Avropa Parlamentinin prezidenti: "Aİ Ukraynanın bərpası üçün bütün səylərini göstərəcək"

Avropa Parlamentinin prezidenti: "Aİ Ukraynanın bərpası üçün bütün səylərini göstərəcək"Avropa İttifaqı təcavüzkardan sarsıdıcı zərbələr alan Ukraynanın şəhər və kəndlərinin bərpası üçün bütün səylərini göstərəcək.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin prezidenti Roberta Metsola bildirib.

Roberta Metsola bildirib ki, Rusiyanın Ukraynaya, onun azadlığına və ərazisinə təcavüzü "bütün Avropaya təcavüz, dünyaya və dünyada mövcud olan nizama hücum" kimi tanınacaq.

Onun sözlərinə görə, Ukrayna artıq maliyyə, humanitar və hərbi yardım alır və almağa davam edəcək. Avropalı tərəfdaşlar da Ukraynanı tərk etməli olan qaçqınlara kömək göstərməyə davam edəcəklər.

"Onlar həqiqətən öz vətənlərinə qayıdana qədər bizimlə evdə olacaqlar", - Metsola vurğulayıb.

"Avropa Parlamenti ailəsini təşkil edən bütün Avropa xalqları adından demək istəyirəm ki, biz Ukrayna xalqının cəsarətindən, Ukrayna ordusunun cəsarətindən, sizin mətanətinizdən heyrətlənirik, heyran oluruq, ruhlanırıq. Ukrayna xalqının şücaəti və Ukrayna parlamentinin hərəkətləri sayəsində parlament demokratiyası Avropada ikinci nəfəs aldı. Avropa Parlamentində təmsil olunan bütün ölkələr bu mübarizədə sizinlə çiyin-çiyinə gedəcək", - Metsola bildirib.

"Ukrayna bizim Avropa ailəmizin bir hissəsidir, çünki siz bizim üçün, Avropa qitəsinin uzun əsrlər boyu müdafiə etdiyi fundamental prinsiplər uğrunda mübarizə aparırsınız. Mən də əmin olmaq istərdim ki, bu müharibədə qalib gəlmək üçün lazım olan hər şeyiniz var. Çünki əgər siz qazansanız, bütün dünya qazanacaq", - o əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1124   Tarix: 02 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 217
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

09.11.2026 241
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

09.11.2026 318
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

09.11.2026 264
.

Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?

Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın

09.11.2026 265
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

09.11.2026 232
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

09.11.2026 336
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

09.11.2026 229
.

Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib

Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli

09.11.2026 215
.