Kappadokiyada azərbaycanlı turistlər üçün xüsusi imkanlar

Kappadokiyada azərbaycanlı turistlər üçün xüsusi imkanlarDünyada bir çox yerlər var ki, qeyri-adiliyi ilə insanın nitqini qurudur və Kappadokiya onlardan biridir. Vulkanın yaratdığı mənzərələr Türkiyənin bu hissəsini turistlərin sevimli məkanına çevirib.

Hava şarında gəzinti

Kappadokiyanın qayalıq mənzərələri ecazkar görünür və onları bütün möhtəşəmliyi ilə izləməyin ən yaxşı yolu hava şarında gəzintidir. Günəşin ilk şüaları ilə iki yüzə qədər şarın səmaya qalxması gözəlliyi ilə heyran edən inanılmaz rəngarəng görüntüdür. Hava ekskursiyaları səhər sübhdən başlayır və 1-1,5 saat davam edir.

Kappadokiyada azərbaycanlı turistlər üçün xüsusi imkanlarKappadokiyada azərbaycanlı turistlər üçün xüsusi imkanlarKappadokiyada azərbaycanlı turistlər üçün xüsusi imkanlar

Səyahəti planlayaq

Kappadokiya səyahəti üçün Türkiyənin nüfuzlu Dorak Holdinq şirkətinin otellər şəbəkəsi və tur operatoru ən düzgün seçimdir. Holdinqə daxil olan otellər – Sacred House, DoubleTree by Hilton Avanos – Cappadocia, Uçhisar Kaya Hotel və Göreme Kaya səyahət üçün ideal seçimdir. Dorak Holdinq sizin səyahətinizi təkrarolunmaz və heyrətamiz edəcəkdir. Şirkətə müraciət edərək həm səyahət turum ayarlaya, həm də otellərdən birini seçərək keyfli zaman keçirə bilərsiniz. Daha ətraflı şirkətin saytından məlumat əldə edə bilərsiniz. http://www.doraksales.com/

Sirlər dolu "Sacred House"

Kappadokiyaya getdiyiniz zaman ilk növbədə harada qalacağınızı müəyyən edin. "Sacred House" oteli Ürgüp şəhərinin dar küçələrindən birində yerləşir. 250 yaşı olan bu yunan malikanəsində 22 otaq var. Otelə daxil olduqda buranın tarixi film üçün bir dekorasiya olduğunu düşünürsən.

Kappadokiyada azərbaycanlı turistlər üçün xüsusi imkanlarKappadokiyada azərbaycanlı turistlər üçün xüsusi imkanlarKappadokiyada azərbaycanlı turistlər üçün xüsusi imkanlarQədimi mebel və dünya filosoflarının kitabxanası, heykəllər, sütunlar, şərab zirzəmisi, yeraltı spa və hovuz, lobbi, qış bağı, kaminlər və şamdanlar orta əsr qalasının ab-havasını tamlıqla yaradır. Oteldə beş otaq kateqoriyası var.

Otel uşaqlı qonaqları qəbul etmir və atmosferi pozmamaq üçün otaqlarda televizor yoxdur, lakin simsiz internet var. Otel nömrələrində yataq otaqları və hamamdan başqa, kaminli qonaq otaqları da var.
Kappadokiyada azərbaycanlı turistlər üçün xüsusi imkanlarKappadokiyada azərbaycanlı turistlər üçün xüsusi imkanlarKappadokiyada azərbaycanlı turistlər üçün xüsusi imkanlarƏn yüksək kateqoriyalı "King Suites" otağı "Archangel" adlanır. Bu kateqoriyada cəmi iki otaq var: inanılmaz dizayn və pəncərələrdən görünən mənzərə krallara layiqdir!
Daha çox məlumatı otelin saytından əldə edə bilərsiniz: sacredhouse.com.tr

Gəzib seyr etmək

Kappadokiya, ilk növbədə, süxurların tüf və bərkimiş lavadan aşınması nəticəsində yaranmış inanılmaz bir relyefdir. Onu yaxından görməyin əla yolu piyada, kvadrosikl və ya at belində tur sifariş etməkdir. Bir çox marşrut variantları var, ən populyar olanlardan biri isə içində evlər qurulan konusvari qayaları ilə məşhur Göyərçinlik Vadisidir. Siz, həmçinin, Sevgi Vadisinə gedə və ya gözəl sıldırım Balıdərə dərəsini ziyarət edə bilərsiniz.

