Bill Qeytsdən yeni pandemiya AÇIQLAMASI

Bill Qeytsdən yeni pandemiya AÇIQLAMASIGələn ay işıq üzü görəcək "Növbəti pandemiyanın qarşısını necə almalı" kitabından əvvəl açıqlamalar verən və kitabının bəzi hissələrini media orqanları ilə paylaşan "Microsoft"un qurucusu Bill Qeyts "Nyu York Tayms" qəzetinə "növbəti pandemiya" haqqında məlumat verib.

Publika.az xəbər verir ki, Qeyts texnologiyaya sərmayə qoyulmasının vacibliyini vurğulayıb.

"Alimlər daha sürətli müalicə üsulları tapa bilsəydilər, COVID-19 epidemiyası çox fərqli olardı. Ölüm nisbətləri daha az olardı və miflərin, dezinformasiyaların yayılması daha da çətinləşərdi" - milyarder bildirib.

Pandemiyanın əvvəlində peyvəndin koronavirusu məğlub etmək üçün kritik əhəmiyyət kəsb edəcəyini düşündüyünü ifadə edən Qeyts "Ancaq belə olmadı, təsirli və təhlükəsiz COVID-19 peyvəndi 1 ildə ortaya çıxdı, ancaq xəstələrin xəstəxanaya getməsinin qarşısını alan müalicə üsulları hələ çox azdır" - deyə qeyd edib.

Bill Qeyts "2021-ci ilin sonlarına doğru elm adamlarının səyləri öz bəhrəsini verdi və bir çox dərman hazırlandı. Lakin bunlar çox gec gəlib və hələ də çoxları üçün onları əldə etmək çətindir" - deyə bildirib.

B.Qeyts dərmanlara da peyvəndlər qədər əhəmiyyət verilməli olduğunu deyib. O, peyvəndlərin inkişafının çətin olduğuna və dərmanların on minlərlə insanın həyatını sürətlə xilas edə biləcəyinə diqqət çəkib: "Hamı peyvənd olunmağa üstünlük vermir. Dərmanlar xəstəxanaların yükünü azalda bilər".

Bu səbəbdən milyarder dərman sənayesinə sərmayə qoymağa qərar verdiyini vurğulayıb: "Dünyanın araşdırma və inkişafa daha çox sərmayə qoyması lazımdır. Mənim fondum Duke Universiteti ilə belə bir müqavilə bağladı. Akademiya, sənaye və ən son proqram təminatını bir araya gətirmək üçün investisiya lazımdır. Əgər uğur qazansaq, dünya yeni bir pandemiya ilə qarşılaşarsa, milyonlarla insanın həyatını xilas edə bilərik".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2255   Tarix: 17 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.