İlk cinsi əlaqədən sonra yaranan xəstəlik - ƏLAMƏTLƏR
Xüsusilə ilk cinsi əlaqədən sonrakı günlərdə müəyyən mikrobların səbəb olduğu sidik yolu infeksiyası "Bal ayı" sistiti adlandırılır. E.Coli (Escherichia coli) adlandırılan bağırsaq çöpləri xəstəliyin başlıca səbəbi hesab olunur.
BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində paylaşım edərək xəstəliyin əsas əlamətlərini və qarşısını almaq üçün görülməli olan profilaktik tədbirləri sadalayıb:
Əsas əlamətlər:
1. Sidik ifrazının tezləşməsi
2. Sidik ifrazının ağrılı və yandırıcı olması
3. Bədən hərarətinin yüksəlməsi
4. Sidiyin bulanıq və pis qoxulu olması
5. Tərləmə
6. Yorğunluq
7. Qarının aşağı hissəsində və qasıqda ağrı
8. Cinsi əlaqə zamanı ağrı və diskomfortun olması
Qeyd: Sidiyin ümumi analizi və əkilməsi vacib müayinələrdir.
Bal ayı sistitinə qarşı yeni evlilər hansı tədbirlər görməlidirlər?
1. Cinsi əlaqə öncəsi və sonrası sidiyə çıxmaq məsləhətdir.
2. Cinsi əlaqədən sonra öndən arxaya doğru yuyunmaq vacibdir. Bu vasitə ilə qadın yollarındakı mikrobların sidik yollarına düşməsi önlənir.
3. Sidik ifrazını yubatmaq məsləhət deyil.
4. Bol maye qəbul olunmalıdır ( 8-10 stəkan).
5. Genital nahiyələr uzun müddət nəm qalmamalıdır.
6. İnfeksiyaya səbəb ola biləcək gigiyenik vasitələrdən imtina olunmalıdır.
Qeyd: Qoruma tədbirləri ilə yanaşı şikayətlər davam etdiyi halda nefroloq və/və ya uroloq həkimə müraciət etməyiniz məsləhətdir.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 969 Sevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30.10.2026 768 Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27.10.2026 866 3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14.10.2026 866 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20.10.2026 980 Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11.10.2026 808 Məşhurlar ən çox bu kokteyli içir
Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik. Ərzaqlar: 1 fincan su, 1 x.
25.10.2026 966 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 424 Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17.10.2026 823