Kartof və soğanın bahalaşmasının səbəbi AÇIQLANDI

Kartof və soğanın bahalaşmasının səbəbi AÇIQLANDI"Soğan və kartofun qiymətinin bahalaşması qıtlıqla əlaqədardır".

Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov kartofun qiymətinin bahalaşmasından danışarkən deyib.

Onun sözlərinə görə, mövsümün bahalaşma ilə heç bir əlaqəsi yoxdur:

"Artıq bazarlara təzə kartof çıxıb. Əvvəllər təzə kartof daha çox Rusiyaya göndərilirdi. İndi isə göndərilmir və daxili bazara çıxarılır. Belə olan halda nə baş verməli idi? Kartof ucuzlaşmalı idi. Amma realda nə baş verdi? Qiymət daha da artdı. Yəni, bahalaşma qıtlıqla bağlıdır".

Vahid Məhərrəmov deyir ki, uzun müddətdir Azərbaycan özünün hətta meyvə-tərəvəzə olan tələbatını tam ödəyə bilməməsi ilə bağlı açıqlamalar verilir:

"Söhbət norma və tələbatdan gedir. Bu da ödənilə bilmir. Ona görə də bazarlarda belə kəskin qiymət dəyişməsini müşahidə edirik. Yəni, tələb kifayət qədər deyilsə, təklif tələbi ödəyəcək qədər deyilsə, belə hallar baş verir".

Ekspert təklif edir ki, kəndliləri maarifləndirmək lazımdır:

"Məhsuldarlıq artanda bizim məhsullarımız çox olacaq və anbarlarda saxlanılacaq. İl boyu Azərbaycan əhalisi həmin məhsulla təmin olunacaq. Kartofu da il boyu saxlamaq mümkündür".

Qeyd edək ki, Azərbaycanda kartof və soğanın qiyməti bahalaşıb. Paytaxt bazarlarında 1 manat 20 qəpiyə satılan kartofun qiyməti bahalaşaraq, 1 manat 70 qəpik təşkil edib. Soğanın qiyməti isə 1-1,5 manat arasında dəyişir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1512   Tarix: 02 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.