İftar süfrəsi üçün bunları hazırlaya bilərsiniz

İftar süfrəsi üçün bunları hazırlaya bilərsinizRamazan ayında oruc tutanlar yeməklərinə mütləq diqqət etməlidirlər. Əsas yeməklə yanaşı şorba da mütləq menyunuzda yer almalıdır.

Axşam.az iftara hazırlaya biləcəyiniz bir neçə təamı təqdim edir:

Pomidor şorbası

Tərkibi:

2 ədəd orta ölçülü pomidor

1 çay qaşığı tomat pastası

1 xörək qaşığı un

1 xörək qaşığı kərə yağı

1 stəkan su

Duz, istiot

Holland pendiri

Hazırlanma qaydası:

Öncə pomidorların qabığı soyulub, duz qatılıb, kərə yağında qovrulur. Suya tomat və un əlavə edilib, yaxşıca qarışdırılır və qovrulmuş pomidorun üzərinə tökülür. Sonra blenderle qarışdırılır. 10 dəqiqə az odda bişdikdən sonra şorba hazırdır. Pomidor şorbasını süfrəyə verən zaman, üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpilir.

Kiev kotleti

Tərkibi:

3 toyuq filesi

2 yumurta

3 xörək qaşığı süd

90 qram kərə yağı

Un

Suxari

Qızartmaq üçün bitki yağı

Duz

İstiot

Hazırlanması:

Fileyə duz və istiot səpin. Hər fileyə dondurulmuş uzunsov kəsilmiş kərə yağı tikəsini qoyun. Və dolma kimi uzunsov bükün. Elə bükün ki, yağ əridikcə heç terdən çıxa bilməsin. Ayrıca qablara un və suxari tökün.
Başka bir qabda yumurtanı südlə çırpın. Kotletimizi əvvəl una sonra yumurtaya və sonda suxariyə bulayın. Bunu bir dəfə daha eyni qaydada təkrar edin. Sobanı 200 dərəcədə isidin. Dərin qazana yetərincə bitki yağı tökün, kotleti onun içinə qoyanda yağ tam örtsün onu. Kotleti yağda 5 dəqiqə qızardın. Üstü tam qızarmalıdır. Sonra isinmiş sobada 10 dəqiqə bişirməyə davam edin.

Kəsmikli banan şirniyyatı

Tərkibi:

Marqarin yağı – 250 qram

Un – 500 qram

Yumurta – 1 ədəd

Xama- 180 qram

Vanilya – 1 paçka

Qabartma tozu – 1 paçka

İçlik:

Kəsmik – 500 qram

Şəkər tozu – 200 qram

Hazırlanması:

Xəmirimizi hazırlamadan öncə xamanın üzərinə kabartma tozunu əlavə edirik, xama köpməyə başladıqda, unu, yağı və bir ədəd yumurtanı ən nəhayət vanilyanı əlavə edib xəmirimizi yoğurmağa başlayırıq. Xəmir yoğrulub hazır olandan sonra 5-10 dəq dincəlməyə qoyuruq.

Xəmir özünə gələndən sonra, balaca kündələrə bölüb, videoda göstərilən kimi xəmiri əzib acırıq, acdığımız xəmirin icinə kəsmiyi yerləşdirib, ağzını bağlayırıq. Hazırladığımız xəmirimizi banan formasına salıb, 200 dərəcə Selsidə sobamıza yerləşdiririk 10-15 dəq. bişiririk.

Hazır olan bananlarımızın üzərinə şəkər pudrası əlavə edib, servis edə bilərsiz.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1266   Tarix: 04 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan millisi Dakarda çempion oldu

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna

09.11.2026 244
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 331
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 366
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 214
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 219
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

09.11.2026 230
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

09.11.2026 223
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 275
.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

09.11.2026 292
.