Fransada prezident seçkiləri: Le Pen məğlub olduğunu etiraf etdi, Makron yenidən seçildi - YENİLƏNİB

Fransada prezident seçkiləri: Le Pen məğlub olduğunu etiraf etdi, Makron yenidən seçildi - YENİLƏNİBFransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Emmanuel Makron 2022-2027-ci illərdə də Fransanın prezidenti olacaq.

İlkin nəticələrə görə, o səslərin 57,60%-ini qazanıb.

Makronun tərəfdarları Eyfel qülləsinin ətəyində Champ de Marsda qələbəni qeyd etməyə başlayıblar.(oxu.az)

22:56

Milli Birlik Partiyasının namizədi Marin Le Pen Fransa prezident seçkilərinin ikinci turunda məğlub olduğunu etiraf edib.

"Report" Fransa mətbuatına istinadən xəbər verir ki, Le Pen seçki məntəqələri bağlandıqdan sonra ictimaiyyətə açıqlanan prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini uğurlu adlandırıb.

Eyni zamanda o, yayda keçiriləcək parlament seçkilərində partiyasını dəstəkləməyə çağırıb.

Qeyd edək ki, seçki məntəqələrindən daxil olan ilkin məlumatlara görə, Emmanuel Makron 57,6 faiz, onun rəqibi, ifrat sağ təmayüllü "Milli Birlik" partiyasının lideri Marin Le Pen isə 42,4 faiz səs toplayıb.

Fransa Konstitusiya Məhkəməsi seçkilərin rəsmi nəticələrini aprelin 27-də elan edəcək.

22:54

Fransada prezident seçkilərinin ikinci turunda "exit-poll"un nəticələri məlum olub.

Yayılan xəbərlərə görə, səsvermədə hazırkı dövlət başçısı Emmanuel Makron liderlik edir.

O, səslərin 55-58% faizini toplaya bilib. Dövlət başçısı Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət edərək qələbəsini elan etməyə hazılaşır.

Qeyd edək ki, 2017-ci ildə keçirilən prezident seçkilərində də Makron məhz Le Penə qalib gəlmişdi. O zaman hazırki prezident səslərin 66,1 %-ni toplamışdı.

Xatırladaq ki, Fransa prezidenti beş il müddətinə seçilir.

Mənbə: oxu.az

10:00

Prezident seçkilərinin ikinci və həlledici turunun keçirildiyi Fransada bazar günü Bakı vaxtı ilə saat 10:00-da seçki məntəqələri açılıb.

Növbəti beş il ərzində dövlətə rəhbərlik hüququ uğrunda Fransanın hazırkı Prezidenti Emmanuel Makron və Milli Birlik Partiyasının namizədi Marin Le Pen ikinci turda ardıcıl ikinci dəfə mübarizə aparacaq.

Qeyd edək ki, 2017-ci ildə keçirilən prezident seçkilərində Le Pen Makrona uduzmuşdu.

Aprelin 10-da keçirilən birinci turun nəticələrinə görə, namizədlərdən heç biri 50 %-dən çox dəstək almayıb. Buna görə də maksimum nəticə göstərən iki namizədin iştirak etdiyi ikinci tur təyin olunub.

Seçki məntəqələri səhər saat 08:00-dan (Bakı vaxtı ilə saat 10:00-dan) açılacaq. "Exit-poll"un ilk nəticələri səsvermə başa çatdıqdan sonra - yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.

Emmanuel Makron Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət etmək niyyətindədir.(oxu.az)

09:49

Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda Fransanın hazırkı Prezidenti Emmanuel Makron və Marin Le Pen iştirak edir.

Səsvermə ərəfəsində reytinqlər ölkənin hazırkı liderinin qələbəsini proqnozlaşdırır.

İlk turda namizədlər arasında fərq 5 %-dən az olsa da, Emmanuel Makron Marin Le Pen üzərində fərqi xeyli artırıb.

Aprelin 10-da keçirilən birinci turun nəticələrinə görə, namizədlərdən heç biri 50 %-dən çox dəstək almayıb. Buna görə də maksimum nəticə göstərən iki namizədin iştirak etdiyi ikinci tur təyin olunub.

Seçki məntəqələri səhər saat 08:00-dan (Bakı vaxtı ilə saat 10:00-dan) açılacaq. "Exit-poll"un ilk nəticələri səsvermə başa çatdıqdan sonra - yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.

Emmanuel Makron Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət etmək niyyətindədir.

Seçkiqabağı sorğulara gəldikdə isə Emmanuel Makron səsverməyə bir həftə qalmış mövqeyini xeyli möhkəmləndirib. Belə ki, "Ifop" şirkətinin proqnozlarında onun reytinqi 15-21 aprel dövrü üçün 53,5 %-dən 55,5 %-ə yüksəlib. Marin Le Pen bu müddət ərzində iki xal itirib - 46,5 %-dən 44,5 %-ə qədər.

Üç rəy sorğusu hazırkı prezidentin 56,6 % orta nəticə ilə qələbə qazanacağını proqnozlaşdırır. "Ipsos"un araşdırması E.Makronun 57,5 %, "Opinionway" və "Ifop" sorğuları isə onun müvafiq olaraq 57 % və 55,5 % səs toplayacağını deyir.

Qeyd edək ki, 2017-ci ildə Fransada keçirilən seçkilərin 2-ci turu zamanı Emmanuel Makron 66,1 % səslə qalib gəlib. 5 il əvvəl seçicilərin 33,9 %-i Marin Le Penə səs verib.

Bundan başqa, hazırkı Prezident debatda qalib gəlib. Səsverməyə 4 gün qalmış namizədlər canlı yayımda teledebatlar keçiriblər. Emmanuel Makron və Marin Le Pen sosial məsələləri, iqtisadiyyatı, ekologiyanı müzakirə edib, Rusiya və Ukrayna ilə müharibə haqqında mübahisə ediblər.

Hazırkı prezident rəqibini Kremllə əlaqələrə görə tənqid edib və Rusiyanı Marin Le Penin "bankiri" adlandırıb. Məlum olduğu kimi, Marin Le Penin lideri olduğu "Milli Birlik" partiyası 8 il əvvəl "Birinci Çexiya-Rusiya Bankı"ndan kredit götürüb. E.Makron rəqibinin Krımı Rusiyanın bir hissəsi hesab etdiyi barədə dediklərini də xatırladıb.

Xatırladaq ki, birinci turun nəticələri açıqlandıqdan sonra məğlub olan namizədlər ikinci turda E.Makronu dəstəkləməyə çağırıblar.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1908   Tarix: 24 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

09.11.2026 243
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 197
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

09.11.2026 260
.

Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı

ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd

09.11.2026 184
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

09.11.2026 196
.

Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?

Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın

09.11.2026 123
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 204
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

09.11.2026 221
.