Jirinovskinin ölümünə səbəb 8 dəfə vaksin vurdurmasıdır - Azərbaycanlı professor

Jirinovskinin ölümünə səbəb 8 dəfə vaksin vurdurmasıdır - Azərbaycanlı professorHiperaktiv vəziyyətdə olan immun sistemin təkrari stimulyasiyası yolverilməzdir.

Son günlər əsas müzakirə mövzularından biri müsəlman dünyasının qatı əleyhdarlarından olmuş Vladimir Jirinovskinin ölüm xəbərinə münasibətdir.

Rəsmi məlumatda deyilir: Ölümün səbəbi COVID-19-a yoluxma; təxirəsalınmaz kompleks müalicə tədbirləri və ən müasir antibakterial terapiya fonunda, xəstəliyin proqressiv inkişafı və xəstənin vəziyyətinin sürətlə pisləşməsinin nəticəsi olaraq, müalicəyə tabe olmayan poliorqan çatışmazlığıdır.

Bakupost.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Musa Qəniyev araşdırma aparıb.

O deyib ki, Jirinovski immun sistemini vaksinlə həddən artıq yükləyib.

"Jirinovski yanvar ayında, koronavirusa yoluxmamışdan az öncə, verdiyi son müsahibələrindən birində deyirdi:
"Mən COVID-19 əleyhinə 8 doza peyvənd almışam. Antitellərin miqdarını dövrü olaraq yoxlatdırıram.

Onların miqdarı azalmağa başlayan kimi, gedib vaksin vurdururam ki, antitellərin miqdarı artsın, xəstələnməyim.
Odur ki, bu günə kimi COVID-19-a tutulmamışam və tutulmayacağam".
Lakin tutuldu, özü də letallığı sıfıra bərabər olan Omikrondan öldü.

Pandemiya dövründə koronavirusdan ölümün əsas səbəbi kimi, ikincili infeksiya göstərilirdi.

Bu halda isə, rəsmi məlumatda ölümə səbəb poliorqan çatışmazlığı qeyd olunur. İkincili infeksiya ocağı isə, aşkar olunmayıb.
Əslində bu ölümün səbəbi yox, səbəbin nəticəsidir. Ölümün səbəbi isə hiperaktiv vəziyyətdə olan immun sistemin təkrari stimulyasiyasıdır.

Ölümə səbəb olan bu klinik durumun molekulyar mexanizmi və qarşısının alınması yolları haqqında hələ 2 il əvvəl, 25.06.2020-ci ildə Çində peyvəndləməyə ilk dəfə start veriləndən sonra dəfələrlə yazmışam.

Buyurun bir də oxuyun:

"DNT və ya RNT əsaslı virus infeksiyasına qarşı peyvəndin ilk dozasını alan və ya bu infeksiyaya ilk dəfə yoluxan şəxslərdə virusun genetik surət əksi hüceyrə yaddaşına əbədi həkk olunur.

Odur ki, birinci yoluxma və ya peyvəndin ilk dozası fonunda qoruyucu antitellərin hiperaktivlik halı, 21 gündən sonra müşahidə edilirsə, təkrari yoluxma və ya peyvəndin II dozasının fonunda qoruyucu antitellərin titri 3 gündən sonra maksimal səviyyəyə yüksəlir.
Yəni təkrari yoluxma baş verdikdə, hüceyrə yaddaşı ani olaraq aktivləşir və qoruyucu antitellərin sintezi təmin olunur.
İmmun hiperaktivlik halında "psevdofaktor"la törədilən təkrari oyanmanın əks effektə-tükənməyə səbəb olması, neyro-humoral və immun sistemə münasibətdə, mütləq qanunauyğunluqdur.

Odur ki, koronavirusu xüsusən ağır keçirmiş şəxslərə, eləcə də peyvəndin ilk dozasını almış şəxslərə təkrari dozaların vurulması qoruyucu antitellərin titri neqativ göstəriciyə düşənə qədər, mütləq əks-göstərişdir. Çünki, aktiv immun fəallığın təkrari stimulyasiyası, limfositlərin 50:50 faiz nibətində mütləq fəallığı ilə müşahidə olunan, immun hiperaktivliyə səbəb ola bilər.

Bu da farmakoloji müdaxiləyə tabe olmayan və letal sonluğa səbəb ola biləcək toxuma, orqan və sistemlərin tükənməsi, yəni POLİORQAN (ağ ciyər, böyrək və s.) ÇATIŞMAZLIĞI törədə bilər. Odur ki, bu işə məsul olan şəxslər, xalqa bu incəlikləri izah etməli və onları maarifləndirməlidirlər. Yəni Covid 19-la mübarizənin strategiya və taktikası ilk gündən düzgün qurulmalı idi. COVID-19-la bağlı əksər ağırlaşma və ölümün səbəblərindən biri budur".

Unutmaq olmaz ki, epidemik və ya pandemik xarakterli viral infeksiyalar həmişə gözlənilən qonaqdır.

Odur ki, müvafiq qurumlar pandemiya dövründə koviddən ağırlaşma və ölüm hallarının səbəbini çox ciddi şəkildə araşdırmalıdırlar ki, gələcəkdə qaçılmaz olan viral infeksiyaların istər müalicəsi, istərsə də peyvəndləmə ilə bağlı aparılacaq profilaktik tədbirlərinin düzgün strategiya və taktikası işlənib hazırlansın".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2028   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.