Sığorta pulunu ala bilməyən sürücülərin DİQQƏTİNƏ! - VİDEO
Baş vərən qəzalar zamanı siğorta şirkətləri və vətəndaşlar arasında tez-tez mübahisələr olur. Buna səbəb tərəflərin məsələnin öz xeyirlərinə həll edilməsinə cəhd etmələridir. Bu isə sonda mübahisəyə və hətta aylarla, bəzən isə illərlə davam edən məhkəmə çəkişmələrinə gətirib çıxarır. Bu tipli problemlərin yaşanmaması üçün müstəqil siğorta ekspertlərinə müraciət etməkdə fayda var. Amma bu zaman da diqqətli olmaq lazımdır.
Baş verən qəzalarda bəzən siğorta şirkətləri ilə vətəndaşlar arasında mübahisələr olur.
Çox vaxt isə bu mübahisələrin sonu məhkəmə ilə bitir. Amma vətəndaşların bu məqamda bilmədikləri bəzi məqamlar var. Sığorta hadisələri zamanı tərəflər arasında yaranan mübahisələrin həll olunması və ortaq mövqenin tapılması üçün və məhkəmələrin uzun prosedur olduğuna görə məhkəmədən öncə müstəqil sığorta ekspertinin cəlb edilməsi vacibdir. Bu barədə sığorta eksperti İlkin İbrahim məlumat verib.
İlkin İbrahimin sözlərinə görə, bu halda da bir sıra problemlərin yaranmamasına görə vətəndaşlar bəzi məqamlara diqqət etməlidirlər. Bəzi sığorta şirkətləri bu haldan xəbərdar olduqları üçün yaranmış vəziyyətdən öz xeyirləri üçün sui istifadə edirlər. Sığorta mübahisəsi yaranan zaman müstəqil ekspertin cəlb olunmasına ehtiyac olanda sığorta şirkətləri hiyləyə əl ataraq tərəflərin qarşısına öz yaxın adamları olan 3-4 nəfər şəxslərin ad-familyasından ibarət siyahı qoyulur.Nəticədə sığortalı sığorta şirkətinin istədiyi eksperti seçir.
Qeyd edək ki, Mərkəzi Bankın reyestrində olan müstəqil sığorta ekpertlərinin fəaliyyəti "Sığorta Fəaliyyəti haqqında" qanunda nəzərdə tutulur. İlkin İbrahim bildirib ki, məsələdə ödənişin kimin tərəfindən edilməsi qanunda aydın şəkildə müəyyən edilmir. Bu zaman ödəniş hər iki tərəfin razılığı əsasında həyata keçirilməlidir.Mərkəzi Bank tənzimləyici orqan olaraq bu məsələlərin uyğun həllini həyata keçirsə sığorta bazarında mübahisələrin sayı çox böyük həcmdə azala bilər. (xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 742 Tarix: 28 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?
Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki
09.11.2026 187 Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?
Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın
09.11.2026 123 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını
09.11.2026 243 Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar
09.11.2026 200 Gəncədə "Chevrolet" qəfil alışıb yandı
Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs
09.11.2026 196 Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda
09.11.2026 140 Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL
Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr
09.11.2026 214 Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama
09.11.2026 182 Azərbaycan millisi Dakarda çempion oldu
Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna
09.11.2026 209