Azərbaycanda oğlan elçi getdikləri qızın qardaşı ilə münasibətə girdi: "Ayılanda lüt idim"
Qəbələdə 17 yaşlı tanışı tərəfindən öldürülən Araz B.-nin (ad şərtidir) qətlinin təfərrüatı məlum olub.
BiG.AZ Kriminalqafqaz-a istinadla xəbər verir ki, hadisə 2021-ci ilin oktyabrında qeydə alınıb. Uludaş kənd sakini, 2003-cü il təvəllüdlü Murad E. (ad şərtidir) 34 yaşlı Arazı xüsusi amansızlıqla qətlə yetirib.
Araşdırmalarla məlum olub ki, Araz Muradın bacısı ilə evlənmək istəyirmiş. Lakin qızın valideynləri bu nikaha razılıq verməyiblər. Elçilik əsnasında qızın qardaşı ilə Arazın münasibəti yaranıb və onlar görüşməyə başlayıblar. Belə ki, Arazın cinsi orientasiyası fərqli imiş və 17 yaşlı oğlan da əvvəlcədən bunu bildiyi üçün onun istəyinə uyğun olaraq bir neçə dəfə görüşüblər.
Daha sonra onların münasibəti pozulub. Araz Muradı şantaj etməyə başlayıb. Murad isə işlədiyi şadlıq sarayından götürdüyü bıçaqla rayonun Tikanlı kəndindəki köhnə tikilidə onunla görüşüb. Danışdıqları yerə gələn zaman Murad Arazın başından daşla vurub. Daha sonra xüsusi amansızlıqla onun şah damarını, sol qulağını kəsib və hadisə yerindən uzaqlaşıb.
Məhkəmədə dindirilən zaman Murad E. öldürdüyü şəxsi 2019-cu ildən tanıdığını və hərdənbir kafedə birgə içki içdiklərini deyib:
"Bir dəfə görüşüb kənddə gəzirdik. Pivə içdik, mən yuxuya getdim və ayılanda lüt olduğumu gördüm. Araz mənə şəkillərimi çəkdiyini dedi. Onda bacımın da şəkilləri var idi. Fotoları silməsi üçün pul təklif etdim. Amma qəbul etmədi. Evdə onunla təmasım olduğunun bilinməməsi üçün adını telefonda "Ürəyim" kimi qeyd etmişdim. Bir dəfə Araz gecə saat 2-də mənə zəng edib, "əgər bacını mənə gətirməsən, özümü asacağam" dedi. Onun hərəkətləri barədə atasına irad bildirdik. Lakin o, yenə məni bu söhbəti həll etməyə çağırdı. Həmin vaxt boğazımdan tutub məni cinsi əlaqəyə məcbur etmək istədi. Bu zaman yerdən daş götürüb başından vurdum. Daha sonra baş və kürək nahiyəsindən bıçaqladım. Təxminən 20-25 zərbə vurduqdan sonra öldüyündən əmin olmaq üçün boğazının sol tərəfindən şah damarını kəsdim. Xırıldamağa başlayanda qulağının yarısını kəsdim və oradan uzaqlaşdım".
Məhkəmədə şahid qismində dindirilmiş mərhumun anası oğlunun əqli qüsurlu olduğunu bildirib: "Oğlum həmin qızı sevdiyinə görə onlara elçiliyə getmişdik. Ancaq atası qızı ilə Arazın yaş fərqi çox olduğunu əsas gətirərək buna razılıq vermədi. Oğlum qızın qardaşı ilə münasibət qurmuşdu. O, bir neçə dəfə bacısının şəkillərini oğluma göndərərək 100 manat müqabilində ərə veriləcəyini deyirdi. Oktyabrın 10-da Araz zənglərimizi açmadı. Hadisədən iki gün sonra oğlumun Murad tərəfindən qətlə yetirildiyi məlum oldu".
Qeyd edək ki, cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Murad E. Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) maddəsi ilə mühakimə olunub. Məhkəmə onun yetkinlik yaşına çatmadığını nəzərə alaraq nisbətən aşağı həddə cəza təyin edib. Hökmə əsasən, Murad E. 10 il müddətinə azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 6588 Tarix: 05 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan millisi Dakarda çempion oldu
Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna
09.11.2026 244 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!
09.11.2026 331 İzmirdəki partlayışda ölənlərin sayı artıb
Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını
09.11.2026 366 Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri
09.11.2026 214 İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var
İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var
09.11.2026 219 Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar
09.11.2026 230 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
09.11.2026 223 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
09.11.2026 275 Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama
09.11.2026 292