Zakir Həsənovdan TAPŞIRIQ: "Döyüş hazırlığını artırın"
Mayın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Bu barədə BiG.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müşavirəyə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik komandirləri cəlb olunub.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki, mühəndis və digər döyüş təminatının gücləndirilməsi, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi və şəxsi heyətin sayıqlığın artırılması barədə konkret tapşırıqlar verilib.
General-polkovnik Z.Həsənov döyüş hazırlığı tədbirləri, təlim və məşqlərin intensivliyinin artırılması ilə bağlı qoşun növü komandanlarına göstərişlər verib, döyüş mövqelərinin və səngərlərin möhkəmləndirilməsi, eləcə də təminat yollarının daim işlək vəziyyətdə saxlanılması barədə müvafiq tapşırıqları çatdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 973 Tarix: 07 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ və Çin arasında təhlükəsizlik gərginliyi
ABŞ Prezidenti Donald Trampın mətbuat konfransı Məxfi Xidmət əməkdaşının silahı ilə bağlı yaranan mübahisə səbəbindən gecikib. xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, Çin təhlükəsizlik qüvvələri jurnalistləri Pekindəki Cənnət Məbədi ərazisin
11:10 173 Ukraynada yüksəkvəzifəli şəxslə bağlı korrupsiya işi gündəmdə
Kiyev məhkəməsi Ukrayna Prezidenti Vladimir Zelenskinin administrasiyasının keçmiş rəhbəri Andrey Yermak barəsində korrupsiya işi üzrə həbs qərarı çıxarıb. xəbər verir ki, qərar Novosti.live telekanalında canlı yayımlanan məhkəmə iclası zamanı elan olunub. Ukrayna Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsini
10:45 167 Yaxın Şərqdə Gərginlik Artır: WSJ və Reuters Yeni Hadisələri Açıqlayır - POLİTOLOQDAN AÇIQLAMA
Son günlər beynəlxalq mediada Yaxın Şərqdə gərginliyin daha da artması ilə bağlı xəbərlər yayılıb. "The Wall Street Journal" və "Reuters"in məlumatlarına görə, Səudiyyə Ərəbistanı İran ərazisinə, Birləşmiş Ərəb Əmirlikləri isə İranla bağlı hədəflərə qarşı gizli hərbi əməliyyatla
15:11 164 WUF13: 9 şəhərdə keçirilən festivallarında 115 mindən çox insan iştirak edib
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı təşkil olunub. Bu barədə -a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib. Qeyd edilib ki, festival Quba, Lənkəran, Qəbələ
15:33 133 Yupiter texniki olaraq Günəş ətrafında fırlanmır: Yer tez-tez eyni vəziyyətdə olur
Qalileo Qaliley 1610-cu il yanvarın 7-də öz əl istehsalı teleskopu ilə Yupiterin peyklərini müşahidə edərkən bəşəriyyətə ilk dəfə olaraq Yer ətrafında fırlanmayan səma cisimlərinin mövcudluğunu göstərən sübutlar təqdim etmişdi. Ulduz paralaksının müşahidə edilməsi üçün - Ptolemeyin Günəş və planetləri
13.05.2026 238 Ay boz deyil?
NASA-nın "Artemis 2" missiyasında iştirak edən astronavtların Ayla bağlı açıqlamaları elm dünyasında yeni müzakirələrə səbəb olub. "Qafqazinfo"nun xəbərinə görə, Ayın uzaq tərəfini yaxından müşahidə edən heyət Yerə qayıtdıqdan sonra bildirib ki, Ay səthi düşünüldüyü kimi tamamil
13.05.2026 234 DÇ-2026: Fasilədə Madonna, Şakira və BTS oxuyacaq
Məşhur müğənnilər Madonna və Şakira, eləcə də Cənubi Koreyanın BTS qrupu 2026-cı il futbol üzrə dünya çempionatının final oyununun fasiləsində səhnə alacaqlar. Qaynarinfo xəbər verir ki, bu barədə məlumat turnirin rəsmi "X" hesabında yayımlanıb. Qeyd olunur ki, fasilə şousu FIFA-nın Qloba
14:58 152 Şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildi
13 may 2026-cı ildə Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə çərçivəsində "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən nəşr olunan növbəti kitabın təqdimat mərasimini keçirib. "Baku Book Center" - Bakı Kitab Mərkəzind
13:06 165 İrandakı iqtisadi böhran Azərbaycana təsir edə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Yaxın Şərqdə iqtisadi və sosial problemlərlə gündəmə gələn İran bu dəfə rekord səviyyədə inflyasiya və ərzaq böhranı ilə diqqət mərkəzinə düşüb. Sky News kanalının yaydığı məlumata görə, ölkədə inflyasiya səviyyəsi 115 faizi keçib, əsas ərzaq məhsullarının qiymətində isə ciddi artım müşahidə olunur
11:38 198