Hikmət Hacıyev: "Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır"
"Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Qafqaz regionu dəyişib.
"Azərbaycan Ermənistana münasibətlərin normallaşması prosesinə başlamağı təklif etdi. Bu istiqamətdə ilk addım Ermənistan və Azərbaycan arasında potensial sülh müqaviləsi üzrə danışıqlardan başladı, hansı ki, yekun olaraq tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını tanımalıdır", - H.Hacıyev bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, bu prosesə paralel olaraq Türkiyə də Ermənistanla diplomatik səviyyədə əlaqə yaratmağa başlayır:
"Biz bu prosesin Ermənistan-Azərbaycan, eləcə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində sinxron və paralel inkişafını dəstəkləyirik. Bizim niyyətimiz müsbətdir, çünki Ermənistana mehriban qonşuluq münasibətləri təklif edirik. Ermənistanın Qafqazdakı strateji regionu dəyərləndirməsinin vaxtı çatıb. Belə ki, İrəvan öz qonşuları, xüsusən Azərbaycan və Türkiyə ilə dostluq münasibətlərini yeniləməyə qərar verməlidir".
H.Hacıyev Ermənistanla münasibətlərin normallaşdırılmasına dair 5 bəndlik sənəddən də danışıb.
"Biz erməni tərəfinə beynəlxalq hüquq prinsipləri və mehriban qonşuluq münasibətlərinə əsaslanan sülh müqaviləsinin əsas müddəalarını təqdim etdik. İlk növbədə Ermənistan ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımalıdır. O, həmçinin bizə qarşı ərazi iddialarından çəkinməlidir. Bütün bunlar Helsinki sazişinin prinsiplərini özündə əks etdirən bu sənəddə qeyd olunub", - Prezidentin köməkçisi bildirib.
Prezident Administrasiyasının şöbə müdiri Azərbaycan-İran münasibətlərinə də toxunub:
"Bu gün biz diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu illər ərzində biz həmişə mehriban qonşuluq münasibətlərini möhkəmləndirmişik. Bu yaxınlarda imzalanmış anlaşma memorandumu regionun nəqliyyat xəritəsini dəyişir. Beləliklə, Zəngilan rayonu ərazisində Astaraçay çayı üzərində hazırda iki körpünün tikintisi aparılır. Biri dəmir yolu, digəri isə avtomobil yolu olmaqla İran ərazisindən Naxçıvana keçəcək, bununla da Türkiyə, İran və Azərbaycanı birləşdirəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 763 Tarix: 03 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
09.11.2026 217 Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql
09.11.2026 241 Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı
Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il
09.11.2026 318 Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?
Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki
09.11.2026 264 Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?
Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın
09.11.2026 265 Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər
09.11.2026 232 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını
09.11.2026 336 "Ukraynanın coğrafiyası artıq dəyişib"
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini
09.11.2026 229 Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib
Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli
09.11.2026 215