Tankçı Milli Qəhrəmanın doğum günüdür

Tankçı Milli Qəhrəmanın doğum günüdürBu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

BiG.AZ-ın məlumatına görə, o, 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək 101 saylı peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnir.

1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Vətənimizin dar günlərində Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanır.

Albert Aqarunov tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir.

8 may 1992... Şuşada səhər tezdən erməni quldurlarının tankları görünür, Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edir, yenidən irəli atılan vətən oğlu növbəti sərrast atəşlə yenidən düşmən tankını məhv edir.

Sevincindən məhv etdiyi tanklara baxmaq istəyən Albert snayper gülləsinə tuş gəlir və döyüş meydanında qəhrəmancasına həlak olur.

Albert Qarabağ müharibəsində əfsanəyə çevrilmişdi, onun şücaətindən danışmayan yox idi. O dövrdə hər kəs tankını Albert adlandırırdı...ermənilər onun başına pul mükafatı qoymuşdular.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Vaxtilə təhsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.

Qeyd edək ki, 2019-cu ildə Nərimanov rayonu ərazisində Albert Aqarunovun heykəli ucaldılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 767   Tarix: 25 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ermənistanın KTMT ilə bağlı mövqeyi: "Vəziyyəti izləyəcəyik"

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququnu itirmək ehtimalını nəzərə alacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"ın Telegram kanalına açıqlamasında Ermənistan parlamentinin deputatı Sarkis Xandanyan bildirib. "Vəziyyəti izləyəcəyik v

11:34 130
.

Tramp İrana qarşı yeni tələb irəli sürdü: "Kompensasiya istəyirəm"

ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-a, o cümlədən Amerika hərbçilərinin itkilərinə görə kompensasiya ödəməsini tələb etmək niyyətində olduğunu bildirib. xəbər verir ki, Ağ Ev rəhbərinin bu barədə bəyanatı "Truth Social" sosial media platformasında dərc olunub. Tramp qeyd edib ki, ABŞ-İra

11:53 132
.

Süni intellekt insanları daha çox işləməyə məcbur edir - ALİMLƏR

Süni intellekt artıq dünyanın bir çox böyük şirkət və ofislərində gündəlik iş prosesinin bir hissəsinə çevrilib. Bu texnologiyaların əməkdaşları rutin tapşırıqlardan xilas edəcəyi və iş yükünü azaldacağı gözlənilsə də, yeni araşdırma fərqli nəticələr ortaya qoyub. xəbər verir ki, "ActivTrak"ı

11.08.2026 223
.

Dünən dənizdə batan "Krosna"nın solisti imiş

Ötən gün Xəzər rayonunun Buzovna qəsəbəsində, ən yaxın xilasetmə məntəqəsindən 2 kilometr aralıda, dənizin nəzarətsiz ərazisində batan Seymur Allahverdiyev müğənni olub. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, S.Allahverdiyev "Krosna" qrupunun solisti kim

14:02 123
.

Bu məscid və ziyarətgahlara işçi axtarılır

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib. "Qafqazinfo" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, vakansiyalar imam, imam köməkçisi və dini ayinlərin icraçısı - müəzzin vəzifələri üzrədir. İmam vəzifəs

12:51 133
.

Putin NATO ilə bağlı xəbərdarlıq etdi: "Təhdidlər artır"

NATO Asiya-Sakit Okean regionunda (ASR) iştirakını tədricən genişləndirir. Burada yeni silahların yerləşdirilməsi ilə bağlı planlar Rusiyanın təhlükəsizliyi üçün əlavə təhdidlər yaradır. xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin RİA Novosti-yə açıqlamasında bildirib. Rusiya lideri həmçini

11:49 134
.

Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Fotolar

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barəd

11.08.2026 292
.

Limon haqqında maraqlı fakt: onda çiyələkdən daha çox şəkər olur

Çiyələyi dişləyirsiniz şirindir. Limonu dişləyirsiniz turşluğundan üzünüz büzüşür. İlk baxışdan çiyələkdə daha çox şəkər olduğu aydın görünür. Ancaq məsələ düşündüyümüzdən bir qədər fərqlidir. xarici mediaya istinadən xəbər verir ki, əslində 100 qram məhsulu müqayisə etdikdə çiyələkdə limondan daha ço

11.08.2026 262
.

Naxçıvanın yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin müsahibəsində mühüm mesajlar

Naxçıvanın təhlükəsizliyi, iqtisadi inkişafı, enerji potensialı, nəqliyyat imkanları və regionun gələcək perspektivləri dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan televiziyasına verdiyi müsahibə muxtar respublikanın qarşıdak

11:39 142
.

TOP MP3