Şəkidə qəzaya düşən məktəblilərin ekskursiyaya getmələrinə kim icazə verib?
Mayın 5-də Şəkidə baş vermiş ağır yol qəzası barədə məlumat vermişdik.
Olayla bağlı bildirilirdi ki, həmin gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində "ISUZU" markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə, 2-si valideyn və 16-sı da şagird olmaqla, ümumilikdə 22 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlum olub ki, avtobusda olanlar Samux rayon sakinləridir.
Demokratik.Az hadisənin maraqlı detallarına vara bilib. Demə, gəzmək məqsədilə Samux rayonundan Şəkiyə aparılan 11 nəfər şagird Samux rayonu 3 saylı tam orta məktəbinin şagirdləridir. Eləcə də, şagirdlər Şəkiyə (ekskursiyaya) sinif rəhbərinin təşkilatçılığı və məktəbin müvəqqəti direktor əvəzinin razılığı əsasında yollanıblar. Xəbərə rəsmi açıqlamada məhz bu detal gzilədilib.
Maraqlısı həm də odur ki, Kolayırda yerləşən sözügedən məktəbə hələ ki, direktor təyin edilməyib. Məktəbə uzun illər Samux rayon təhsil sektorunun hazırki müdiri Nurlana Həsənova rəhbərlik edib. İndinin özündə də məktəb Nurlana Həsənovanın xüsusi kurasiyasında - total nəzarətində saxlanılıb. Belə olduqda da, xanım təhsil müdirinin də şagirdlərin qanunsuz (rəsmiləşdirilmədən) Şəkiyə getmələrindən əvvəldən xəbərdar olduğunu çəkinmədən söyləmək, bu olay üzrə buraxılan təhsil özbaşınalığı barədə redaksiyamıza verilən bilgilərlə razılaşmaq olar.
Məlumdur ki, Təhsil Nazirliyi pandemiya dövründə məktəblilərin ekskursiyaya aparılması qadağan edilib. İndi pandemiyanın ağır şərtləri aradan qalxsa da, şagirdlərin toplanaraq bölgələrə aparılmaları, yalnız bir günlük faydalı ekskursiyaların təşkili üçün müvafiq qaydalar mövcuddur. Qaydalar isə deyir ki, ekskursiyaların təşkili tədrisin praktiki faydalılığını təmin etməklə yanaşı, şagirdlərin təhlükəsizliyi nəzərə alınmalıdır. Bunun üçün ekskursiyanın məqsədi və yeri seçilməklə təhsil müəssisələri üçün müəyyən edilmiş tövsiyələrə əməl edilməli, hər bir detal razılaşdırılmaqla rəsmiləşdirilməlidir.
Aldığımız məlumatda iddia edilir ki, sözügedən Samux məktəblilərinin Şəkiyə getmələri rəsmiləşdirilməyib. Ekskursiyanın təşkili prosesindən təhsil başbiləni Nurlana Həsənova xəbərdar olsa da, bu barədə Gəncə Regional Təhsil İdarəsi məlumatlandırılmayıb və rəsmi icazə mövcud olmayıb. Yəni, hansısa maraqlar müqabilində Samux məktəbindən Şəkiyə spontan səyahət özbaşınalığı ortaya çıxıb.
Hazırda hadisə üzrə müvafiq araşdırmalar aparılır, inanırıq ki, ağır avtoqəza ilə nəticələnmiş ekskursiyanın səbəbləri dəyərləndirilərkən, Nurlana Həsənovadan və məktəbin müvəqqəti direktorundan da haqq-hesab soruşulacaq...
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2165 Tarix: 09 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL
Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr
22:30 1 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
18:30 158 Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n
17:10 167 Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama
21:45 1 Gəncədə "Chevrolet" qəfil alışıb yandı
Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs
20:34 40 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını
19:22 178 İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var
İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var
14:41 185 Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu
Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində
21:00 1 Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi
Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma
1