Bu şəxslərə oruc tutmaq haramdır - Hacı Şahin

Bu şəxslərə oruc tutmaq haramdır - Hacı Şahin"Ümumiyyətlə orucla bağlı ayələrdə buyurulur ki, Allah sizə çətinlik deyil, asanlıq istəyir. Yəni Allah heç bir insanı daşıya bilməyəcəyi yüklə yükləməz".

Bu sözləri Qafqaz Müsəlmaları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Ramazan ayının başlanması ilə bağlı danışarkən bildirib.

İlahiyyatının sözlərinə görə, oruc kənardan çətin görünsə də, düşünüldüyü qədər də çətin deyil:

"Bəzən biz bir ibadətə kənardan baxıb özümüz üçün çətinləşdiririk. Amma oruc çətin ibadət deyil. Əksinə oruc tutduqca insan növbəti illərdə gələn Ramazan ayını gözləyir. Diləyir ki, Ramazan ayı gəlsəydi, oruc tutardım. Oruc insanda müsbət əhval-ruhiyyə yaradır".

QMİ rəsmisi deyib ki, hətta oruc insanın dünyaya baxışını dəyişir:

"Oruc həyatddakı prioritetlərimizi dəyişir. Ramazan ayının orucu bizə xatırladır ki, biz insanıq. Bizim bioloji yönümüzdən əlavə mənəvi yönümüz də var. Ona görə də Ramazan ayı boyunca maddiyyatın səsini sanki az alırıq, mənəvi məsələlərə yönəlirik. Çalışırıq ki, öz mənəviyyatımızla məşğul olaq. Ramazan ayının orucu üçün verilən mükafatları insan gözünün önünə gətirəndə görür ki, az bir işə Allah böyük mükafat verir. Əslində biz sadəcə bir neçə saat ac-susuz qalırıq. Onsuz da həmin yeməyi axşam yeyirik. Allah təala buyurur ki, oruc tutana şəxsən özümü verərəm. Oruc tutanın mükafatı mənəm. Yəni oruc tutan insan cənnətdən də daha uca nemətlərə malik olur. İnsanlar diqqət etməlidir. Cəmi bir neçə saat insan özünə yox deməlidir. İnsan özünə yox dediyinə görə insandır. Bu baxımdan oruc çətin bir ibadət deyil".

İlahiyyatçı orucun vacib buyurulmadığı şəxslərdən də danışıb:

"Qurani Kərimdə bəzi insanlar oruc tutmaqdan istisna edilir. Xəstələr oruc tutmur. O xəstələr ki, həkimlər oruc tutmağın onun səhhətinə zərər verəcəyini deyir. Həmin şəxslər oruc tutmamalıdır. Bəzən görürsən ki, belə insanlar israrla oruc tutmaq istəyirlər. Deyirlər ki, mən tutacam Allah mənə kömək olar. Amma Allah belə insanlara buyurur ki, orucunuzu pozun. Onların oruc tutmağı haram sayılır. Yaşlı insanlar, hamilə qadınlar, süd verən analar oruc tutmaqdan azaddır. Səfərdə olan insanlar uzaq səfərdə 10 gündən az qalırlarsa, onlar oruc tutmamalıdırlar".

Hacı Şahin oruc tutan şəxslərə öz tövsiyələrini də verib:

"Oruc zamanı qidalanmağa gəlincə, ümumiyyətlə, çalışmaq lazımdır ki, boş mədəni birdən-birə yeməklə doldurmayaq. Yəni iftarda öncə maye qəbul edək, az miqdarda yemək yeyək, vitaminlərlə zəngin olan qidalardan istifadə edək. Yəni mədəmizə çox ağırlıq olmasın. Çünki oruc həm də sağlamlıqdır. İnsanın sağlamlığına müsbət təsir göstərir. Peyğəmbərimiz buyurur ki, oruc tutun ki, sağlam olasız. Oruc qaydasıyla tutularsa,sağlamlığa da müsbət təsir göstərər. Amma iftarı gözləyib, mədəni birdən-birə dolduran insanlar bu xeyirlərdən də məhrum ola bilərlər"./Modern


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1828   Tarix: 02 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.