Azərbaycan sərhədini keçməyə çalışan Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb - YENİLƏNİB

Azərbaycan sərhədini keçməyə çalışan Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb - YENİLƏNİBMəlumat verildiyi kimi, aprel ayının 23-də Azərbaycan – Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur edilib.

Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.(oxu.az)

12:27

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilib.

Bu barədə BiG.AZ-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alınmış və diversantlar geri çəkilməyə məcbur ediliblər.

"Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribat kimi dəyərləndirir. Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri məlumatlandırılıb. Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hall bir daha baş verərsə tərəfimizdən daha ciddi tədbirlər görüləcəkdir", - deyə məlumatda bildirilir


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1968   Tarix: 24 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr

Döyüş meydanlarında təslim olmağın və qarşıdurmanı dayandırmağın universal simvoluna çevrilən ağ bayrağın iki min ildən artıq tarixi var. Qədim Roma və Çin mənbələrində bu ənənəyə rast gəlinir. Əsgərlərin fövqəladə vəziyyətlərdə boyasız parçalara asanlıqla çıxış əldə edə bilməsi isə ağ bayrağın geni

11.08.2026 258
.

Çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANDI

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran

15:10 61
.

Sabah 37 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26 isti, gündü

14:43 80
.

Naxçıvanın gələcəyi: yol, logistika, sənaye və investisiya - Ekspert danışdı

"Prezident İlham Əliyevin Naxçıvana budəfəki səfəri sadəcə növbəti işgüzar səfər deyil. Bu səfər Naxçıvanın Azərbaycanın yeni iqtisadi, nəqliyyat və geosiyasi xəritəsində tutacağı yerin konturlarını daha aydın göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Bu gün Naxçıvana yalnız Azərbaycanı

12:41 137
.

Meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar - Video

Lənkəranda meşədən meyitləri tapılan 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Mirzəyeva əminəvəsi imişlər. "Qafqazinfo" xəbər verir ki, X.Mirzəyevin atası Vurğun Mirzəyev Baku TV-yə açıqlamasında oğlu ilə evdən çıxan gün danışdığını bildirib. "Zəng etmişdim, dedi Lənkərana gedirəm. Nəs

14:09 155
.

Ermənistanın KTMT ilə bağlı mövqeyi: "Vəziyyəti izləyəcəyik"

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququnu itirmək ehtimalını nəzərə alacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"ın Telegram kanalına açıqlamasında Ermənistan parlamentinin deputatı Sarkis Xandanyan bildirib. "Vəziyyəti izləyəcəyik v

11:34 135
.

Prezident İlham Əliyevin Naxçıvan televiziyasına müsahibəsi: inkişaf, təhlükəsizlik və gələcəyə baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan televiziyasına verdiyi müsahibə Naxçıvanın bu günü və gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə Naxçıvanın təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, enerji təminatı, nəqliyyat infrastrukturu

11:40 161
.

İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. BİG.AZ bununla bağlı -a istinadən xəbər verir. Sərəncam Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrində

10:29 164
.

Prezident İlham Əliyevin Naxçıvan televiziyasına müsahibəsi: gələcəyə hesablanmış strateji perspektivlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi və ictimai əhəmiyyət daşıyır. Müsahibənin Naxçıvanda aparılan genişmiqyaslı quruculu

14:06 114
.

TOP MP3