Gülərkən, əylənərkən, danışarkən qışqırmaq stresi çıxarır - Həkimdən məsləhətlər

Gülərkən, əylənərkən, danışarkən qışqırmaq stresi çıxarır - Həkimdən məsləhətlərUşaq ən stressiz varlıqdır. Niyə? Çünki hər istədiyində rahatlıqla qışqıra bilir. Uşaq həyata belə qışqırmaqla başlayır. Doğuş stressini, adaptasiya stressini azaldır. Doğum edən qadın özü isə istədiyi kimi qışqıra bilmir. Yaranmış stress bədənində qalır. Zamanla uşağa ötürülür. Uşaq ağladıqca, qışqırdıqca sakitləşdirmək istəyirik. Amma səhv edirik. Qoy ağlayıb stressini azaltsın.
Medicina.az xəbər verir ki, bu sözləri tanınmış pediatr Aytən İsmayılzadə deyib.

Stressin bədənə zərərli təsirlərindən söz açan həkim ondan qorunmağın yollarını izah edib:

"Hələ qarşıda böyük həyat var. O qədər içinə atıb susacaq ki. Bəzən ölümüzü də qışqırıb ağlaya bilmirik ki, pis baxarlar. Əsəbiləşəndə də "hisslərinə hakim ol, qışqırmaq olmaz" fikri önə çıxır. Amma bunların hamısı stress qatıdır. Kim qışqırırsa, deyilir ki, əsəbini soyuda bilir. Bəli, elədir. Susqun insanlar daha çox ürək-damar xəstəlikləri tapır, nəinki çılğın, emosional, qışqıraraq hirsini soyudanlar. Uşağa qışqıranda kənardan aldığımız stressi ona ötürürük. Bizi sakitləşdirən olmur. Uşaq qışqırır, bizə mənfilik ötürür, biz bu mənfiliyin təsirindən onu sakitləşdiririk. Yəni özümüzü qoruyuruq. Onlar isə özünü qoruya bilib bizi sakitləşdirə və ya "üstümə qışqırma" deyə bilmir.

Uşaq bizim nə dediyimizdən deyil, qışqırdığımızdan təsir alır. Əsəbi olmadan qışqıraraq stressi azaltmaq olarmı? Əlbəttə, olar.

Kimsə deyir ki, gedib kənar bir yerdə var gücümlə qışqırmaq istərdim. Yaxşı arzudur. Reallaşdırmaq lazımdır. Gülərkən, əylənərkən, danışarkən qışqırmaq bizi "ədəbsiz" göstərə bilər, amma stressimizi azaldar. Uşaqlar da oynayarkən qışqırır, biz isə "ay uşaq, sakit!" deyib stressli uşaqlar böyüdürük".

Aytən İsmayılzadənin sözlərinə görə, yoqada, nəfəs terapiyalarında səs tonunu qaldırmaqla müxtəlif səs çıxarmalar mənfi enerjidən azad olmaq, müsbət yüklənmə kimi təqdim olunur: "Stressli bir məsələni sizə uyğun mühitdə qışqıraraq həll etməyə çalışın. Uşağın üstünə qışqıranda onun bu təsirdən özünü qoruma vasitəsi olmadığını düşünün. Uşaqlar qışqıranda dözün. Dözün ki, onlar stressiz olsun. Gülərkən, əylənərkən səsli olun ki, həm də stressiniz azalsın. Doğuş sonrası, görüş, ayrılıq zamanı içinizdən qışqırıb ağlamaq, ya gülmək gəlirsə, belə də edin. Əlinizi ağzınıza tutub gözlərinizi sıxmayın. Stressinizi daxilinizə axıtmayın. Sonra onu uşağa ötürəcəksiniz".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1363   Tarix: 01 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.