Nərminin işində İlkin Süleymanov DƏHŞƏTLİ FAKTLARI AÇDI: Həmin gecə səhərə qədər...

Nərminin işində İlkin Süleymanov DƏHŞƏTLİ FAKTLARI AÇDI: Həmin gecə səhərə qədər...Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ "Teleqraf.com"-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə İlkin Süleymanovun yaşadığı evlə üzbəüzdəki mağazanın satıcısı Şamil Vəliyev ifadə verib.

O bildirib ki, ibtidai istintaq zamanı ondan İlkin Süleymanovun əleyhinə ifadə almağa cəhd göstəriblər: "Məndən tələb edirdilər deyim ki, Nərmin itkin olduğu dövrdə İlkin məndən "pampers" alıb. Dedim ki, axı heç o mağazada "pampers" satmıram, necə deyim? Tələb edirdilər ki, de, görən olub".

Şamil Vəliyevin sözlərinə görə, İlkin Süleymanovu sakit təbiətli biri kimi tanıyıb: "Bu gün də kənddə yaşayanlar, o cümlədən özüm bu cinayəti İlkinin törətdiyinə inanmırıq. Heç kiminlə işi yox idi. Gündə 3-4 dəfə qapıya çıxıb siqaret çəkərdi, evə girərdi. Bacısı müəllimdir, o evə yanına hazırlaşmaq üçün hər gün nə qədər uşaqlar gəlir. Yəni evlərində adam çox olur həmişə".

Qeyd edib ki, meyit yandırılan yer Süleymanovların evinin qarşısında (maşın yolu ayırır), mağazanın isə yan hissəsində yerləşir. Hadisə vaxtı – 2020-ci il yanvarın 6-da axşam saat 20.00-da mağaza bağlı olub. Şamil Vəliyev deyib ki, qonşu kəndə qayınanasıgilə gediblər, həmin gün mağazanı bir qədər tez bağlayıb: "Buna baxmayaraq, yanvarın 7-də axşam saat 22.00-da məni də Tovuz rayon polis şöbəsinə aparıblar, bir də yanvarın 9-da, səhər saat 7-də buraxdılar. Yanvarın 7-dən 8-nə keçən gecə İlkinlə eyni kamerada saxlanılmışam. Lakin 8-də gecə İlkini kamerada qandallayaraq apardılar".

İlkin Süleymanov deyib ki, həmin gecədən başlayaraq, ona dözülməz işgəncələr verilib və nəticədə, yanvarın 10-na keçən gecə uşağı oğurlayıb öldürməsi barədə ondan tələb olunan ifadəyə imza atıb.

Şamil Vəliyev deyib ki, hadisə vaxtı mağazada müşahidə kamerası olmayıb və amma şöbədən buraxılandan dərhal sonra mağazaya kamera quraşdırıb.

Şamil Vəliyevin sözlərinə görə, hadisədən bir müddət sonra kamera Nərminin yaxınlarının Süleymanovların evinə hücum etməsini qeydə alıb: "Amma hadisədən sonra mağazaya gələn polislər məndən kameranın yaddaş hissəsini tələb edərək, apardılar. Təxminən 3-4 saat sonra qaytardılar. Mənim başım çıxmır, bu işi biləndən xahiş elədim, gəlib yenidən quraşdırdı. Bilmədim ki, oradan nəyi siliblər".

Şamil Vəliyev əlavə edib ki, Tovuz rayon polis şöbəsində üç ay onun özünü də incidiblər.

Daha sonra Tovuz rayon polis şöbəsinin əməliyyatçıları Turqut Rəhimli, Azər Məmmədov, Post-Patrul Bölüyünün serjantı Vasif İsmayılov da dindirilib. Onlar bildirib ki, yanvarın 10-da İlkin Süleymanovun cinayəti törətməsi etirafından sonra onun hadisə yerinə aparılmasında iştirak ediblər.

Polislər iddia edib ki, Azər Məmmədovun avtomobilində İlkin Süleymanov onlara meyiti niyə yandırması, həyətlərində basdırmayıb, öz evlərinin qarşısına atmasının səbəbini izah edib.

Azər Məmmədov məhkəmədə belə ifadə verib: "Mən baş əməliyyat müvəkkiliyəm, marağıma görə ona sual verdim ki, niyə yandırdın? Dedi ki, ölünü yandırmaq günah deyil, dirini yandırmaq günahdır. Bildirdi ki, itlər axtarış zamanı gəlib tapa bilərdi deyə, ona görə öz bağımızda basdırmadım, ora atdım. Onu da dedi ki, uşağı kitab vermək adıyla aldadıb evə gətirib. Sonra bu işin səs-küyü qalxdığına görə qorxusundan buraxmayıb".

Vəkillər baş əməliyyat müvəkkilinə sual verib ki, bəs o danışıqda İlkin Nərmini oğurlamasının səbəbini necə izah edib?

Azər Məmmədov bunun səbəbini soruşmadığını deyib.

