Tanjelonun faydaları
Tanjelo şirin sitrus meyvəsi olub Tanjerin və qreypfurtun süni yolla hibridləşməsi yolu ilə yaradılıb. Yetişmiş meyvənin parlaq narıncı rəngi olur. Onun ölçüsü portağal və ya qreypfurtun ölçüsü boyda, dairəvi formada, dadı turşa meyilli şirin, daxili isə arakəsməli dilimlərdən ibarətdir. Tanjelonun qabığı qalın və asan soyulan olur. Tanjelonu ilk dəfə 1897-ci ildə Amerika Kənd Təssarrüfatı birliyi yetişdirib. İndi bu meyvədən ən çox Floridada, İsraildə və Türkiyədə yetişdirilir. Tanjelonun tərkibinin əsasını bir-neçə növ(mineola, simenol, klementin, orlando, aqli, tornton və alemoen)sitrus meyvəsi təşkil edir. Tanjelo meyvəsini yığarkən bəzi şeylərə diqqət yetirmək lazımdır:
* meyvənin qabığı bərk, parlaq və ləkəsiz olmalıdır
* qabıqda çat olmamalıdır
* meyvənin ölçüsü tam yetişmiş ölçüdə olmalıdır.
Qida dəyəri:
- Zülallar - 0,8 qram
- Yağlar - 0,2 qram
- Karbohiodratlar - 6,2 qram
- Su - 87,5 qram
- Kalori dəyəri - 36 kKal.
Tanjelo sitrus bitkilərindən olduğu üçün onun tərkibi həmin bitkilərin tərkibinə daha yaxındır. Tanjeloda C, A, E, B9, B12 vitaminləri, kalium, maqnium, fosfor və çoxlu orqanik turşular var.
Faydalı və müalicəvi xüsusiyyətləri
Tanjelonun tərkibində olanlar avitaminozlar zamanı çox faydalıdır. Onun şirəsidən gündə 1 stəkan içmək orqanizmdə olan avitaminozun aradan qalxmasına səbəb olur. Şirəsinə limon sıxmaq isə tərkibində olan vitamin və mineralların təsirini artırır. Adətən tanjelo və limon şirəsinin qarışımını içmək hamilə qadınlara daha çox faydalıdır. Bu qarışım toksikoz əleyhinə güclü təsir göstərir və qripp xəstəliyinin əlamətlərini azaldır. Tanjelonun tərkibində olan kalum arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Tanjelo şirəsi orqanizmdən artıq xolesterinin, artıq yağların çıxarılmasına yardım edir. Tanjelodan müxtəlif soyuq desertlərin, marmeladların hazırlanmasında istifadə edilir. Ən çox Amerika və Avropa mətbəxində bu meyvədən daha çox istifadə olunur. Ondan ən dadlı meyvə-tərəvəz salatlarının hazırlanmasında istifadə edilir. Tanjelo və dəniz məhsullarından hazırlanan salatlar da çox dadlı olur. Bu meyvənin özünü və qabığının qurudulmuşunu çaya əlavə edib içmək mümkündür.
Kosmetologiya sahəsində
Kosmetologiya sahəsində tanjelo qabığından alınmış efir yağlarından geniş istifadə edilir. Bu yağlardan skrabların, sabunların, duş gellərinin hazırlanmasında istifadə edilir.
Tanjelonun zərərli xüsusiyyətləri
Xroniki mədə-bağırsaq xəstələrinə, turşuluğu çox olan adamlara bu meyvədən yeyərkən diqqətli olmaq məsləhət bilinir. Şəkərli diabet xəstələri də tanjelo şirəsindən çox içməməlidirlər. Bu onların qanında şəkərin artmasına səbəb olur. Allergiyası olan xəstələr də tanjelo yemək istədikdə çox diqqətli olmalıdır.(milli.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1618 Tarix: 10 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAyaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490