Çörəyin isti halda qəbul edilməsi bir sıra problemlər yaradır
Çörəyi isti-isti, bişəndən dərhal sonra yeməyi sevənlər çoxdur. Lakin həkimlər diqqətli olmağı tövsiyə edirlər, çünki vaxtaşırı isti çörək yemək həzm prosesinin ləngiməsinə, piylənməyə aparıb çıxarır. İsti çörəyin mədədə gec parçalanması kökəlməklə yanaşı mədə xəstəliklərinə, bəzi orqanizm çörəyi tam həzm edə bilmədiyindən şlakların yaranmasına səbəb olur. Buna görə də çörəyi bişdiyi vaxtdan bir neçə saat sonra yemək daha məsləhətlidir.
Xezerxeber.az xəbər verir ki, həkim-terapevt Nazilə Babayevanın sözlərinə görə, çörəyin isti halda yeyilməsi boyat şəkildə yeyilməsindən daha ziyanlıdır, çünki isti halda onun yapışqanlıq xüsusiyyəti daha yüksəkdir.
"Nəticədə orqanizmdə köp, müxtəlif diskomfort və xoşagəlməz hisslərin yaranmasına səbəb olur. Boyat çörəkdə yapışqanlıq xüsusiyyəti olmadığına görə selikli qişa və mədə-bağırsaq traktı tərəfindən daha yaxşı mənimsənilir, köp və s. kimi risklər yaratmır"-N.Babayeva deyib.
Mütəxəssislər qara və kəpəkli çörəyin daha xeyirli olduğunu deyir, lakin mədə turşuluğu çox olanlara qara çörək yemək olmaz. Məsələ burasındadır ki, qara çörək mədənin selikli qişasını qıcıqlandırır və daha çox turşuluğun ifraz olunmasına səbəb olur: "Tərkibində kətan toxumları və ya hansısa bitki lifləri, kəpək, çovdar, arpa olan çörəklər orqanizm üçün daha faydalı hesab olunur. Həmin çörəklərin tərkibində bağırsaqların hərəkətini təmin edə biləcək vacib komponentlər var".
Çörək və şirniyyat sevənlər nəzərə almalıdırlar ki, un məmulatları qədərindən çox qəbul edildikdə orqanizmə mənfi təsir göstərir, xüsusilə də mədəaltı vəzin fəaliyyətini zəiflədir. Həkim-terapevt deyib: "Undan hazırlanmış məhsullar karbohidrat mənbəyidir. Onlar bədəndə yüksək qlikemik indeksə səbəb olur, yəni qanda şəkərin səviyyəsini yüksəltmək xüsusiyyətinə malikdirlər. Məhz buna görə də belə tərkibli qida maddələrinin çox miqdarda və uzun müddət, xüsusən də isti formada istehlak olunması orqanizm üçün ziyanlıdır".
Elə insanlar var ki, çörək yemədən toxluq hiss etmir, çörək yeməsə doymur. Bunu psixoloji hal adlandıran mütəxəssislər çörəkdən daha çox yaşıl meyvə-tərəvəzə üstünlük verməyi məsləhət görürlər.
O deyib: "Doyma hissi mədə divarlarının genişlənməsi və doyma impulslarının beyinə çatması ilə baş verir. Mədəni çörəklə doldurmaq heç də vacib deyil. Bunu başqa qida məhsulları ilə də kompensasiya etmək mümkündür. Hər qidadan əvvəl müxtəlif tərəvəz salatlarının yeyilməsi həm bağırsaqların işini yaxşılaşdırır, onun hərəkətini təmin edir, həm də doyma hissi yaradır. Un məhsullarının, karbohidratlarla zəngin qida məhsulları qəbul etməkdənsə, tərəvəzli qidalara üstünlük verilməsi və mədədə doyma hissi yaratması daha məqsədəuyğun hesab olunur".
El arasında "çörək boyatlaşdıqca daha yaxşı olur" ifadəsi təsadüfən işlədilmir, çünki çörək qaldıqca onun rahat həzm olunması üçün tərkibində müəyyən proseslər gedir. İsti çörək soyuduqdan sonra onu dəsmala büküb sərin otaq temperaturunda xüsusi çörək qablarında saxlanılması daha yaxşıdır, çünki isti çörəyin tərkibində olan nəmlik gec buxarlandığından bir neçə saat yumşaqlığını və keyfiyyətini itirmədən qala bilir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 876 Tarix: 08 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
07.11.2026 257 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
08.11.2026 220 Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
01.11.2026 471 "Onların pulu ancaq bədən kəsdirməyə gedir"
Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar
09.11.2026 213 800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
09.11.2026 209 ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
01.11.2026 698 Meqan Marklın atası həbs edildi
Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd
07.11.2026 261 Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
07.11.2026 248 Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
07.11.2026 264