Azərbaycan – Qırğızıstan arasında Dövlətlərarası Şuranın yaradılması mühüm addımdır

Azərbaycan – Qırğızıstan arasında Dövlətlərarası Şuranın yaradılması mühüm addımdırAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Cənab Prezident İlham Əliyev Prezident Sadir Japarovla görüşündə dəvətinin qısa müddətdə qəbul edilib Azərbaycana səfər etməsindən şad olduğunu bildirdi və buna dostluğumuzun və qardaşlıq münasibətlərimizin əlaməti kimi baxildığını diqqətə çatdırdı. Daha sonra cənab Prezident rəsmi səfər çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektrini gözdən keçirdiyini, əməkdaşlığımızın gündəliyindəki məsələlərə ətraflı nəzər saldığını, həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuzu bildirərək, bizim dost və qardaş dövlətlər olduğumuzu və bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatdığını diqqətə çatdırdı.
Səfər çərçivəsində Azərbaycan və Qırğızıstan Respublikaları arasında imzalanmış on sənəd arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun bizim münasibətlərin xarakterini və formasını qabaqcadan müəyyən edəcəyini qeyd edən Prezident İlham Əliyev strateji tərəfdaşlığın qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi olduğunu və bizi məhz strateji xarakterli əməkdaşlığa köklədiyini, Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlərin, həm də regional və beynəlxalq problemlərin daha effektli və fəal surətdə müntəzəm müzakirə ediləcəyini bildirdi.
Prezidentlərin görüşü zamanı eyni zamanda ticarət və iqtisadi münasibətlər məsələləri ilə yanaşı, kənd təsərrüfatı ilə bağlı məsələləri də müzakirə edildi. Cənab Prezident İlham Əliyev görüş zamanı bizi birləşdirən humanitar sahə, bizim mədəni irsimiz, bizim ortaq tarixi, mənəvi köklərimiz olduğunu, bütün bunların bizim dövlətlərarası münasibətlərdə həmişə mövcud olan amillər olduğunu qeyd etdi və Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür etdiyini bildirdi. Cənab İlham Əliyev bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndirildiyini, Şuşa şəhərinin bərpası üzrə planlarımızın fəal icra olunduğunu və icra olunacağını diqqətə catdırdı. Eyni zamanda cənab Prezident İlham Əliyev qədim Şuşanın türk dünyasının mədəniyyət paytaxtı adını daşıması kimi yüksək şərəfin bizim üzərimizə qədim, gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyduğunu söylədi. Prezident İlham Əliyev bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcəyimizi, əməkdaşlıq edəcəyimizi və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağımızı diqqətə çatdırdı.
Azərbaycan və Qırğızıstan arasındakı dostluq və qardaşlıq münasibətlərinin qədim və tarixi kökləri var. Prezidentlərin bu görüşü dövlətlərimiz arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxararaq daha üst səviyyəyə aparacaq.

Könül Əfəndiyeva – YAP üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 564   Tarix: 23 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

09.11.2026 205
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

09.11.2026 198
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 225
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 195
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

09.11.2026 210
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 174
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 204
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 203
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

09.11.2026 217
.