135 min dollarlıq təqaüd alan azərbaycanlı tələbəni siz də tanıyın

135 min dollarlıq təqaüd alan azərbaycanlı tələbəni siz də tanıyınİsa Cəfərov: "Əgər proqramçı kimi işləməyə davam etsəydim, iki illik təcrübə ilə başqa bir şirkətdə daha çox maaş ala bilərdim. Mən isə həmin təcrübəni kənara qoyub, marağım olduğu üçün sıfırdan kibertəhlükəsizlik üzrə işləməyə başladım"

Dördüncü kursda oxuyanda xaricdə təhsillə maraqlanır. Araşdırma aparır və ABŞ-da təhsil almaq qərarı verir. Magistr deyil, birbaşa PHD təhsili ilə maraqlanır. Alternativ olaraq başqa ölkələrdəki təhsil müəssisələrinə müraciət etsə də, hədəfi ABŞ universitetləri olur. Nəticədə ABŞ-ın Nyu-York Şəhər Universiteti, Kolorado Universiteti, Alabama Universiteti və Kolorado Mədən Məktəbindən dəvət alır. 135 min dollarlıq təqaüd təklif edən Nyu-York Şəhər Universitetini seçir. Söhbət azərbaycanlı gənc, nüfuzetmə mütəxəssisi İsa Cəfərovdan gedir.

İ.Cəfərov Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə 5-ci kursda təhsil alır. O, universitetə 695 bal toplayaraq qəbul olub. İsa bakalavr təhsili almaqla yanaşı, hazırda banklardan birində və bir xarici şirkətdə nüfuzetmə mütəxəssisi olaraq çalışır.

"Uşaqlıqdan oxumağa marağım olub"

İsa deyir ki, onda oxumağa, təhsilə marağı kiçik yaşlarında anası yaradıb: "Anam mən oxuduğum məktəbdə ingilis dili müəllimi işləyirdi. Lap uşaq vaxtımdan məndə oxumağa, təhsilə maraq yaratmışdı. Uşaqlıqdan bəri də həmişə oxumağa marağım olub. 10-11-ci siniflərdə oxuyanda artıq texniki fənlərə - riyaziyyat, fizikaya xüsusi maraq göstərdim. İmtahanda lazım olacaq mövzulardan kənar, mənim üçün maraqlı olan mövzuları araşdırırdım. Sadəcə, marağım var idi deyə, bunu edirdim".

"Kibertəhlükəsizliyi kursa getmədən öyrəndim"

İsanın ali təhsil aldığı istiqamətlə çalışdığı sahə bir qədər fərqlidir. Deyir ki, təhsil aldığı müddətdə kibertəhlükəsizliyə marağı yaranır, ona görə bu sahəyə yönəlmək qərarı verir: "Universitetdə birinci il İT dərsi keçildi, növbəti 2 ildə də bu istiqamətdə müəyyən qədər tədris oldu. O dərslər sayəsində İT dünyasına bir növ giriş etdim. İkinci kursda oxuyarkən bir kursda İT müəlliminin köməkçisi kimi işə başladım. Üçüncü kursda proqramçı kimi işlədim. Kibertəhlükəsizliyə marağım var idi deyə, proqramçı işləyən vaxtı hansısa əlavə kursa getmədən kibertəhlükəsizliyi özüm öyrəndim. Azərbaycanda həmin vaxt kibertəhlükəsizlik üçün çox iş imkanı yox idi. Amma proqramçı kimi 2 il işlədikdən sonra məndə bankda kibertəhlükəsizlik üzrə işləmək üçün imkan yarandı. Həmin şansı dəyərləndirdim".

Deyir ki, təqaüd qazandığı təhsil də çalışdığı kibertəhlükəsizliklə bağlıdır: "Təhsil aldığım ixtisas - proseslərin avtomatlaşdırılması mühəndisliyi daha çox sənaye ilə bağlıdır və kompüter elmləri, kompüter mühəndisliyi kimi digər sahələri də özündə ehtiva edir. Təhsil müddətində kibertəhlükəsizliyə xüsusi marağım yarandı və etdiyim araşdırma məni elmə, tədqiqata daha da yaxınlaşdırdı".

Niyə birbaşa PHD təhsili?

İ.Cəfərov birbaşa PHD təhsilini seçmək səbəbindən də danışdı: "Əvvəllər xaricdə təhsillə çox maraqlanmamışdım. Artıq 4-cü kursda araşdırmağa başladım. Kibertəhlükəsizlik üzrə oxumaq istəyirdim. Gördüm ki, bu sahə üzrə ən yaxşı təhsili Amerika universitetləri verir. Sonra Amerikada təhsillə maraqlandım. Bakalavrdan sonra magistr oxumaq üçün yüksək məbləğdə təhsil haqqı var idi. Onu ödəyə bilməyəcəyim üçün başqa alternativlər axtardım. Gördüm ki, Amerikada bakalavrdan sonra PHD oxumaq mümkündür. PHD oxuyanda araşdırma etdiyin üçün professor və universitet sənin üçün pul ödəyir. Yəni təqaüd verirlər. Bu, maddi cəhətdən daha yaxşı variantdır. Ona görə, PHD ilə maraqlandım. Düzdür, alternativ olaraq başqa ölkələrin universitetlərinə müraciət etsəm də, əsas fokusum Amerikaya qəbul idi. Qəbul alacağımla bağlı içimdə pozitiv bir duyğu var idi".

