir. Müəllimlərdən Beynəlxalq müsabiqələr laureatları Nuranə Zeynalova və Fəqan Həsənli, şagirdlərdən isə Respublika və Beynəlxalq müsabiqələr laureat və diplomantları, pianoçular – Aylin Sadıqzadə, Məryəm Quluzadə, Əsəd Quluzadə, Sara Hacıyeva, Fatimə Kələntərova, Mədinə İbrahimova, Rəna Zeynallı (violin) İsa Kələntərov (saksofon), Məhəmmədəli İbrahimov (marimba), Xatun Quliyeva (fleyta), Teymur Kazımov (vokal) öz ifaları ilə tədbirə xüsusi rəng qatdılar.

Xüsusi istedada malik olan Zərrinin kiçik yaşlarından böyük uğur qazanmasının səbəblərindən biri professor Tərlan Seyidovun rəhbərliyi ilə Məktəb-studiyanın yüksək ixitsaslı, nüfuzlu müəllimlərindən dərs almasıdır. Bu da Zərrinin fitri istedadını üzə çıxaran təhsil aldığı Məktəb-studiyanın müəllim kollektivinin tədris metodikasının beynəlxalq standartlara uyğun, innovativ şəkildə daha öndə olmasının bariz nümunəsidir.
İncəsənətin mürəkkəb və keşməkeşli yolunda Zərrinə uğurlar arzulayırıq.

BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının
baş metodisti Natəvan Fərzəliyeva

Kiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTOKiçik qəlbin böyük dünyası - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1288   Tarix: 10 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu

Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində

21:00 1
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

18:00 179
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

20:34 40
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

20:37 27
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

20:30 52
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

20:40 9
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

16:50 179
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 191
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

19:45 126
.