Zamanla geriyə

Möhkəm tuf kütləsində oyulmuş qayalar unikal görüntü yaradır. Onlardan ən məşhurları iki qaladır: keçidlərlə dolu, hündürlüyü 60 metr olan Uçhisar və eyniadlı kəndin üzərində ucalan, təxminən 100 metrlik monolit - Ortahisar. YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilən Göreme Milli Parkını da mütləq ziyarət etməyə dəyər.

Müasirliyi sevənlər üçün

Nevşehir Avanosda nəhəng dərələrin və "pəri bacaları"nın olduğu Kappadokiyanın mərkəzində yerləşən "DoubleTree by Hilton Avanos - Cappadocia" yüksək səviyyəli rahatlığı, müasir memarlığı və keyfiyyəti ilə qonaqlarını ən gözəl şəkildə qarşılayır.

Kappadokiyada azərbaycanlı turistlər üçün xüsusi imkanlarKappadokiyada azərbaycanlı turistlər üçün xüsusi imkanlarBurada düz ekran TV, minibar, çay və qəhvə hazırlama imkanı, pulsuz hamam ləvazimatları, geniş və rahat çarpayı, lüks yataq dəsti, anti-allergik yastıqları olan qonaq otaqları, iş səfərləri zamanı istifadə edə biləcəyiniz, tam təchiz olunmuş biznes mərkəzi və işıqlı toplantı zalları, SPA və sağlamlıq mərkəzindəki açıq və qapalı hovuzlar, türk hamamı və sauna xidmətləri, "Precor" brendinə məxsus avadanlıqlarla təchiz olunmuş və gündəlik məşqlər edə biləcəyiniz idman zalı, gözəl dadları və zəngin menyusu ilə qonaqlara unudulmaz anlar yaşadan otel restoranı, yorğunluğunuzu isti və ya sərin içkilərlə ata biləcəyiniz dəbdəbəli lobbi mövcuddur.

Qayalar içində həyat

Kappadokiyanın ruhunu tam duymaq üçün əsl mağaraların içində yerləşən "Uçhisar Kaya Hotel"də qalmağa dəyər. Kappadokiya bölgəsinə yeni nəfəs gətirən və dünyanın ilk qayadan oyulmuş mağara oteli olan "Uçhisar Kaya Hotel" 4 illik detallı tikinti işləri nəticəsində Göyərçinlik Vadisinin qayalarından meydana gəlib. "Uçhisar Kaya Hotel"i xüsusi edən onun hər bir detalının incə işlənməsi və əl əməyi ilə oyma nəticəsində yaradılmış quruluşudur. İşlər zamanı təbii və tarixi fakturanın qorunmasına diqqət yetirilib.

Kappadokiyanın mərkəzində yerləşən "Göreme Kaya" təbii qaya və daşdan hazırlanan arkalı otaqları ilə qonaqlarına rahatlıq gətirir. Terrasında Göyərçinlik Vadisinə və Kappadokiyanın bənzərsiz gözəlliklərinə açılan mənzərəni təqdim edən otelin daxili dekorasiyası ruhunuzu dincəltmək və bölgənin ənənəvi quruluşunu vurğulamaq üçün çox diqqətlə işlənib. Bölgənin ilk butik qaya oteli olan "Göreme Kaya" 32 standart daş otaq, 13 mağara otağı, 6 delüks mağara otağı və 4 lüks mağara otağı ilə qonaqlarına unudulmaz anlar vəd edir.

Kappakodiyaya səyahət etmək imkanını qaçırmayın.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1082   Tarix: 05 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan millisi Dakarda çempion oldu

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna

09.11.2026 244
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 331
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 366
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 214
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 219
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

09.11.2026 230
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

09.11.2026 223
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 275
.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

09.11.2026 292
.