Bu gün Qurban Qurbanovun yubileyidir!

Bu gün Qurban Qurbanovun yubileyidir!Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun ad günüdür. Azərbaycanlı məşqçinin 50 yaşı tamam olur.

BAKU.WS xəbər verir ki, Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Üç bacısı, iki qardaşı olan Qurban valideynlərinin sonuncu övladıdır. Uşaq vaxtlarından futbolla məşğul olub. 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu "Daşqın" Zaqatala klubuna gətirib.

Onun peşəkar karyerası doğma Zaqatalanın "Daşqın" komandası ilə başlayıb. Daha sonra onun karyerası "Alazani" (Gürcüstan), "Turan" (Tovuz), "Kür-Nur" (Mingəçevir), "Neftçi", "Dinamo" (Stavropol, Rusiya), "Baltika" (Rusiya), "Fakel" (Rusiya), "Neftçi", "Volqar-Qazprom" (Rusiya), "Neftçi" və "İnter" komandalarında davam edib.

Futbolçu karyerasını bitirdikdən sonra "İnter" klubunda idman direktoru kimi işə başlayan Q.Qurbanov "Neftçi"də 2006-2007-ci illərdə baş məşqçi işləyib. O, 2008-ci ildən türkiyəli məşqçi Rasim Karanı əvəzləyərək "Qarabağ"a baş məşqçi təyin olunub. Bu müddətdə o, "Qarabağ"a 7 dəfə çempionluq yaşadıb, 4 dəfə Azərbaycan kubokunu qazandırıb. 2017/18 mövsümündə "Qarabağ"la Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandırmaqla Azərbaycanda bu nəticəyə imza atmış ilk və hələ ki yeganə baş məşqçi kimi tarixə düşüb.

Həm futbolçu, həm baş məşqçi kimi Azərbaycan kubokunu qazanan ilk mütəxəssisdir. O, konfrans Liqasının 1/8 finalında "Marsel"lə Bakıdakı görüşündə İbrahima Vadjinin əllə vurduğu qol qeydə alındıqdan sonra futbolçularla məsləhətləşərək hakimə topu ləğv etməyi bildirərək feyr-pleyə imza atıb.

Qurban Qurbanov evlidir, Musa və Zəhra adlı 2 övladı var. Musa "Qarabağ" futbol klubunun və Azərbaycanın U-19 millisinin oyunçusudur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 918   Tarix: 13 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakcell texno-blogerlər üçün "Media Tech" təlimini həyata keçirdi

İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech" layihəsi çərçivəsində təlim proqramı baş tutub. "Smart Nation" ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future" tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunl

16.12.2025 211
.

Gözlənilməz kəşf Qədim Misirin mənşə tarixini yenidən yazdı

Qədim Misirin mənşə tarixi alimlərin onun ən qüdrətli dövrünə dair yeni xronologiya təqdim etməsindən sonra yenidən nəzərdən keçirilib. Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, bu kəşf Misirin erkən sülalələrinin xronologiyasını dəyişdirərək Yeni səltənətin yaranmasını əvvəl düşünüldüyündə

16.12.2025 95
.

Bir neçə gün əvvəl əməliyyat olunmuşdu, bu gün vəfat etdi - Foto

Kürdəmir rayonunda cərrahi əməliyyat edilmiş 22 yaşlı qadın vəfat edib. "Qafqazinfo" xəbər verir ki, rayonun Qarasu kənd sakini 22 yaşlı Məleykə Nurməmmədova mərkəzi rayon xəstəxanasında bir neçə gün əvvəl ginekoloji kista əməliyyatı edilib. Bu gün xəstəxanada onun vəziyyəti kəskin pisləşi

16.12.2025 183
.

Şüşədə yağ, içində sual işarəsi... Etiketə inan bədəninə dua et

Supermarketlərdə yüzlərlə çeşid günəbaxan, qarğıdalı, zeytun yağları satılır. Hər birinin üzərində 100% təbii olduğu yazılır. Lakin məhsulu aldıqda isə keyfiyyətinin o olmadığını görürük. Ölkəmizdə duru yağlar yerli istehsal ilə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Sinqapur kimi ölkələrdən idxal olunur

16.12.2025 455
.

Süni intellekt təhsil sahəsində tətbiq oluna bilərmi? - TƏHSİL EKSPERTİ AÇIQLADI

Hazırda dünyada süni intellekt sürətlə inkişaf edir. Yəni inkişaf etmiş ölkələrdə demək olar ki, bütün sahələrdə süni intellektdən geniş şəkildə istifadə edilir. İnkişaf etmiş ölkələrdə süni intellektin tətbiq olunduğu sahələrdən biridə təhsil sahəsidir. Dünyanın əksər ölkələrində şagirdlərə süni intellektl

16.12.2025 223
.

Niyə stress saç tökülməsinə səbəb olur və nə etmək lazımdır?

Gözəl və sağlam saçlar insan orqanizmində daxili sistemlərin balansda olmasının göstəricisidir. Çox vaxt saçların vəziyyəti sağlamlıqla bağlı problemlər haqqında digər orqanlardan daha tez siqnal verir. Erkən yaşda saçları ağaran məşhur qadınların nümunəsi saçlara qulluq mövzusunu təkcə gündəlik söhbətləri

16.12.2025 198
.

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı şərtlər dəyişdi

Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq qanunvericilikl

16.12.2025 270
.

Hansı növ sevgi üçün nəzərdə tutulmusunuz? - Doğum tarixinizə əsasən sirri açın

Bəzən insan həqiqi sevgini nə vaxt tapdığını anlamaqda çətinlik çəkir. Çox vaxt karmik partnyoru doğma ruhla qarışdırırıq və ya hər şeyin demək olar ki, düzgün olduğunu hiss edirik, amma nəsə çatmır. Özünüzü tənqid etmək əvəzinə numerologiyaya müraciət edərək sizə hansı sevgi növünün qismət olduğun

16.12.2025 178
.

Bakı və Ankara hərbi əməkdaşlığı hüquqi çərçivəyə bağladı

"Milli Məclis Azərbaycan və Türkiyə Müdafiə nazirlikləri arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunu ratifikasiya edib". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, sənəd tərəflərdən birinin silahlı təcavüzə məru

16.12.2025 202
.

TOP MP3