Qarabağ müharibəsi qazisi kömək üçün müraciət etdi: "Müavinətim ipotekanı ödəməyə çatmır" - FOTO

Qarabağ müharibəsi qazisi kömək üçün müraciət etdi: "Müavinətim ipotekanı ödəməyə çatmır" - FOTO44 günlük Vətən müharibəsinin 31 yaşlı qazisi ipoteka kreditinin ödənilməsində ona maddi köməklik göstərilməsi ilə bağlı Media.Az-a müraciət edib.

Mehman Dadaşov 2011-ci ildə Sumqayıtda ipoteka krediti ilə mənzil alıb. O, ödənişi hər zaman vaxtı-vaxtında ödəyib.

Lakin 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə cəbhədə yaralanıb. Əlillik müavinəti yalnız ailəsini dolandırmaq üçün kifayət edir.

Hazırda qazimizin 15 664 manat kredit borcu var. Mehman Dadaşov 2009-cu ildən xüsusi təyinatlılarda xidmət edib. O, dəfələrlə xüsusi hərbi əməliyyatlara qatılıb, 2016-cı ildəki Aprel döyüşlərinin iştirakçısıdır.

2020-ci il sentyabrın 27-dən Füzuli və Cəbrayıl istiqamətində döyüşüb. "Cəbrayılın azad edilməsinə görə" medalı ilə təltif edilib.

"2020-ci ilin oktyabrında minaatan atəşi nəticəsində qəlpə yarası aldım, lakin buna baxmayaraq döyüşü davam etdirdim. Az sonra ayağımdan da güllə yarası aldım. Müalicə üçün Füzuli rayonundakı xəstəxanaya, sonra Beyləqana, oradan isə Şirvan rayonuna göndərildim. Uzun müalicədən sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına təyinat aldım və 2021-ci ilin mart ayında hərbi həkim komissiyasının qərarı ilə ehtiyata buraxıldım. Mən Buzovnadakı Tibbi Bərpa Mərkəzində, həmçinin Sumqayıtda "Unikal" klinikasında müalicə almışam.

Tibbi-sosial ekspert komissiyası mənə səhhətimə görə işləməyə əks-göstəriş olan II qrup əlillik təyin etdi. Mənə qapalı kəllə-beyin zədəsi, kontuziya, amneziya, həmçinin sol ayağın sinirlərinin və qan damarlarının sıxılması nəticəsində aşağı ətrafın sıxılma-işemik neyropatiyası fonunda astenik nevroz sindromu diaqnozu qoyuldu. Mən hazırda çətinliklə hərəkət edirəm.

Biz ailədə səkkiz nəfərik: anam, həyat yoldaşım, iki uşağım, boşanmış bacım və onun iki övladı. Atam həyatda yoxdur. Hamımız bir evdə yaşayırıq. Evdə tək gəliri olan şəxs kimi əlilliyə görə müavinət və sığorta müavinətləri alıram. Ancaq bu gəlir yalnız böyük bir ailəni dolandırmaq üçün kifayət edir. Başqa gəlir yerimiz yoxdur. Kreditimi qaytara bilmirəm. Kiçik qızım epilepsiyadan əziyyət çəkir və onun müalicəsinə də müəyyən məbləğ xərcləmək məcburiyyətindəyəm.

Mən əməkdaşlıq etdiyim sığorta şirkətinə müraciət etdim, lakin müqavilədə bu hüquq yalnız I qrup əlillər və şəhid ailələrinə aid olduğu göstərildiyi üçün kreditin qalan məbləğini kompensasiya etməkdən imtina etdilər. Maraqlıdır ki, yalnız 2016-cı ildən etibarən sığorta müqavilələrində II və III qrup əlillərilə bağlı ayrıca qərar qəbul edildi. İpoteka krediti üzrə ilkin borcum 28 700 manat idi. Hazırda bu məbləğin yarısını - 15 664 manatı ödəmək lazımdır. Qohumlar, dostlar mənə çox kömək etdilər, lakin onların imkanları artıq tükənib. Kömək üçün dövlət qurumlarına müraciət etdim, amma problemim hələ də həllini tapmayıb. Xahiş edirəm, mənə kömək edin, mən bu maliyyə yükünün öhdəsindən gələ bilmirəm", - Qarabağ müharibəsi veteranı müraciətində qeyd edib.

Müsəlmanlar üçün müqəddəs hesab edilən Ramazan ayında qazimiz Mehman Dadaşovun probleminə biganə qalmamağa və ona imkan daxilində kömək etməyə çağırırıq.

Sabah Ramazan bayramıdır. Orucun vacib əməllərindən olan fitrə zəkatının ödənilməsinin zamanıdır. Bu, bayramdan əvvəl ehtiyacı olan müsəlmanlara verilən iftar sədəqəsidir.

Yardım göstərmək istəyənlər qazimiz Mehman Dadaşovla  +994 50 429 46 59 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Mehman Dadaşovun adına bank kartı nömrəsi: ABB BANK 5522 0993 1347 8182

Qarabağ müharibəsi qazisi kömək üçün müraciət etdi: "Müavinətim ipotekanı ödəməyə çatmır" - FOTOQarabağ müharibəsi qazisi kömək üçün müraciət etdi: "Müavinətim ipotekanı ödəməyə çatmır" - FOTOQarabağ müharibəsi qazisi kömək üçün müraciət etdi: "Müavinətim ipotekanı ödəməyə çatmır" - FOTOQarabağ müharibəsi qazisi kömək üçün müraciət etdi: "Müavinətim ipotekanı ödəməyə çatmır" - FOTOQarabağ müharibəsi qazisi kömək üçün müraciət etdi: "Müavinətim ipotekanı ödəməyə çatmır" - FOTOQarabağ müharibəsi qazisi kömək üçün müraciət etdi: "Müavinətim ipotekanı ödəməyə çatmır" - FOTOQarabağ müharibəsi qazisi kömək üçün müraciət etdi: "Müavinətim ipotekanı ödəməyə çatmır" - FOTOQarabağ müharibəsi qazisi kömək üçün müraciət etdi: "Müavinətim ipotekanı ödəməyə çatmır" - FOTOQarabağ müharibəsi qazisi kömək üçün müraciət etdi: "Müavinətim ipotekanı ödəməyə çatmır" - FOTOQarabağ müharibəsi qazisi kömək üçün müraciət etdi: "Müavinətim ipotekanı ödəməyə çatmır" - FOTOQarabağ müharibəsi qazisi kömək üçün müraciət etdi: "Müavinətim ipotekanı ödəməyə çatmır" - FOTOQarabağ müharibəsi qazisi kömək üçün müraciət etdi: "Müavinətim ipotekanı ödəməyə çatmır" - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2062   Tarix: 02 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu

Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində

09.11.2026 177
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 174
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 140
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

09.11.2026 210
.

Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?

Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın

09.11.2026 123
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 204
.

Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı

ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd

09.11.2026 184
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

09.11.2026 196
.