"Araşdırmaçıların düşüncə tərzi məni heyran edir"

Müsahibimiz kibertəhlükəsizlik sahəsində araşdırma etməyin onun üçün maraqlı gəldiyini deyir: "İndiki işimdə bir növ başqa araşdırmaçıların tapdığı boşluqları istifadə edirəm. Amma araşdırmaçı olanda heç kimin bilmədiyi yeni bir boşluq tapırsan. Bunun üçün də kreativ, fərqli düşüncə tərzi lazımdır. Araşdırmaları oxuyanda araşdırmaçıların düşüncə tərzi məni heyran edir. Bu sahəyə maraq yaradır. Ona görə də istəyirəm ki, Amerikada araşdırma sahəsində özümü püxtələşdirim".

İsa araşdırma sahəsinə böyük pullar qazanmaq üçün deyil, marağı olduğu üçün getdiyini deyir: "Əgər proqramçı kimi işləməyə davam etsəydim, iki illik təcrübə ilə başqa bir şirkətdə daha çox maaş ala bilərdim. Mən isə həmin təcrübəni kənara qoyub, marağım olduğu üçün sıfırdan kibertəhlükəsizlik üzrə işləməyə başladım. PHD tələbələrinin maddi cəhətdən yüksək gəlirləri olmur, lüks həyat yaşaya bilmirlər. Professorum mənə bu barədə əvvəlcədən xəbərdarlıq etmişdi. Demişdim ki, mən bunu bilirəm və buna hazıram"./Kaspi.Az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2735   Tarix: 10 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatmazdan əvvəl nəbzinizi ölçün - Yuxunuzla bağlı vacib məqam

Əksər sağlam yetkin insanlarda sakit vəziyyətdə normal ürək döyüntüsünün tezliyi dəqiqədə 60-100 arasında olur. Mütəxəssislərin fikrincə, yatmazdan əvvəl nəbzin ölçülməsi orqanizmin yuxuya nə dərəcədə hazır olduğunu anlamağa kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, bəzi mütəxəssislə

11.08.2026 159
.

Əti əvəz etmək mümkündürmü? - Mərci, soya, göbələk və digər alternativlər

"Tək bir qida məhsulu ətin orqanizm üçün təmin etdiyi bütün bioloji üstünlükləri tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi kimi qiymətləndirilir. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi 20 növ amin turşusundan istifadə edir. Onlardan 9-u əvəzolunmaz hesa

11.08.2026 185
.

Bu ölkənin küçələrinə bir milyon ağac əkiləcək: məqsəd nədir?

Ağaclar istilik hissiyatını əhəmiyyətli dərəcədə azalda bilir, lakin belə bir üsulun həm üstünlükləri, həm də mənfi cəhətləri var. Bir çox meqapolis həddindən artıq istiliklə mübarizə aparmaq üçün yüksək texnologiyalı sistemlərə milyardlarla dollar sərmayə qoyarkən, Sinqapur sadə yolla getdi - kütləv

11.08.2026 167
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

11.08.2026 2268
.

Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Rəqəmsal inkişa

11.08.2026 201
.

Livanda ölüm hökmü ləğv edildi - Ərəb dünyasında ilk

Livan parlamenti ölkədə ölüm hökmünün ləğv edilməsinə səs verib. "Qafqazinfo" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bununla da, Livan ərəb dünyasında bu addımı atan ilk ölkə olub. Bildirilib ki, "Hizbullah" parlament bloku istisna olmaqla deputatları

11.08.2026 178
.

Sabah da yağış yağacaq

Avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanı

11.08.2026 278
.

Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu (TƏFƏRRÜAT/FOTO)

Balakəndə dörd nəfərin ölümü ilə nəticələnən zəncirvari qəzanın təfərrüatı məlum olub. BİG.AZ -a istinadən xəbər verir ki, "Hyundai" markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Məryəm Hoorsova banklardan birinin Balakən rayon şöbəsinin məsul əməkdaşı olub. O, Katex kəndindən rayon mərkəzin

11.08.2026 500
.

Qusarda kişi evinin həyətində ölü tapıldı

Qusarda kişi evinin həyətində ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Hil kəndində baş verob. Kənd sakini 46 yaşlı Sakit Nazir oğlu Bağıyevin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Araşdırma aparılır

11.08.2026 178
.

TOP MP3