Rəşid Behbudovun anım günüdür

Rəşid Behbudovun anım günüdürSSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR dövlət mükafatları laureatı Rəşid Behbudovun anım günüdür.

Görkəmli Azərbaycan müğənnisi 1915-ci ilin 14 dekabrında Tiflisdə anadan olub. Atası şuşalı xanəndə Məcid Behbudov, anası isə Qazağın məşhur Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım Vəkilova olub. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid Behbudov 1993-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblında solistlik edib.

1943-cü ildə "Bakıkinostudiyası" "Arşın mal alan" filmini ərsəyə gətirərkən baş rola Rəşid Behbudovu dəvət edib. Təklifi qəbul edən Behbudov 1945-ci ildə arşınmalçı Əsgər roluna çəkilib. Film ekranlara çıxdıqdan sonra həm Azərbaycan, həm də digər Sovet ölkələrində böyük uğur əldə edib.

1946-ci ildən R.Behbudov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1949-cu ildə Budapeştdə Gənclərin və Tələbələrin Ümumdünya festivalında çıxış edib. Behbudovun repertuarında "Azərbaycan", "Neftçi", "Züleyxa" və başqa Mahnılar yer alır.

"Gözəlim sənsən", "Ana", "Sevgilim", "Gecələr", "İlk Görüş", "Bakının ulduzları", "Evləri var", "Küçələrə su səpmişəm" Rəşid Behbudovun unudulmaz ifalarındandır.

Böyük vokal və musiqi-səhnə ustalığına malik olan müğənni Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş Fikrət Əmirovun "Sevil" operasında əsas qəhrəman – Balaş rolu Rəşid Behbudova tapşırılıb.

Rəşid Behbudov 1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olan Behbudov 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrını yaradıb və həyatının sonunadək bu teatrın bədii rəhbəri olub.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rəşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.

Rəşid Behbudov 1989-cu il iyunun 9-da 74 yaşında Moskva şəhərində vəfat edib. Müğənninin məzarı Bakı şəhərində, birinci Fəxri Xiyabanda yerləşir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1039   Tarix: 09 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL

Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr

22:30 1
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

18:30 158
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

17:10 167
.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

21:45 1
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

20:34 40
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

19:22 178
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 185
.

Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu

Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində

21:00 1
.

Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi

Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma

1
.