Azərbaycanda quraqlıq təhlükəsi: "Yalnız bizdə yox, dünyada gedən prosesdir" - ARAŞDIRMA

Azərbaycanda quraqlıq təhlükəsi: "Yalnız bizdə yox, dünyada gedən prosesdir" - ARAŞDIRMAEkspertlər mart ayında ölkə ərazisində yağıntının olmasını yaxşı əlamət hesab edirlər. Amma onu da qeyd edirlər ki, bu yağıntı yayda gözlənilən quraqlığın qarşısını nisbətən alacaq. Təhlükə var, çünki bu, qlobal məsələdir, dünyada gedən prosesdir. Yarımquraqlıq zonalarda problem özünü daha qabarıq şəkildə göstərəcək.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Ölkə ərazisində ötən ilin payız aylarından başlayaraq havaların mülayim keçməsi, yağıntıların olmaması bu ilin yay aylarında quraqlığın kəskin olacağını proqnozlaşdırırdı. Hətta vəziyyət o həddə çatmışdı ki, Azərbaycanın əsas su mənbəyi hesab edilən Kür çayının Neftçala və Salyan hissəsi qurumuşdu. Çayın Xəzərə tökülən hissəsində şirin suyu dəniz suyu əvəzləmişdi. Yaranmış vəziyyəti bir sıra ekspertlər ekoloji problem kimi dəyərləndirirdi. Hətta müvafiq dövlət qurumları yaranmış vəziyyətdən çıxış edərək uzunmüddətli tədbirlər planı hazırlayıb, su ehtiyatlarının artırılması istiqamətində işlər görülüb.

Lakin mart ayından başlayaraq ölkə ərazisində qar və yağışın həddən artıq yağması bölgələrdə selə və daşqınlara səbəb oldu. Bir neçə gün öncə məsələ ilə bağlı açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rəfail Quliyev bildirib ki, son günlər Azərbaycanda havaların yağıntılı keçməsi, xüsusilə dəmyə əkinlərə müsbət təsir göstərib:

"Çaylarda sululuq artıb, yüksək dağlıq ərazilərə qar yağması isə qızmar günlərdə çaylarda sululuğun əvvəlki illərlə müqayisədə nisbətən artacağını proqnozlaşdırmağa imkan verir. Bu isə əkin sahələrinin, xüsusilə də pambıq əkilmiş sahələrin suvarılması üçün əlavə imkanlar yaradacaq".

Nazirlik rəsmisi onu da deyib ki, aprelin ikinci ongünlüyündən başlayaraq pambıq sahələrində çiyid səpininə başlanacaq:

"Fermerlərin əkinə hazırlıq prosesini düzgün aparması, sahələrin arata qoyulması vacibdir. Qlobal iqlim dəyişiklikləri bir çox sahələr kimi kənd təsərrüfatına da təsirsiz ötüşmür. Xüsusilə də yağıntıların azalması, çaylarda suyun səviyyəsinin aşağı düşməsi intensiv suvarma dövründə təsərrüfat suyuna tələbatı artırır.

Arata qoyulmuş sahələrdə suya tələbat digər sahələrə görə nisbətən az olur. Bu səbəbdən fermerlər isti yay aylarında suvarma ilə bağlı yarana biləcək çətinlikləri sığortalamaq üçün sahələri əkinə düzgün hazırlamalı, torpaqlar arata qoyulmalıdır".

Novruz bayramı ərəfəsində miqdardan artıq düşən yağıntı yayda quraqlığın qarşısını almaq üçün yetərlidirmi?

Coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, qlobal istiləşmə prosesi getdiyi üçün quraqlığın olacağı ehtimalı var:

"Ancaq çox yaxşı oldu ki, mart ayında bu yağıntılar düşdü. Yəni bu yağıntılar o quraqlığın kəskin keçməsinin qarşısını nisbətən alacaq. Amma qeyd etdiyim kimi təhlükə var. Çünki bu, qlobal məsələdir və yalnız bizdə yox, dünyada gedən prosesdir. Əlbəttə ki, yarımquraqlıq zonalarda bu problem özünü daha qabarıq şəkildə bildirir. Hesab edirəm ki, məsələni birmənalı qiymətləndirmək olmaz".

Ç.İsmayılov əlavə etdi ki, yay aylarında istilərin necə keçməsinin əkin-biçinə təsiri olacaq:

"Ancaq mart ayında olan yağıntılar məsələnin qarşısını xeyli aldı. Hələ yanvar ayında verdiyim açıqlamada qeyd etmişdim ki, yaz ayında yağıntılar olmalıdır və bu, ənənəvidir. Onu da vurğulayım ki, Kür çayının qollarının bir hissəsi buzlaqların əriməsi ilə qidalanır. Əlbəttə ki, yağışların olması, buzlaqların və qarın əriməsi Kür çayında suyun artmasına kömək edəcək".

Ekoloq Cəmşid Quliyev bildirdi ki, quraqlıq planetimizdə müşahidə olunan və son illər daha da kəskinləşən iqlim dəyişiklikləri ilə əlaqədardır:

"Yəni quraqlıq iqlim dəyişikliyinin birbaşa fəsadıdır. Çaylarda suyun miqdarı isə təbii ki, birbaşa yağıntılarla əlaqəlidir. Amma bu günə qədər gedən proseslər – quraqlıq və son vaxtlar yağan yağıntılarla bağlı proqnoz vermək çətin olur. Çünki verilən proqnozlar bəzən özünü doğruldur, bəzən də yox. İndi düşən yağıntının yayda gözlənilən quraqlıq problemini həll edəcəyini də iddia etmək olmaz. Ona görə ki, indi yağan yağış müəyyən bir müddət torpağın nəmişliyini qoruyub saxlaya biləcək. Qarşıdakı aylarda havaların necə olmasından asılı olaraq suyun buxarlanması və dağlara yağan qarın əriməsi və onun çaylara öz təsirini göstərməsi kimi proseslər nəzərə alınmalıdır".

C.Quliyev qeyd etdi ki, indi düşən yağıntının uzunmüddətli təsirinin olacağı real deyil:

"Ona görə də hər şey bundan sonra yağacaq yağışlardan və bütövlükdə yağıntının miqdarından asılıdır. Təbii ki, proqnozları da meteoroloji qurumlardan və ya meteoroloqlardan almaq olar. Necə olacaq, yağıntılar olacaqmı, gözlənilirmi-gözlənilmirmi və s. Amma istənilən halda indiki yağışı və qarı quraqlıq probleminin həlli hesab eləmək, əlbəttə ki, doğru olmaz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 815   Tarix: 10 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 203
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

09.11.2026 203
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

09.11.2026 217
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

09.11.2026 187
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

09.11.2026 210
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 195
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

09.11.2026 205
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.