Azərbaycanda əhaliyə şad xəbər: bu şəxslərə ev veriləcək - VİDEO

Azərbaycanda əhaliyə şad xəbər: bu şəxslərə ev veriləcək - VİDEOXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sənəddə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin, təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə rəsmi internet saytında dərc edilməsi üçün zəruri təşkilati tədbirlər görülməsi, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı elektron xidmət göstərilməsi, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə yerli icra hakimiyyəti orqanlarının rəsmi internet səhifələrində dərc edilməsi nəzərdə tutulub.

Sözügedən vəzifənin icrası İqtisadiyyat Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN Xidmət") həvalə olunub.

Bəs evə ehtiyacı olan vətəndaşların uçota alınması necə aparılacaq, evlər kimlərə hansı qaydada və şərtlərlə veriləcək? Bu evlər pulsuz veriləcək, yoxsa güzəştli qiymətlərlə?

"MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bilidirib ki, evlər xüsusi kateqoriya insanlara aid edilib:

"Onlara ancaq pulsuz verilir mənzillər. Yəni müharibə iştirakçıları, şəhidlər, əlillər onlar adətən pulsuz alırlar. Hansı ki, icra hakimiyyətində onlar adətən ev növbəsinə dayanırlar, o kateqoriyaya aid edilib. Yəni hamıya aid edilməyib, xüsusi, güzəştli kateqoriyadan insanlara aid edilib. Onların da mənzil uçotu əvvəllər kağız formasında aparılırdı. İndi sadəcə olaraq elektron formatda aparılacaq və ictimaiyyətə açıq olacaq. Həm icra hakimiyyətlərinə verilən mənzil fondu, həmçinin də növbəlilik. Burada şəffaflıq təmin ediləcək. Prezidentin sərəncamı məhz onu nəzərdə tutur"(xəzərxəbər)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2018   Tarix: 10 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Yeni ulduz" qayıdır

İllər əvvəl yayımlanan məşhur "Yeni ulduz" layihəsi yenidən başlayır. Axşam.az-ın əldə etdiyi məlumata görə, "SOY" prodakşının ərsəyə gətirdiyi layihə bu dəfə ARB TV-də yayımlanacaq. "Yeni ulduz" yeni televiziya mövsümündə tamaşaçıların qarşısına çıxacaq. Qeyd edək ki, "SOY"

10:12 208
.

İran müharibəsində SON VƏZİYYƏT: Hörmüz bağlı qalır, gəmilərə yeni hücumlar başlayıb

İran müharibəsinin başa çatması istiqamətində aparılan danışıqlar yenidən dalana dirənib. Tehran Hörmüz boğazının açılması üçün irəli sürdüyü şərtlərdən geri çəkilməyib, Vaşinqton isə bölgədəki dəniz blokadasını davam etdirib. Gərginlik fonunda Qırmızı dəniz və Oman körfəzində gəmilərə yeni hücumla

12.08.2026 239
.

Müəllim imtahanda, şagird repetitorda, valideyn çıxılmaz vəziyyətdə

"Yayın isti günləri arxada qalır, payızın sərin nəfəsi hiss olunmağa başlayır. Tətilin başa çatmasına sayılı günlər qalıb. Amma bu, cəmiyyətin və təhsil ictimaiyyətinin yeni dərs ilinə tam hazır, sakit və rahat ab-havada qədəm qoyduğu anlamına gəlmir. Əksinə, məktəblərin açılmasına az vaxt qalmasın

14:36 82
.

5 PUA sərhədə yaxınlaşdı, Rumıniya F-16-ları havaya qaldırdı

Rumıniya Ukrayna sərhədi yaxınlığında bir qrup pilotsuz uçuş aparatının (PUA) aşkarlanması səbəbilə qırıcı təyyarələri havaya qaldırıb. xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi rəsmi saytında məlumat yayıb. Nazirliyin məlumatına görə, avqustun 13-nə keçən gecə müşahidə sistemləri Rumıniy

11:33 144
.

Narkotik çəkən pilot qəzadan son anda qurtuldu

"Air India" aviaşirkətinə məxsus təyyarə Fuketdən Yeni Dehliyə uçuş zamanı qəza təhlükəsi yaranıb. Buna səbəb təyyarə kapitanının narkotik maddənin təsiri altında olması olub. xarici mediaya istinadla bildirir ki, hadisə avqustun 4-də baş verib. Uçuş zamanı kapitan qəfil təyyarəni idarə etməy

12.08.2026 256
.

Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video

Keçmiş girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının ona xəsarət yetirdiyini iddia edir. "Qafqazinfo" xəbər verir ki, Kürdoğlu Əsgərov -a müraciətində hadisənin Şəmkir rayonunun Çinarlı kəndində baş verdiyini bildirib. K.Əsgərovun sözlərinə görə, atası onun yaşadığı evə gələrək mül

11:57 236
.

Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...

AzTV-nin əməkdaşı Məmmədli Məqsəd Əlisahib oğlunun faciəvi ölümündən əvvəl yaşanan son anlarla bağlı bəzi detallar məlum olub. "Qafqazinfo" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Məqsəd Məmmədli hadisədən bir gün əvvəl dostları ilə görüşə gedib. Görüş zamanı o, dostlarına dənizə girib bi

12:19 211
.

Mobil rabitə bazarında xarici şirkətlərin qarşısını nə kəsir?

"Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə "buraxılmırlar" və ya "istəmirlər" kimi sadə yanaşmaq düzgün olmaz. Bu, daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlı məsələdir". Bunu BİG.AZ-a açıqlamasında İKT üzr

15:04 37
.

Samuxda qarayara xəstəliyi - Üç qurumdan BİRGƏ MƏLUMAT

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən, xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində qarayara xəstəliy

15:10 0
.

TOP MP3