Konfransda Azərbaycanın mövqeyi bir daha bəyan edildi

Konfransda Azərbaycanın mövqeyi bir daha bəyan edildiAprelin 28-də 23 ölkədən Azərbaycana gəlmiş 40 konfrans iştirakçısı bir gün əvvəl Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə səfərləri zamanı azad edilmiş Qarabağda mühüm yenidənqurma və inkişaf layihələri, o cümlədən Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə tanış olmaları, erməni işğalından sonra miras qalan xarabalıqları görmələri olduqca mühüm məsələ idi.
Aprelin 29-da ADA Universitetində davam etdirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev konfransda qeyd edib ki, "Planlar genişmiqyaslıdır və biz onları büdcəmizdən maliyyə vəsaiti ayıraraq və beynəlxalq şirkətlərin dəstəyi ilə öz gücümüzlə həyata keçiririk".
Prezident İlham Əliyev son aylarda Ermənistanla aparılan danışıqları, sülh sazişinin bağlanması ilə bağlı məsələləri, Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən üçtərəfli görüşləri dəyərləndirərək bir daha reallığı, əsl həqiqəti bəyan etdi.
Eyni zamanda, biz Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdik. Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.
Azərbaycan Prezidenti Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, reallıqları nəzərə almağı da vacib saydığını növbəti fikirləri ilə açıqlamış oldu: "Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır.Vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir"-deyə bildirmişdir.
Ölkə rəhbəri Zəngəzur dəhlizi ilə bağlı dövlətimizin həyata keçirdiyi işlərdən bəhs etdi "əgər Ermənistan razılaşmadan boyun qaçırsa...Əlbəttə, bu dəfə də itirən ermənilər olacaq, dalanda qalacaqlar, bizim yenə də alternativlərimiz var!"

Aynur Xəlilova - publisist


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 733   Tarix: 02 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pezeşkian Azərbaycana görə Əliyevə təşəkkür etdi - "Çətin günlərdə yanımızda oldular"

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin blokada və mürəkkəb vəziyyətlə üzləşdiyi dövrdə regional diplomatiyanın və qonşu dövlətlərin dəstəyinin əhəmiyyətindən danışıb. O, xüsusilə Azərbaycanın Tehrana göstərdiyi yardımı və yaratdığı logistik imkanları qeyd edib. Pezeşkian Azərbaycanın müharibə dövründ

11.08.2026 200
.

Azərbaycanın güclənməsində Prezident İlham Əliyevin müdrik siyasəti

Azərbaycanın müstəqillik tarixinin son onillikləri dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi ilə səciyyələnir. Bu tarixi prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl

11.08.2026 200
.

Limon haqqında maraqlı fakt: onda çiyələkdən daha çox şəkər olur

Çiyələyi dişləyirsiniz şirindir. Limonu dişləyirsiniz turşluğundan üzünüz büzüşür. İlk baxışdan çiyələkdə daha çox şəkər olduğu aydın görünür. Ancaq məsələ düşündüyümüzdən bir qədər fərqlidir. xarici mediaya istinadən xəbər verir ki, əslində 100 qram məhsulu müqayisə etdikdə çiyələkdə limondan daha ço

11.08.2026 179
.

Ənənədən müasir səhnəyə: Milli rəqslərin yeni üzü

"Milli rəqslərin müasir səhnə tərzində təqdim olunması onların milli kimliyinə və əsas xüsusiyyətlərinə xələl gətirmir. Əksinə, ənənəvi sənət nümunələrinin müasir tamaşaçıya daha fərqli formada təqdim edilməsi onların yaşadılması və yeni nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır"

11.08.2026 190
.

Bakıda usta işlədiyi evdən 10 minlik qızıl oğurladı

Bakının Suraxanı rayonu ərazisində ev qarət olunub. DİN mətbuat xidmətindən -a verilən xəbərə görə, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən

11.08.2026 203
.

Qar yağması yollarda problemlərə səbəb oldu

Cənubi Afrika Respublikasında bir həftə soyuq və qarlı hava gözlənilir. Ölkənin böyük bir hissəsində qar yağışı, güclü külək və fırtına gözlənilir. xarici mediaya istinadən bildirir ki, bu barədə Milli Hava Xidməti məlumat yayıb. "Sakinlərə hava proqnozlarını izləmək və pisləşən hava şəraiti gözlənildiy

11.08.2026 220
.

Bu ölkənin küçələrinə bir milyon ağac əkiləcək: məqsəd nədir?

Ağaclar istilik hissiyatını əhəmiyyətli dərəcədə azalda bilir, lakin belə bir üsulun həm üstünlükləri, həm də mənfi cəhətləri var. Bir çox meqapolis həddindən artıq istiliklə mübarizə aparmaq üçün yüksək texnologiyalı sistemlərə milyardlarla dollar sərmayə qoyarkən, Sinqapur sadə yolla getdi - kütləv

11.08.2026 167
.

Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu (TƏFƏRRÜAT/FOTO)

Balakəndə dörd nəfərin ölümü ilə nəticələnən zəncirvari qəzanın təfərrüatı məlum olub. BİG.AZ -a istinadən xəbər verir ki, "Hyundai" markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Məryəm Hoorsova banklardan birinin Balakən rayon şöbəsinin məsul əməkdaşı olub. O, Katex kəndindən rayon mərkəzin

11.08.2026 500
.

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

ABŞ-ın Appalaç dağlarının təcrid olunmuş bölgəsində yaşayan Fyugeyt ailəsi görənləri və eşidənləri heyrətə gətirir. Ailənin tarixçəsi coğrafi təcridin və uzun illər davam edən yaxın qohum nikahlarının necə qəribə və qorxuducu bioloji nəticələrə səbəb ola biləcəyinin klassik nümunəsidir. xarici mediay

11.08.2026 235
.

TOP MP3