Ondan sonra dindirilən ifadə verən polis nəfəri Vasif İsmayılov isə avtomobildə olduğu iddia edilən söhbət haqda başqa cür danışıb: "Dedi ki, təkbaşına quyu qaza bilməzdim, ona görə meyiti ora atdım".

İlkin Süleymanov isə bildirib ki, hadisə yerində kamera ilə çəkiliş aparılarkən təzyiq altında uşağı kitab vermək adıyla aldatması, ölmüş insanın ağrı hiss etmədiyinə görə meyiti yandırması haqda ifadə verib.

İlkin Süleymanov deyib ki, amma avtomobildə belə söhbət olmayıb: "Yadındadır, məni sənin yanında qandallanmış vəziyyətdə üzüstə yerə yıxdılar. Əllərim qandallı, səhərə qədər dizüstə saxladılar, o vəziyyətdə yeriməyə vadar elədilər?".

Polis əməkdaşları isə İlkin Süleymanovun bu dediklərini təkzib ediblər. Onlar İlkin Süleymanovun yalan danışdığını, ona qarşı heç bir təzyiqin olmadığını bildiriblər.

Hazırda proses davam edir.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3920   Tarix: 13 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsti havalarda orqanizmə nə lazımdır? - Su və qidalanma ilə bağlı vacib məsləhətlər

"Yay aylarında temperatur yüksəldikcə orqanizmin enerji və maye ehtiyacı dəyişir. Bu səbəbdən əsas məqsəd bədəni ağırlaşdırmadan kifayət qədər enerji və qida maddələri ilə təmin etməkdir". Bunu BİG.Az-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib. O, qeyd edib ki, isti havalarda ço

15:58 212
.

Moskvada biznes tələsi - Elşad Mirbəşirli və vəkil aldadıldı

Milli Məclisin bundan əvvəlki çağırış deputatı Elşad Mirbəşirli Rusiyada iş qurmaq istəyərkən işə düşüb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, siyasətçi Moskvada məşhur "Food city" bazarında buzlu kola satışı biznesi qurmaq istəyərkən aldadılıb. Hazırda şikayətçi olduğu şəx

16:29 200
.

Naxçıvanın gələcəyi: yol, logistika, sənaye və investisiya - Ekspert danışdı

"Prezident İlham Əliyevin Naxçıvana budəfəki səfəri sadəcə növbəti işgüzar səfər deyil. Bu səfər Naxçıvanın Azərbaycanın yeni iqtisadi, nəqliyyat və geosiyasi xəritəsində tutacağı yerin konturlarını daha aydın göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Bu gün Naxçıvana yalnız Azərbaycanı

12:41 181
.

Yeni strateji üçbucaq: Qarabağ-Şərqi Zəngəzur-Naxçıvan

Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Muxtar Respublikada tətbiq olunan yeni idarəetmə modelinin üstünlükləri ilə bağlı dediyi fikirlər böyük ictimai marağa səbəb olub. Əsas prinsipial məqam ondan ibarətdir ki, söhbət inzibati statusun dəyişdirilməsindən yox, həmin status daxilində idarəetməni

21:30 112
.

Valideynlərə XƏBƏRDARLIQ: Bu məhsulların qiyməti BAHALAŞDI

Yeni tədris ili yaxınlaşdıqca məktəbli geyimləri, çanta, dəftərxana ləvazimatları və digər məktəb məhsullarına tələbatın artması qiymət məsələsini yenidən gündəmə gətirir. Valideynlərin qarşıdakı həftələrdə daha böyük xərclərlə üzləşə biləcəyi ilə bağlı narahatlıqlar da artır. Bəs, məktəb alış-verişind

12:19 283
.

İngilis kanalında yeni rekord: Bir qayıqda 230 miqrant

Rekord sayda miqrant daşıyan kiçik qayıq Böyük Britaniyaya çatıb. xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Məlumata görə, qayıqda 230 nəfər olub. Bu, bir gəmidə İngilis kanalını keçərək Böyük Britaniyaya çatan ən böyük miqrant qrupudur. Bundan əvvəl bir qayıqla İngilis kanalını keçə

11:59 181
.

Lənkəranda meyitləri tapılan qızla oğlan intihar edib - Cinayət işi AÇILDI

Avqustun 11-də Lənkəran rayonunun Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə iki nəfərin meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluqdan -a verilən xəbərə görə, ilkin araşdırmalar zamanı meyitləri aşkar olunan şəxslərin 29 yaşlı Mirzəyev Xəzər Vurğun oğl

19:45 225
.

Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı - Qaçaqmal İDDİASI

Rusiya hüquq-mühafizə orqanları Kalininqrad dəniz limanında 4,6 milyon qutu siqaretin qanunsuz şəkildə ölkəyə gətirilməsi cəhdinin qarşısını aldığını açıqlayıb. İddia olunur ki, aşkarlanan yükün dəyəri 703 milyon rubldan çoxdur. xəbər verir ki, yük Birləşmiş Ərəb Əmirliklərindən altı dəniz konteynerind

18:45 158
.

Sabah 37 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26 isti, gündü

14:43 180
.

TOP MP3